ELÇĠN ZAMANOV
―Naxçıvan‖ Universiteti
zamanlielcin@yahoo.com
Versal konfransı beynəlxalq münasibətlərdə yeni dönəmin baĢlandığını
və yeni dünya düzəninin qurulmasında böyük dövlətlərin hərbi –siyasi
missiyalarını müəyyən etdi. Dünyanın aparıcı dövlətləri olan ABġ, Ġngiltərə,
Fransa,Türkiyə və Almaniyanın Cənubi Qafqazla bağlı siyasi yanaĢmalarında
mühüm geosiyasi bölgə rolunu oynayan Naxçıvan hadisələrin gündəmində əsas
məsələlərdən birinə çevrilmiĢdi. Azərbaycanın Versal Sülh konfransında olan
nümayəndələri də Ermənistan hökumətinin qədim Azərbaycan torpaqları olan
Naxçıvan və ġərur-Dərələyəzi, Qafqazda olan Cənub-Qərbi Qafqaz Türk
Respublikasını özünə birləĢdirmək niyyətlərinə, daĢnakların bu ərazilərdə
törətdiyi zorakılıq aktlarına qarĢı mübarizə aparırdılar. Bu barədə
Ə.M.TopçubaĢov avqust ayının 19-da Sülh konfransının sədrinə xüsusi etiraz
Tezislər
51
notası təqdim etmiĢdi. Notada göstərilirdi ki, Azərbaycan nümayəndə heyəti
respublikanın müstəqilliyini tanımaq barədə Sülh konfransı qarĢısında çıxıĢ
edəcəyi günü səbirsizliklə gözlədiyi halda, bizim ölkəmizdə mühüm hadisələr
baĢ verir, Sülh konfransının səlahiyyətinə aid olan məsələlərə müdaxilə edilir,
Qafqaz Azərbaycanının ərazisi zor gücünə dəyiĢdirilir, əhalisi öz yurdlarından
didərgin salınır. Azərbaycan sülh nümayəndə heyəti öz ölkəsindən rəsmi
məlumat almıĢdır ki, Qars vilayəti, Ġrəvan quberniyasının Naxçıvan, ġərur-
Dərələyəz, Sürməli qəzaları və Ġrəvan qəzasının bir hissəsi Ermənistan
Respublikasına birləĢdirilmiĢdir. ABġ və Ġngiltərənin təhlükəli, avantürist siyasi
oyunlarına məruz qalan köməksiz Naxçıvanın Çar Rusiyasının devrilməsindən
Moskva və Qars müqaviləsinədək hərbi-siyasi istinadgahı və qarantı ancaq
Türkiyə oldu. Qeyd etmək lazımdır ki, Türkiyənin Azərbaycana siyasi-hərbi
dayaq olması, ilk növbədə isə Naxçıvan, Zəngəzur və Qarabağ bölgələrinə
silahlı yardım göstərməsi iĢi Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra
daha da fəallaĢdı. Beynəlxalq durumun belə ağır olmasına baxmayaraq
Osmanlı Türkiyəsi Azərbaycanın, xüsusilə də Naxçıvanın tarixi taleyinə biganə
qalmadı. Naxçıvan öz coğrafi əhəmiyyətinə görə daim Türkiyənin xarici
siyasətində önəmli yer tutmuĢdur. Dörd ölkənin qovuĢuğunda yerləĢən
Naxçıvan mahalı çox böyük strateji və siyasi əhəmiyyət kəsb etmiĢdir. Türkiyə
Azərbaycanda qısa müddət ərzində baĢ verən bir-birilə çox kəskin təzad təĢkil
edən ictimai quruluĢ və siyasi sistem dəyiĢikliklərinə baxmayaraq, onun ərazi
bütövlüyünün təmin olunmasına hərbi-siyasi yardım göstərərək ―Naxçıvan türk
qapısıdır‖(Atatürk) və Naxçıvanla Zəngəzurun Anadolu ilə Azərbaycanı
birləĢdirən strateji koridor rolunu oynaması mövqeyinə üstünlük verirdi. Rusiya
və Ġran isə həmin bölgələr də daxil olmaqla bütün Quzey Azərbaycanın yenidən
ələ keçirilməsinə çalıĢır və buna özlərinin ―tarixi torpaqlarının geri qaytarılması
kimi‖ yanaĢırdılar. Naxçıvan və Zəngəzurun strateji əhəmiyyətini nəzərə alan
Qərb dövlətləri, ilk növbədə isə Böyük Britaniya və ABġ həmin bölgələrdə
nüfuza malik olmağa çalıĢırdılar. Bunun üçün də nəyin bahasına olursa olsun
Naxçıvanı ermənilərin idarəsi altına vermək istəyirdilər. O dövrdə bütün
millətlərin siyasi taleyini həll edən və Versal konfransında kiçik millətlərin,
milli-azadlıq hərəkatlarının siyasi nəticəsi kimi yaranan yeni milli
müstəqilliklərin gerçəkləĢdirilməsi və ən baĢlıcası Osmanlı Türkiyəsinin
Cənubi Qafqaza yönəlik haqlarının bərabər surətdə qorunmasından danıĢan bu
iri dövlətlər təəssüf ki, daha çox ermənilərə siyasi və hərbi dəstək verirdilər.
Ermənilər də bu böyük güclərin dəstəyinə arxalanaraq Naxçıvan və çevrəsini
iĢğal etməyə çalıĢırdılar.
Bütövlükdə Güney Qafqazı, xüsusilə də ġimali Azərbaycanı özlərinin
nüfuz dairəsinə keçirməyə, Rusiya və Türkiyəni buradan sıxıĢdırmağa çalıĢan
Qərb dövlətləri, ilk növbədə isə Ġngiltərə və ABġ bu dövrdə yaranmıĢ yerli
Ģəraitdən istifadə edərək Naxçıvan və Zəngəzur bölgələrində təsirlərini
artırmağa cəhdlər göstərirdilər. Bu cəhdlər ermənilərin həmin bölgələri ələ
Beynəlxalq İpək Yolu
52
keçirmək niyyətləri ilə üst-üstə düĢdüyündən onlar bir-birlərindən qarĢılıqlı
surətdə faydalanmağa çalıĢırdılar.
Açar sözlər: Zəngəzur, Naxçıvan, Cənubi Qafqaz, Versal konfransı,
ġərur-Dərələyəz, Sürməli
NAXÇIVANIN ERKƏN TUNC DÖVRÜ ABĠDƏLƏRĠNDƏN TAPILAN
DULUSÇU MƏHSULLARININ XÜSUSĠYYƏTĠ VƏ SEMANTĠKASI
TOĞRUL XƏLĠLOV
AMEA Naxçıvan Bölməsi
x.toqrul@gmail.com
Naxçıvanın Erkən Tunc dövrü dulusçuluq sənətini öyrənmək
Azərbaycan arxeologiyasında aktual və maraqlı məsələlərdən birini təĢkil edir.
