Standart ingilis dilində ixtisarlarla adlandırılmış aşağıdakı zəmanət siniflərini daxil
Çatdırılma və istismar (ADO). ADO zəmanət sinfi qiymətləndirilən obyektin
etibarlı çatdırılması, qurulması və istismar istifadəsinə aid tədbirlərə,
prosedurlara və standartlara tələbləri müəyyən edir.
Yaratma (ADV). Bu zəmanət sinfi qiymətləndirilən obyektin ümumi
spesifikasiyasından təhlükəsizlik funksiyalarının faktiki realizəyə yuxarıdan
aşağıya addım-addım dəqiqləşdirilməsi üzrə tələbləri müəyyən edir.
Rəhbər sənədlər (AGD). Bu zəmanət sinfi istehsalçının təqdim etdiyi istismar
sənədlərinin anlaşıqlıq və tamlıq tələblərini müəyyən edir.
Həyat dövrünün dəstəklənməsi (ALC). Bu sinif qiymətləndirilən obyektin
yaradılmasının bütün addımları üçün həyat dövrü modelini, o cümlədən
qüsurların aradan qaldırılması prosedurlarını və siyasətini dəqiq müəyyən edir.
Testlər (ATE). Bu zəmanət sinfi təhlükəsizlik funksiyalarının funksional
təhlükəsizlik tələblərini ödədiyini nümayiş etdirən sınaqlara tələbləri müəyyən
edir.
Boşluqların qiymətləndirilməsi (AVA). Bu zəmanət sinfi istismar zamanı qalan
zəif yerlərin identifikasiyasına yönəlmiş tələbləri müəyyən edir.
Dostları ilə paylaş: