Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə38/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   34   35   36   37   38   39   40   41   ...   65
Xeste Qasım

 
 


 
171
II  deyişmə 
 
Ləzgi Əhməd: 
 
Səndən xəbər alım, ay Dədə Qasım, 
O nədir ki, bu dünyanı gəzər hey? 
Nə kağızdır, mürəkkəbsiz yazılar? 
Nə qələmdir, bu dəftəri yazar hey? 
 
Xəstə Qasım: 
 
Al, cavabın deyim, ay Ləzgi Əhməd, 
Aydır, gündür, bu dünyanı gəzər hey! 
Könül kağız, mürəkkəbsiz yazılar, 
Dil qələmdir, bu dəftəri yazar hey! 
 
Ləzgi Əhməd: 
 
O nədir ki, heç gəlmədi imana? 
O kimdir ki, heç düşmədi gümana? 
O kimdir ki, qəsd elədi insana? 
O kimdir ki, oldu candan bezar hey? 
 
Xəstə Qasım: 
 
O şeytandır, heç gəlmədi imana, 
O münkirdir, heç düşmədi gümana, 


 
172
Əzrayildir, qəsd elədi insana, 
Əyyubdur ki, oldu candan bezar hey! 
 
Ləzgi Əhməd: 
 
O nədir ki, silinməzdir qarası? 
O nədir ki, heç tapılmaz çarası? 
Nə qədərdi yerlə göyün arası? 
Ləzgi Əhməd bu dəftəri yazar, hey! 
 
Xəstə Qasım: 
 
O ürəkdir, silinməzdir qarası, 
O ömürdür, heç tapılmaz çarası, 
Yüz doxsan min ildir, yerlə göyün arası, 
Xəstə Qasım, o dəftəri pozar hey! 
 
 
 
 
 
 
 
 
 
 
 


 
173

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin