Bəzən mən sizin indicə təsvir etdiyiniz bir neçə anı tuta bi-
lirəm. Bu təbiətin qoynunda tək qaldığım zaman baş verir.
Tamamilə doğrudur. Dzen ustaları ani daxili işartını,
yaxud dərindən dərk etmə anını təsvir etmək üçün satori
sözündən istifadə edirlər. Satori qeyri-idrak və tam möv-
cudluq durumu anlamına gəlir. Satori daimi baş tutmuş
transformasiya olmasa da, o gələndə minnətdar ol, çünki
o aydınlanmanın dadını hiss etmək imkanı verir.
Yəqin ki, onu özün də bilmədən və bütün əhəmiyyətini
anlamadan dəfələrlə hiss etmisən. Mövcudluq ona görə
lazımdır ki, təbiətin gözəlliklərini, əzəmətini və müqəd-
dəsliyini dərk edəsən. Aydın bir gecədə sonsuz fəzaya
baxaraq, onun mütləq sakitliyi və ucsuz-bucaqsız zəngin-
liyi qarşısında həyəcanlı bir sayğı duydunmu? Ağacların
arasından axan dağ çayının şırıltısını həqiqətən, bütün
vücudunla dinlədinmi? Sakit yay axşamının alatoranında
qaratoyuğun nəğməsinə qulaq asdınmı? Belə şeyləri dərk
etmək üçün beyin sakitliyə qərq olmalıdır. Keçmişi və
gələcəyi aid şəxsi problemlərinin yükünü, o cümlədən,
bütün biliklərini bir müddət kənara qoymalı olacaqsan.
Yoxsa baxacaq, ancaq görməyəcəksən, dinləyəcək, amma
133
eşitməyəcəksən. Bütün bunlar sənin tam mövcud olmağı-
nı tələb edir.
Zahiri formaların gözəlliyinin altında daha çox şey
gizlənir: bu heç bir adı olmayan, anlaşılmayan, səssiz,
mütləq dərin bir şey, müqəddəs daxili mahiyyətdir. Bu
daxili mahiyyət cücərərək, hansısa tamamilə anlaşılmaz
yolla gözəlliyin olduğu yerə qeyri-adi işığını salar. Bu işıq
özünü sənə yalnız mövcudluq halında olduğunda göstə-
rər. Bəlkə, bu adsız mahiyyət və sənin mövcudluğun eyni
şeydir, bir bütövdür? Bu sənin mövcudluğun olmadan
ola bilərmi? Onun daha dərinliyinə dal. Onu özün tap.
&
Bu cür mövcudluq anlarını yaşayarkən çox güman ki,
qısa müddətə də olsa qeyri-idrak halına girdiyinizi o qə-
dər də hiss etməmisiniz. Çünki, o hal ilə düşüncə axını
arasındakı aralıq çox qısa olub
Zehin müdaxilə etməzdən əvvəl satoriniz bir neçə sa-
niyə davam etmiş ola bilər, əks halda gözəlliyi hiss et-
məzdin. İdrak gözəlliyi nə tanıya, nə də yarada bilir.
Mövcud olduğun cəmi bir neçə saniyədə gözəllik də
olub, müqəddəslik də. Bu aranın qısalığı və diqqətinin ça-
tışmazlığı səbəbindən ola bilər ki, sən gözəlliyin dərki,
onun düşüncəsiz fərqindəliyi və fikir olaraq yozumu ara-
sındakı fundamental fərqi görməmisən: ara vaxt o qədər
az olub ki, bütün bunlar sadəcə adi müddət olaraq gör-
134
sənib. Lakin həqiqət budur ki, düşüncə müdaxilə etdiyi
anda, təəssüratlarından ancaq xatirə qalır.
Qavrayışla düşüncə arasındakı zaman aralığı nə qə-
dər genişdirsə, bir insan olaraq bir o qədər dərinə gedə,
başqa sözlə, daha şüurlu ola bilərsən.
Bir çox insanlar zehninə o qədər bağlıdırlarki, təbiə-
tin gözəlliyi onlar üçün sadəcə mövcud deyil. Onlar çiçə-
yin çox gözəl olduğunu söyləyə bilərlər, ancaq bu sadəcə
şablon söz olacaq. Rahatlıq, hərəkətsizlik və tam mövcud-
luq onlara yad olduğundan, əsl çiçəyi də görmür, onun
mahiyyətini, müqəddəsliyini qavramırlar; eynilə bu şəkil-
də özlərini də tanımır, öz mahiyyətlərini, öz müqəddəs-
liklərini də bilmirlər.
Bizim mövcud olduğumuz mədəniyyət idrakın hök-
münə o dərəcədə tabedir ki, müasir incəsənətin, memarlı-
ğın, musiqinin və ədəbiyyatın çox böyük bir qismi, kiçik
istisnalarla daxili mahiyyətdən və gözəllikdən məhrum-
dur. Səbəb bunları yaradan insanların bir anlıq da olsa öz
idraklarından qopa bilməməsidir. Bu səbəbdən də onlar
əsl yaradığıcığın və gözəlliyin mənbəyi olan daxili aləm-
lərinə girə bilmirlər. İdrak başlı-başına buraxıldıqda ey-
bəcər şəhərlər yaradır, həm də təkcə rəsm sərgilərində
deyil. Həmçinin bizim şəhər və sənaye bölgələrində. Heç
bir sivilizasiya bu cür eybəcərlik yaratmayıb.
135
Saf Şüuru Dərk Etmək
Dostları ilə paylaş: |