Dərs vəsaiti ali məktəblərin 050608 "Elektroenergetika mühəndisliyi" ixtisası üzrə



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#48657
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   30
Kontakt shebekesi ve elektrik verilish xetleri fenninden elektron muhazireler

3. Hava xətləri 

 

Açıq  havada  dayaqlar  üzerində  izolyatorlar 



vasitəsilə  bərkidilərək  naqillə  elektrik  enerjisinin 

ötrülməsi  və  paylanması  üçün  tətbiq  edilən  qurğu 

hava  EVX-ləri  adlanır.  Bu  xətlər  gərginlik 

səviyyəsinə  görə 2 yerə bölünür:   

1.  Gərginliyi  1  kV-a  qədərolan  hava  EVX-

ləri, 


2.  Gərginliyi  1  kV-dan  çox  olan  yüksək 

gərginlikli  hava EVX-ləri. 

1kV-a  qədər  olan  alçaq  hava  EVX-lərinin 

standartları aşağıdakılardır: 

- 127 V; 220 V; 380 V; 500 V; 660 V; 825 V. 

Yüksək  gərginlikli  elektrik  xətlərinin  gərginlikləri 

aşağıdakılardır: 

-  3  kV;  6  kV;  10  KV;  27.5  kV;  35  kV;  110 

kV; 220 kV; 330 kV; 500kV;  750 kV; 1150 kV. 

1kV-a  qədər  hava  EVX-ləri  dəmiryol 

yarimstansiyalarının  işıqlandırılması və qəsəbələrin 

stansiyalarının  qidalandırılması üçün istifadə edilir. 

Yüksək  gərginlikli  EVX-ləri  isə  dartı 

yarımstansiyalarını  və  eləcə  də  dəmiryollarının 

qeyri  dartı  istehlakçılarını,  rayon  işlədicilərini 

qidalandıran  uzununa  elektrik  təhcizatı  xətləridir. 

Bilavasitə  dayaqların  bərkidilmə  nöqtələrində 

asılan  naqillər  adlanır.  Bu  naqilin  vəziyyəti  2  ən 

yüksək  nöqtələrlə  yəni  bərkidilmə  nöqtələri  ilə  və 

ən  aşağ  nöqtə  ilə  (naqilin  əndazəsi)  xarakterizə 




9

 

edilir.  Asılma  nöqtələri  bir  səviyyədə  olan  sərbəst 



asılan hava EVX-lərinin  sxemi aşağıdakıdır: 

 

 



Şəkil  1. Asılma nöqtələri  bir səviyyədə olan 

sərbəst asılan hava EVX-lərinin  sxemi. 

Burada: 

A və B-naqillərin  bərkidilmə  hündürlüyü; 

ℓ-aşırımın uzunluğu;  h

ən

-naqilin  əndazəsi; 



f-sallanma  oxu. 

 

Adətən  xəttin  keçdiyi  ərazidə  yerin  profili 



müxtəlifdir,  yəni  xəttin  dayaqları  müxtəlif 

hündürlükdə  yerləşir.  Bu  halda  xəttin  sxemi 

aşağıdakı kimidir: 

 

Şəkil  2. Müxtəlif   hündürlüklərdə  asılan 



xəttin  sxemi. 


10

 

Düz  üfüqi  xətlə  ölçülən  asılma  nöqtələri 



arasındakı  məsafə  aşırımın  uzunluğu  adlanır. 

Asılma  nöqtəsindənən  şox  sallanma  yerinə  qədər 

olan 

məsafə 


sallanma  hündürlüyü  adlanır. 

Naqillərin  bərkidildiyi  izolyatorlarhəm  naqillərin 

mexaniki bərkidilməsini və  eləcə də dayağın xəttin 

gərginliyindən  elektrik  izolyasiyasını  təmin  edir. 

Naqillərin  ən  aşağı  nöqtəsindən  torpağa  qədər  olan 

məsafə,  yəni  naqilin  əndazəsi  xəttin  gərginliyindən 

və onun keçdiyi  ərazidən  asılıdır.  

 

 



 

 

 



Cədvəl 1 

Xəttin 


gərginliyi 

<1kV  <110kV  <220kV  <330kV  <500kV 

Naqilin 


əndazəsi 

əhali 


yaşayan 

yerdə 




Naqilin 



əndazəsi 

əhali 


yaşamayan 

yerdə 




7,5 

 



Hava  xətlərinin  dəmiryolları,  avtomobil 

yolları,  digər  gərginlikli  hava  xətləri  və  kontakt 

şəbəkəsi ilə kəsişməsi də minimal məsafələrlə təyin 

edilir.  İki  hava  xəttinin  kəsişməsi  zamanıgərginliyi 

yüksək  olan  xətt  naqili  yüksəklikdən  keçir.  Hava 

xətlərində  müxtəlif  fazaların  naqilləri  arasındakı 

məsafə  elə  götürülür  ki,  küləyin  üfüqi  təsiri 



11

 

nəticəsində 



onların  yaxınlaşması  nəticəsində 

onların  elektrik  boşalmasına  imkan  verməsin. 

Fazaların  naqilləri  arasındakı  məsafə  xəttin 

gərginliyindən, 

naqillərin 

yerləşməsində 

izolyatorların quruluşundan, aşırımın uzunluğundan 

və  iqlim  amillərindən  asılıdır.  Xəttin  gərginliyinin 

çox olması elektrik enerji itgisini azaldır. Naqillərin 

en  kəsiyini  artırmaqla  da  bu  itkiləri  azaltmaq  olar. 

Buna  görə  də  110  kV-luq  xətlərdə  diametrləri  11.3 

mm-dən,  220  kV-luq  xətlərdə  isə  diametrləri  21.6 

mm-dən  az  olmayan  naqillərin  tətbiq  edilməsi 

əlverişlidir.  Bir  naqili  diametrləri  az  olan  bir  neçə 

naqillə əvəz etməklə  itgiləri azaltmaq olar. Bu  faza 

parçalanması  adlanır.  Adətən  330  kV-luq  xətlər  2; 

500  kV-luq  xətlər  3;  750  kV-luq  xətlər  isə  hər 

fazası  4  naqilli  hazırlanır.  Kontakt  şəbəkələri  və 

hava xətləri bir-birindən mexaniki ayrılmış sahələrə 

bölünür.  Bir  sahənin  naqillərinin  qırılması  o  biri 

sahələrə  təsir  etmir.  Eyni  zamanda  bu  ayrılma 

quraşdırılma  işlərini  də  sadələşdirir.  Ayrılma  anker 

dayaqları  vasitəsilə  təmin  edilir  (anker  sahələri). 

Naqillərə  çəkidən,  buzlaşmadan  və  küləkdən 

yaranan  yüklər  təsir  edir.  Naqillər  anker 

dayaqlarında  bərkidilir.  Üçfazlı  dıyişən  cərəyanlı 

hava  xətlərində  bir-birindən  izolə  edilmiş  üç  naqil 

asılır  və  EVX-lərinin  bir  dövrəsini  təşkil  edir. 

EVX-ləri  1, 2 və çox dövrəli hazırlanır. 

 

 




12

 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin