Mövzu №2. Toponimikanin tədqiqat tarixi. Azərbaycanın



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#46714
1   2   3   4   5   6   7   8   9   ...   25
2. Dərs. Toponimika

kəpəz, gömür və b. sözlər də vardır.22 Azərbaycan dilində bu sözlərin çoxu 

yoxdur, lakin dağ, təpə, qaya və b. oroqrafik obyekt adlarında həmin sözlərin, 

demək olar ki, hamısı daşlaşıb qalmışdır. Məsələn, qədim türk dillərində 

suvarıla bilməyən yüksəklik adur (adir) adlanırdı. Quba rayonundakı 

Adur kəndi də məhz dağlıq massivdə yerləşir. Deməli, kəndin adı coğrafi 

relyefin xüsusiyyəti ilə, təpəlik yaylada yerləşməsi ilə əlaqədardır. Adur 



yamacı (Quba rayonu), Adur güneyi (Xocavənd rayonu) və s. oronimlərdə 

adur sözü iştirak edir. Bəzi türk dillərində bay (bəy) «varlı», «feodal» 

mənasındadır. Azərbaycandakı bəzi oronimlərdəki, yəni dağ adlarındakı 

bay hissəciyi də məhz həmin sözlə mənşə birliyinə malikdir. Şərur 

rayonundakı Axura kəndindən şimalda yerləşən Baysal dağının adında bay 

hissəciyi qədim mənasını qoruyub saxlamışdır. Respublikamızın ayrı-ayrı 

bölgələrində müşahidə edilən Baytal dərəsi (Zəngilan rayonu), Baylık 




dərəsi (Tərtər rayonu) və digər oronimlər öz tərkibində “varlı, dövlətli, 

hörmətli” mənasında olan bay sözünü bu gün də qoruyub saxlayırlar. 

Azərbaycan 

oronimiyasında rast gəlinən yazı sözü qədim türk dilində, eləcə də 

orta əsrlər türk yazılı abidələrinin dilində “çay və dəniz kənarı çöl”, «düzən 

» mənasındadır.23 Ağyazı və Qarayazı (Qubadlı rayonu), AğyazıYazı 



düzü (Zəngilan rayonu) və s. toponimik adlardakı yazı sözü qədim xalq 

coğrafiya terminlərindən biri olmaqla bir çox türk dillərində indi də işlənir. 



Azərbaycan paleooronimlərinin mənşə xüsusiyyətləri. Respublikamızın 

oronimiyasının yaranmasında Azərbaycanın etnik tərkibinin də rolu 

böyük olmuşdur. Azərbaycan oronimiyasının yaranmasında, əsasən, türk 

xalqlarından olan azərbaycanlılar iştirak etmişdir. Bununla belə, burada etnik 

tərkib əsas faktor kimi də öz əksini tapmışdır. Bunu Azərbaycan 

oronimiyasındakı türk mənşəli, Qafqaz mənşəli, fars mənşəli və digər xalqların 

dillərində olan oronimlərdən də görmək mümkündür. Azərbaycan 

oronimiyasında 

bu ərazidə məskunlaşan Dağıstan xalqlarının, o cümlədən ləzgilərin, 

habelə İrandilli talışların və tatların dillərinə məxsus oronimlər vardır. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin