Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə47/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   43   44   45   46   47   48   49   50   ...   65
Xeste Qasım

 
 
                           Ay Hayıf-Hayıf 
 
Səhər tezdən əzmi-gülşən elədim, 
Qəm məni çulğadı, ay hayıf-hayıf! 
Aşıq deyər: ay hayıf, 
Kimlər oldu ay hayıf, 
Səninlə mən sevişdim, 
Ayrı düşdüm, ay hayıf! 
Bağban oldum, bağ bəslədim cifayda, 
Dərmədim gülünü, ay hayıf-hayıf! 
 
 
 


 
188
Sərrafın dəstində nə danə gördüm, 
Mürğü dəhanında nə danə gördüm, 
Aşıq, nə danə gördüm, 
Xalın nə danə gördüm, 
Tülək tərlan tuş oldu, 
Axır nadanə gördüm. 
Gövhəri verdilər nadanə gördüm, 
Bilmədi qiymətin, ay hayıf-hayıf! 
 
 
Oxudum dərsimi, çıxdım yasinə, 
İgid olan ixlas bağlar yasına. 
Aşıq deyər: yasına, 
Namərd boynun yasına, 
Nanəcibə söz demə, 
Ya inciyə, ya sına. 
Qasım ölər, dostlar gələr yasına,  
Eşidənlər deyər: ay hayıf-hayıf! 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin