Mövzu №2. Toponimikanin tədqiqat tarixi. Azərbaycanın


a) türk mənşəli oronimlər



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#46714
1   2   3   4   5   6   7   8   9   10   ...   25
2. Dərs. Toponimika

a) türk mənşəli oronimlər. Barmaq dağı (Qubadlı rayonu), Bum 

dərəsi (Qəbələ rayonu), Adur təpə (Quba rayonu), Qaraquzey (Gədəbəy 

rayonu) və s. Bunlarla yanaşı, Ağaləri, Boyat, Qanlı, Qapan, Qıpçaq, 



Türkəş, Tuq, Xəzər və s. türk tayfa adları ilə bağlı oronimik adlar da var; 

b) İrandilli oronimlər. Səngəçal ─ Sanqaçal dağı, təpəsi (Qaradağ 

rayonu), Girdəbad dağı (Quba rayonu), Sanqalan (İsmayıllı rayonu), Patamdar 



qəsəbəsi (Bakı şəhəri), Dartəpə təpəsi (Ordubad rayonu) və s. 


Azərbaycan ərazisində məskunlaşan etnik qrupdan biri də tatlardır. 

Tat dilində aşağıdakı oronimlər qeydə alınmışdır: Qirdağ “dairəvi dağ” 

(Abşeron rayonu), Varafta “güney dağ” (Abşeron rayonu), Dahardağ “qaya 

dağ” (İsmayıllı rayonu), Paradahor “para qaya” (Quba rayonu), Şirədahor 

“şirəli qaya” (Quba rayonu), Təngə dərəsi (Quba rayonu) və s. 

c) Dağıstandilli oronimlər. Oxaxdərə, Cimeima Qaysa, Kalal, Silban, 

Solban və s. toponimik adlar Dağıstandakı Axvax, Tsinsimax, Kaisi, 

Maxama, Qandax və s. kənd adları həmin kəndlərdən Azərbaycan ərazisinə 

köçmüş əhalinin həmin adları köçdükləri yerə gətirmələri nəticəsində 

yaranmışdır. Eynilə ləzgilərin məskun olduqları Bılıx, Lizik, Lirik, Böyük 

Muruq, Muxuraba və b. kəndlər Dağıstanın Bulux, Lizix, Lirıx, Muruq, 

Xarax və s. kəndlərindən gələn ailələrin müxtəlif vaxtlarda köçüb 

məskunlaşması 

və əvvəlki kənd adlarını özləri ilə gətirmələrinin nəticəsidir. 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin