nvestisiyanın rentabeliyi BCR – təmiz gəlirdən alınan götərici. O,
diskont gəlirindən diskont investisiya xərclərinə olan münasibəti müəyyənləşdirir.
Daxili gəlir norması İRR – bu investisiyanın hesablanmış normada
verilməsidir. Burada təmiz gəlir NPB sıfra bərabər olur, kapital qoyma öz
xərclərini götürür, beləliklə, cari xeyir xərcin ölçüsünə bərabər olur.
27. Ətraf mühitdən istifadənin idarəetmə metodları və funksiyaları
Təbiətdən istifadənin idarəedilməsi
– təbii ehtiyatlardan səmərli istifadənin və
təbii ehtiyatların yenidən istehsal edilməsinin, ətraf mühitin mühafizəsinin təşkil
edilməsi, o cümlədən ekoloji-
istifadənin idarəedilməsi mexanizmi metod, funksiya və təşkilati strukturları (ida-
rəetmə orqanlarını) özündə birləşdirir.
İdarəetmə metodları
– idarə edilən obyektlərin davranış və fəaliyyətinə
təbiətdən səmərəli istifadənin təmin edilməsi və ətraf mühitin mühafizəsi məqsədi
ilə təsir etmə üsullarıdır. İdarəetmənin aşağıdakı əsas metodları istifadə edilir:
•
inzibati (komandaya başçılıq) - dövlət məcburiyyəti imkanı ilə təmin edilən;
•
iqtisadi – zəruri ekoloji tədbirlərin, təbiətdən istifadə sahəsində idarəetmə
orqanlarının qərarlarının yerinə yetirilməsində təsərrüfat subyektlərinin bilavasitə
maddi marağını yaradan;
•
sosial-psixoloji - həm həvəsləndirici xarakterli, həm də xətaların təsirinin
göstərilməsi üzrə mənəvi stimullaşdırma metodları (yazılı və ya inzibati
ə
mrlərində təşəkkürnamələr və ya töhmətlər).
Təbiətdən istifadənin idarə edilməsi bir sıra spesifik funksiyaların, yəni
ekoloji-iqtisadi münasibətlərə təsir edən fəaliyyət növlərinin yerinə yetirilməsini
təxmin edir. İdarəetmənin bütün sahələr və hissələr üçün ümumi funksiyaları
aşağıdakılardır:
•
ətraf mühitin mühafizəsi və təbiətdən istifadə sahəsində normayaradıcılıq və
qanunvericilik təşəbbüsü;
•
təbii obyektlərin qeydiyyata alınması və təbii kadastrların aparılması;
•
ətraf mühitin monitorinqinin yerinə yetirilməsi;
•
ekoloji nəzarət, ekspertiza və audit;
•
ekoloji-iqtisadi proqnozlaşdırma və planlaşdırma;
•
təbiətin mühafizəsi üzrə fəaliyyətin iqtisadi stimullaşdırılması;
•
təbii ehtiyatlardan istifadə hüququ haqqında mübahisələrin həll edilməsi,
təbiətin mühafizə edilməsinə dair qanunvericiliyin pozulmasına görə sanksiyaların
tətbiq edilməsi və s.
27
Bu yaxınlaradək təbiətdən istifadə sistemində daha geniş yayılmış və aktiv
Dostları ilə paylaş: |