4. İnformasiya təhlükəsizliyi vasitələri
İndi isə əvvəlki paraqrafda qeyd olunmuş prinsip və ya mexanizmlərin hansı
vasitələr və ya alətlər vasitəsilə reallaşdırılmasına qısa da olsa aydınlıq gətirək.
Təbiidir ki, burada belə vasitə və alətlərin tam siyahısını vermək mümkün
deyildir. Belə ki, bunlar informasiya təhlükəsizliyi aspektinə baxılan konkret
vəziyyətdən asılıdır. Ona görədə buradakı mülahizələr aşağıdakı bazisə
əsaslanır. Hesab edirik ki, personal (işçi personal)-bu vasitədir, audit-
mexanizmdir, qeydiyyat (hesabat) isə məqsəddir. Başqa bir halda autenti-
fikasiyanı təmin edən parollar şifrələnmiş formada saxlanılır, autentifikasiya
öndə gəlir (sələfdir), misal üçün, modifikasiyaya icazə üçün. Deməli, krip-
toqrafiya parolların mühafizə vasitəsidir, parollar autentifikasiya mexanizmi
üçün istifadə edilir, autentifikasiya tamlığın təminindən öndə olur.
Beləliklə,
informasiya
təhlükəsizliyinin
əsas
vasitələri
(alətləri)
aşağıdakılardır:
- personal - bütün aspektlərdə, başqa sözlə, işləmək, tətbiq etmək, dəstəkləmək,
nəzarət etmək və yerinə yetirmək informasiya təhlükəsizliyini həyata keçirən
insanlardır;
- normativ təminat - informasiya təhlükəsizliyinin işlənməsi üçün hüquqi
fəzanı yaradan sənədlər;
- təhlükəsizlik modelləri - verilmiş konkret informasiya sisteminə və ya
mühitinə qoyulmuş informasiya təhlükəsizliyinin təmini sxemləri;
- kriptoqrafiya - informasiyanın elə çevrilmə üsul və vasitələridir ki, onunla
sanksiya olunmamış əməliyyatları (oxuma və ya modifikasiya etmə)
çətinləşdirir və ya imkan vermir. Təbii ki, bu üsul və vasitələr bu sanksiyaları
reallaşdıran xüsusi informasiya obyektləri-açarların yaradılması, saxlanması və
paylanması üsul və vasitələri ilə birgə işləyirlər;
- antivirus təminatı - təhlükəli kodların (viruslar, troyan proqramları və s.)
aşkarlayıb məhv etmək üçün vasitələr;
- şəbəkəarası ekranlar - bir informasiya şəbəkəsindən başqasına dostupa
nəzarət qurğusu;
- təhlükəsizlik skanerləri - konkret informasiya sistemi üçün təhlükəsizlik
modelinin işləmə keyfiyyətini yoxlayan qurğu;
- həmlələri aşkarlayan sistemlər - informasiya mühitində aktivlik monitorinqi
qurğusu (bəzi hallarda göstərilən aktiv fəaliyyətdə sərbəst iştirak etmək imkanı
ilə);
-
ehtiyat kopiyalaşdırma - mümkün olan itirmə və ya zədələnmə zamanı
istifadə etmək üçün informasiya resurslarının izafi nüsxələrinin (kopiyalarının)
saxlanması;
-
rezervləşdirmə - əsas qurğuların işdən çıxdığı zaman informasiya mühitinin
işlək olması üçün lazım olan alternetiv qurğuların yaradılması;
- qəza planı - informasiya təhlükəsizliyi plan və vasitələrində nəzərdə tutulmuş
qaydalardan kənar hallarda həyata keçirmək üçün nəzərdə tutulmuş tədbirlər
yığımı;
- istifadəçilərin öyrədilməsi - informasiya təhlükəsizliyi tələblərinə uyğun
şəraitdə işləmək üçün informasiya mühitinin aktiv iştirakçılarının hazırlanması.
Dostları ilə paylaş: