«Sosiologiya» Fənni Üzrə Kollokvium Suallarının Cavabları Sıra №


ABŞ sosioloqlarının sosioloji  fikrin inkişafında rolu (R.M.Makayver



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix29.12.2021
ölçüsü0,6 Mb.
#48757
1   ...   11   12   13   14   15   16   17   18   ...   26
sosiologiya-az-cavablari

ABŞ sosioloqlarının sosioloji  fikrin inkişafında rolu (R.M.Makayver, 

R.K.Merton, T.Parsons, P.A.Sorokin, N.Smelzer). 

XX  yüzilliyin  əvvələrindən  etibarən  sosiologiya  elminin    inkişaf 

mərkəzi  ABŞ  universitetlərinə  keçir.  Buna  görə  də  müxtəlif  problemlər 

üzərində  elmi  tədqiqatlar  aparan  alimlər  içərisindən  biz  bəzilərinin 

yaradıcılığının  öyrənilməsini  zəruri  hesab  edirik.  Xüsusən  amerikan 

sosioloqlarından  Robert  Morison  Mak  -Ayver  (1882-1970),  Robert  Kinq 

Merton  (1910-1987),    Talkott  Parsonsun  (1902-1973)  və  Pitirim 

Sorokinin(1889-1968) baxışları böyük elmi maraq doğurur. 



R.M.Mak–Ayver 

1915-1927-ci 

illərdə 

Kanadanın 

Toronto 

universitetində siyasi elmlər professoru vəzifəsində çalışmışdır. Daha sonra 

Nyu-Yorkun  Kolumbiya  universitetinə  dəvət  alan  Mak-Ayver  burada 

əsasən dövlətin və istehsalın sosiologiyası ilə məşğul olmuşdur. O, 1940-cı 

ildə  Amerika  Soiologiya  Cəmiyyətinin  30-cu  prezidenti  seçilmişdir.  Mak-



Ayverin sosiologiyasında morfologiya  etiologiya adlı təlimlər xüsusi yer 

tutur.  Morfologiyanı  o,  sosial  formalar  haqqında,  etiologiyanı  isə,  sosial 

səbəblər  haqqında  təlim  kimi  nəzərdən  keçirirdi.  Onun  fikrincə,  hər  bir 

sosial  fakt  müəyyən  formaya,  həmçinin  onu  doğuran,  meydana  gətirən  və 

inkişaf  etdirən  səbəbə  malikdir.  Sosiologiya  elminin  başlıca  və  əsas 

məqsədi  sosial  faktların  mahiyyətinə  varmaqdan,  onların  səbəblərini  və 

formalarını aşkara çıxarmaqdan ibarətdir. 

Robert Kinq Mertonu sosioloq kimi məşhurlaşdıran XX yüzilliyin 30-

cu  illərində    bürokratik  struktur  və  şəxsiyyət  problemini  tədqiq  etməsi 

olmuşdur.  Xüsusən  o,  bürokratik  struktur  daxilində  münaqişə,  sosial 

fəaliyyətin  sosial-psixoloji  əsasda  ortaya  çıxardığı  gözlənilməz  nəticələr 

probleminin  təhlilinə  daha  çox  diqqət  yetirmişdir.  O,  bunu  çoxlu  sayda 

mənafelərin  və    iradələrin  qarşılıqlı  mübarizəsi  ilə  əlaqələndirirdi.  Bundan 

əlavə Merton elmin sosioloji tədqiqi problemi ilə  də məşğul olmuşdur.  

Talkott  Parsons  əvvəlcə    təbiət  elmlərini  öyrənirdi  və  həkim  olmaq 

fikrində  idi.  Lakin  1924-cü  ildə  o,  fikrini  dəyişərək  London  İqtisadiyyat  

Məktəbinə  daxil  olur.  Daha  sonra  Parsons  Almaniyanın  Heydelberq 

Universitetində  «M.Veber  və  V.Zombartın  kapitalizm  anlayışı  haqqında» 

mövzusunda  dissertasiya  müdafiə  etdi.  1944-cü  ildən  etibarən  Harvard 

Universitetində  çalışmışdır.  O,  1949-cu  ildə  Amerika  Sosiologiya 

Cəmiyyətinin 31-ci prezidenti seçilmişdir. 

Sosiologiya  elminin  inkişafında  XX  yüzilliyin  əvvəllərində    Sankt-

Peterburq 

Universitetinin 

professoru, 

milliyyətcə 

mordvin 

olan 


P.A.Sorokinin  böyük  xidmətləri  olmuşdur.  1922-ci  ildə  əvvəllcə  Avropaya 

mühacirətə gedən alim 1923-cü ildə ABŞ-a köçmüşdür. Onun əsas əsərləri  

aşağıdakılardır:  «İnqilabın sosiologiyası», «Müasir sosioloji nəzəriyyələr», 

«Sosial  və  mədəni  mobillik»,  dörd  cilddən  ibarət  olan  «Sosial  və  mədəni 

dinamika», «İnsan, sivilizasiya, cəmiyyət» və s. 

Amerika  sosiologiyasının  gənc nəslinin  nümayəndələri  olan  T.Mur  və 



N.Smelzer  sosial  sistemdə  baş  verən  dəyişiklikləri  sosial  dəyişikliklərlə 

bağlayırlar.  Onlar  hesab  edirlər  ki,    məhz    K.Marks  sosial  dəyişikliklər 

nəzəriyyəsinin  banisidir.  Smelzer  özünün  «İqtisadi  həyatın  sosiologiyası» 

əsərində    iqtisadiyyatı  sosial  proseslərin  dinamikasına  həlledici  təsir 

göstərən  amil  hesab  edir.  Smelzerin  fikrincə,  tarixin  sosial-iqtisadi 

inkişafının  əsas  problemlərinin  əsil  elmi  izahı  K.Marksa  və  M.Veberə 

məxsusdur. 

 

16 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin