Yoxlama üçün suallar 1. Motivləsdirmə nədir? 2. Daxili və xarici mükafatlar. 3. Motivləşdirmə nəzəriyyələri və onların mahiyyəti. 4. A.Maslounun tələbatlar piramidasının şərhi. 5. İkifaktorlu və üç faktorlu nəzəriyyələrin şərhi. 6. Motivləşdirmə nəzəriyyələrinin müqayisəli təhlili. 7. Porter-Louler motivləsdirmə modelinin şərhi. 3.4.MENECMENTİN NƏZARƏT FUNKSİYASI Nəzarət - menecmentin ən vacib funksiyalarından biri olmaqla,
müəssisənin fəaliyyətində baş verən müsbət (yaxşı) və ya mənfi (pis)
dəyişiklikləri qiymətləndirmə mexanizmidir
Nəzarət – təşkilatın öz məqsədlərinə çatmasının təmin edilməsi
prosesidir. Nəzarət prosesi standartlar qoyulmasından, faktiki əldə
olunmuş nəticələrin bu standartlarla ölçülməsindən və lazım gələrsə
düzəlişlər aparılmasından ibarətdir. Əgər əldə olunan nəticələr
qoyulan standartlardan (norma və normativlərdən, tapşırıqlardan,
layihələrdən və s.) qoyulmuş həddən artıq fərqlənərsə, onda mütləq
əlavə tədbirlər görülməsi üçün qərar qəbul edilməli və həyata
keçirilməlidir. Deməli, nəzarət qarşıya çıxan problemlərin aşkar
edilməsi və həll edilməsi üçün vacibdir. Nəzarət, həmçinin uğurlu
122
fəaliyyət üçün işçilərin stimullaşdırılması və ya əksinə, uğursuz
fəaliyyət üçün onların cəzalandırılması üçün də istifadə olunur.
Nəzarətin üç əsas növü vardır: ilkin, cari və yekun nəzarət.