Bu dövrdə digər sənətkarlıq sahələri kimi dulusçuluğun inkiĢaf etməsi ilə
əlaqədar keramika məmulatlarının hazırlanmasında, biĢirilməsində dəyiĢiklər
baĢ vermiĢdir. Dulusçular gildən qablarla yanaĢı müxtəlif məhsullar- ocaqlar,
manqallar, heyvan, təkər fiqurları, tokinslər və s. düzəltmiĢlər. Onların hər biri
maddi və mənəvi mədəniyyətimizin öyrənilməsində mühüm yer tutur. Gil
ocaqlar nalĢəkilli və düzbucaqlı, manqallar dairəvi, təkər modelləri dairəvi,
kəsikdə bikonik, orta hissəsi deĢikli formada düzəldilmiĢdir. Gil heyvan
fiqurları öküz, at, it fiqurlarından ibarətdir. Bu arxeoloji materiallardan bir
qrupunun bənzərləri istər qayaüstü təsvirlərdə, istərsə də həmin dövrün digər
arxeoloji materialları üzərində təsvirlərlə oxĢarlığı və semantik cəhətdən
bağlılığı vardır. Naxçıvandakı Erkən Tunc dövrünə aid arxeoloji abidələrdən
tapılan öküz təsvirləri, oküz burnu formalı qulplar, öküz baĢ formalı ocaqlar və
s. bu tip arxeoloji materiallardandır. Naxçıvanın Erkən Tunc dövrü arxeoloji
abidələrindən (I Kültəpə, II Kültəpə, Ovçulartəpəsi, Maxta, Ərəbyengicə,
ġortəpə və s.) əldə olunmuĢ dulusçuluq məhsulları içərisində gil qablar çoxluq
təĢkil edir. Onlar boz, qara və çəhrayı rəngli, cilalı və cilasız düzəldilmiĢdir. Bu
qablar mətbəx və təsərrüfat qabları olmaqla iki qrupa bölünürlər. Qabların
naxıĢlanmasında oval və ya dairəvi batıqlardan, ziqzaq, "S", formalı
iĢarələrdən, buynuz, spiral formalı ornamentlərdən, müxtəlif həndəsi, daraqvari
naxıĢlardan və s. istifadə edilmiĢdir. Bu ornamentlər Ön Türk mədəniyətində
geniĢ yayılmıĢdır. Onlardan bir çoxu qədim damğaları da simvolizə etmiĢdi.
NaxıĢlar çızma, çərtmə, basma, qabartma texniki üsulları ilə vurulmuĢdur.
Onlar forma və xüsusiyyətlərinə görə həm yerli, həm də digər mədəniyyətlərlə
bağlı əlamətlər daĢıyır. II Kültəpə arxeoloji abidəsindən əldə olunmuĢ ağzının
kənarı qalın, relsĢəklində düzəldilmiĢ gil qablar bu tip arxeoloji materiallardan
olub ġərqi Anadolunun keramika məmulatları arasında çoxluq təĢkil edir.
Naxçıvanın Erkən Tunc dövrü arxeoloji abidələrinin bir qrupundan, o cümlədən
Plovdağdan aĢkar olunan keramika məmulatları içərisində elmi ədəbiyyatlarda
Tezislər
53
―camıĢ dərisi rəngli‖ keramika adı ilə tanınan qəhvəyi gilli qablar Giyan,
Mussiana və Suzda geniĢ yayılmıĢdır. I Kültəpə, II Kültəpə yaĢayıĢ yerlərindən
əldə olunmuĢ üzəri zıqzaq ornamentlərlə naxıĢlanmıĢ gil qabların bənzərləri
Cənubi Qafqazın, Ön Asyanın həmdövr arxeoloji abidələrdən tapılmıĢdır.
Aparılan araĢdırma nəticəsində sonda onu qeyd etmək olar ki,
Naxçıvanın Erkən Tunc dövrü sənətkarlıq sahələri içərisində dulusçuluq
özünəməxsus yer tutur. Dulusçuluğun bu dövrdə inkiĢaf etməsi nəticəsində
əvvəlki dövrlədən fərqli olaraq məhsulların həm çeĢidləri çoxalmıĢ, həm də
keyfiyyəti yaxĢılaĢmıĢdır. Onların forma və xüsusiyyətlərinə görə müxtəlif
olması dulusçu məhsullarının hamısının eyni sənətkarlar tərəfindən
düzədilmədiyini, müxtəlif sənətkar emalatxanalarının məhsulu olduğunu sübut
edir.
Açar sözlər: Naxçıvan, dulusçuluq, keramika, arxeoloji abidələr
ORTA ƏSR NAXÇIVAN ġƏHƏRĠ MADDĠ MƏDƏNĠYYƏTĠNĠN BƏZĠ
XÜSUSĠYYƏTLƏRĠNƏ DAĠR
(tarixi-etnoqrafik tədqiqat)
ASƏF ORUCOV
AMEA Naxçıvan Bölməsi
orucov_a@mail.ru
Orta əsr mənbələrinə əsaslanaraq demək olar ki, Naxçıvan Ģəhəri indiki
Ģəhər ərazisinin mərkəzi və cənub hissələrini əhatə etmiĢdir. Naxçıvan Ģəhəri
eyni adlı diyarın mərkəzi Ģəhəri idi. Orta əsr ərəb mənbələrində Ģəhərin adı
əsasən NəĢəva kimi iĢlədilmiĢdir. Tarixin müəyyən dövrlərində Naxçıvan
Ģahlığın və Atabəylər dövlətinin paytaxtı olmuĢdur. XIII əsrin ortalarında
Azərbaycanın bir çox Ģəhərlərini gəzmiĢ səyyah Vilhelm Rubruk Naxçıvan
Ģəhərinin vəziyyətini təsvir edərkən yazırdı ki, monqollar Ģəhəri demək olar ki,
boĢ səhraya çevirmiĢdilər. Monqol iĢğallarının ağır nəticələrinə baxmayaraq
Azərbaycanın digər Ģəhərləri kimi, Naxçıvan Ģəhəri də XIII əsrin sonlarından
baĢlayaraq tədricən bərpa olunmağa baĢlamıĢdı. Həmdullah Qəzvini (XIV-əsr)
Naxçıvan tüməninin 5 Ģəhərinin olduğunu qeyd edir ki, onlardan biri də
Naxçıvan Ģəhəri idi. ġəhərin əsas mərkəzi isə indiki Atabəylər memarlıq
kompleksinin (Mömünə xatın məqbərəsinin ətrafı- A.O) yerləĢdiyi meydan
olmuĢdur. XVI əsrin sonu- XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı
müharibələrində Ģəhər xeyli dağıntıya məruz qalmıĢdı. XVIII əsrin sonu- XIX
əsrin əvvəllərində Naxçıvan bölgəsində yalnız iki Ģəhər- Naxçıvan və Ordubad
orta əsr Ģəhərləri kimi qalmıĢdı.
Naxçıvan Ģəhərində yerləĢən tikililər əsasən yaĢayıĢ evlərindən, inzibati
binalardan, məscid və mədrəsələrdən, ticarət obyektlərindən, hamamlardan,
mehmanxanalardan ibarət olmuĢdur. ġəhərləri bildirmək üçün ―Ģəhər‖ istilahı
Beynəlxalq İpək Yolu
54
ilə yanaĢı, digər istilahlar da, məsələn, ―bələdə‖ (ərəbcə cəm halında ―bəlad‖)
iĢlədilirdi. Müasir fars dilində bu istilah kiçik Ģəhərlərə Ģamil edilir. Ancaq bu
istila yəni ―bələdə‖ Naxçıvana Ģamil edilməmiĢdir ki, bu da onun nə qədər iri
Ģəhər olduğunu bir daha ortaya qoyur. Lakin XV-XVI əsrlərdə bu ad altında
yalnız kiçik Ģəhərlər deyil, eyni zamanda siyasi və inzibati mərkəzlər də
nəzərdə tutulurdu.
Tarixi sənədlərdə XVI əsrdə Naxçıvan Ģəhərinin Qaziyi-cahan, Seyid
Hüseyn, ġahab, Qala, Künbəz və s. adlarla bilinən məhəlləri olduğu qeyd
edilmiĢdir. Evlərin quruluĢuna gəldikdə isə evlər əsasən bir mərtəbəli, yastı və
palçıqdan hörülmüĢdür. Hasarlar isə hündür idi. Suvarma sistemi əsasən iki çay
vasitəsi ilə aparılırdı.
Səfəvi-Osmanlı müharibələrini nəzərə almasaq Azərbaycanda Ģəhər hə-
yatının nəzərə çarpacaq dərəcədə canlanması, Ģəhərlərin, o cümlədən
Naxçıvanın
ticarət-sənətkarlıq
əhəmiyyətinin
artması
dövrü
kimi
qiymətləndirilə bilər.
Açar sözlər: Naxçıvan Ģəhəri, Monqol iĢğalları, Səfəvi-Osmanlı
müharibələri, ġahab, Qala
QARABAĞLAR KURQANLARI
ELVĠN ƏLĠYEV
AMEA Arxeologiya və Etnoqrafiya Ġnstitutu
elvinaliyev@yandex.ru
Qarabağlar kurqanları Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu
ərazisində eyni adlı kəndin təqribən 5 km Ģimal-qərbində, daĢ karxanası və
atəĢ meydanı yaxınlığında, el arasında ―Süzgünlər dərəsi‖ adlanan yerdə
yerləĢir. Süzgünlər dərəsi 5 ha artıq bir ərazini əhatə edir. Ərazidə müxtəlif
ölçülü kurqanlar, daĢ qutu qəbirlər, yaĢayıĢ yeri, daĢdan hörülmüĢ müdafiə
səddi qalıqları və s. aĢkar edilmiĢdir.
2014-cü ilin avqust ayında ―ġərur‖ arxeoloji ekspedisiyasının
―Qarabağlar‖ dəstəsi t.ü.f.d. E.H.Əliyevin rəhbərliyi altında abidədə arxeoloji
tədqiqatlara baĢladı. Ġlk olaraq bütün ərazi dəstə üzvləri tərəfindən dəqiqliklə
nəzərdən keçirildi. Qeydə alınan yaĢayıĢ yerinin, kurqanların, daĢ qutu
qəbirlərin, daĢ divar sədlərinin, təyinatı tam müəyyən edilməmiĢ tikililərin GPS
vasitəsilə dəqiq koordinatları götürüldü, foto və video çəkiliĢlər aparıldı.
Süzgünlər dərəsi ərazisində 20-dən artıq müxtəlif ölçülü kurqanlar
qeydə alınmıĢdır. ġərti olaraq ―Qarabağlar kurqanları‖ adını verdiyimiz bu
kurqanların əksəriyyəti Süzgünlər dərəsinin Ģimalında, ―AtəĢ meydanının‖
qarĢısında qeydə alınmıĢdır. Dərənin baĢında, Ģimaldan qərbə doğru bir cərgə
ilə uzanan kurqanların ən böyüyünün diametri təqribən 20 metrə yaxın, ən
kiçiyinin ölçüsü 5 metrə yaxın olmuĢdur. Onların yer səthindən hündürlüyü -
Tezislər
55
0,5 metrdən 2 metrə qədər dəyiĢirdi. Kurqanların düzülüĢündə maraqlı bir
ardıcıllıq qeydə alınmıĢdır. Demək olar ki, hər bir böyük kurqandan sonra qərbə
doğru daha kiçik ölçülü kurqan qeydə alınırdı. Kurqanlar arası məsafə 5-10
metr və daha çox aralığında dəyiĢirdi. Kurqanların böyük əksəriyytinin
kromlexləri kənd əhalisi tərəfindən sökülərək fərdi evlərin tikintisi üçün
istifadə edilib. Süzgünlər dərəsinin baĢında qeydə aldığımız 12 ədəd kurqandan
yerüstü material kimi heç bir maddi mədəniyyət nümunəsi əldə edilmədi.
DağıdılmıĢ kurqanlarda belə arxeoloji materiala rast gəlinmədi. Süzgünlər
dərəsində qeydə alınan bəzi kurqanlar öz ölçülərinin böyüklüyünə və
möhtəĢəmliyinə görə demək olar ki, Naxçıvan ərazisində bənzərinə çox az rast
gəlinən bir kurqan tipləridir.
Süzgünlər dərəsində iki yaĢayıĢ yeri də qeydə alınmıĢdır. YaĢayıĢ
yerlərində dairəvi və dörd künc formada iri və orta ölçülü daĢlardan hörülmüĢ
tikili qalıqları qeydə alındı. Yerüstü material kimi, saxsı məmulatı və obsidian
parçaları aĢkar olundu. Saxsı parçaları Ovçular təpəsi keramikası ilə çox
oxĢarlıq təĢkil edir.
2014-cü ilin avqust-sentyabr aylarında Qarabağlar kəndi ərazisindəki
Süzgünlər dərəsində aparılan arxeoloji tədqiqatlardan ilkin gəlinən nəticə ondan
ibarətdir ki, abidə çox geniĢ bir ərazini əhatə edir. Burada həm böyük bir
yaĢayıĢ yeri, həm də nekropol mövcud olmuĢdur. Yerüstü materiallara və qeydə
alınan kurqanların formasına görə ilkin olaraq deyə bilərik abidə ümumilikdə
tunc dövrünə aiddir.
Açar sözlər: Kurqan, daĢ qutu qəbir, dəfn adəti, kenotaf, Süzgünlər
dərəsi, Qarabağlar, Kəngərli rayonu.
ERMƏNĠ VANDALLARI TƏRƏFĠNDƏN NAXÇIVAN ƏRAZĠSĠNDƏ
DAĞIDILMIġ ĠPƏK YOLU ÜZƏRĠNDƏKĠ TARĠXĠ ABĠDƏLƏR VƏ
YAġAYIġ MƏSKƏNLƏRĠ
(1918-1920-CĠ ĠLLƏRDƏ)
A
ZƏR
ABASOV
Bakı Dövlət Universiteti
abasov.azer@mail.ru
1917-1920-ci ilərdə ermənilər tərəfindən azərbaycanlılara qarĢı törədilən
qanlı qırğınlar Naxçıvan bölgəsində daha dəhĢətli olmuĢdur. Burada erməni
terrorizmi daha vandal xarakter daĢımıĢ, müsəlman-türk əhalisi ilə yanaĢı bir
zamanlar Ġpək yolunun inkiĢafına xidmət etmiĢ müsəlman türk memarlığının bir
sıra ən möhtəĢəm nümunələri olan tarixi abidələrimiz də dağıdılmıĢdır.
Culfa rayonunun Yaycı kəndində qanlı qırğınlar törədən ermənilər
kəndin yaxınlığında Araz çayı üzərindəki tarixi körpünü dağıdaraq yerlə-yeksan
etmiĢlər. Andranikin dəstəsinin Nehrəmə hücumu zamanı kənd ələ keçirilə
Beynəlxalq İpək Yolu
56
bilməsə də yerli əhali üçün ciddi mənəvi əhəmiyyətli abidə sayılan Nehrəm
Ġmamzadəsinə ciddi ziyan dəymiĢdi.
Erməni vandalları nəinki tarixi abidələrimizi hətta bir zamanlar Ġpək
yolu üzərində mühüm yaĢayıĢ məntəqəsi olmuĢ kəndləri, yaĢayıĢ məntəqələrini
dağıntılara məruz qoymuĢlar. Ġngilis, fransız müstəmləkəçilərinin əlaltısı olan
Andronik bu dövrdə türklərə qarĢı mübarizə pərdəsi altında Naxçıvanın Ģəhər
və kəndlərini talan edir, insanları kütləvi Ģəkildə qırırdı. Süst, ÇeĢməbasar,
Tumbul və sairə kəndlər məhz Andronikin basqını nəticəsində dağıdılmıĢ,
əhalisinin böyük əksəriyyəti isə öldürülmüĢdü. Culfa rayonundakı Yaycı, ġərur
rayonundakı Dəmirçi kəndləri məhz belə dağıntıya məruz qalmıĢ kəndlərdən
idi. Ümumilikdə, bu dövrdə Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə
74, ġərurda 76 kənddə dağıntılar və yanğınlar törədilmiĢdir.
Açar sözlər: Naxçıvan, soyqırım, Ġpək yolu, abidələr, yaĢayıĢ
məskənləri
QƏDĠM TÜRKLƏR VƏ ĠPƏK YOLU
ELVĠN BABAYEV
―Naxçıvan" Universiteti
vincent_2063@mail.ru
Avropa və Asiya qitələri arasında iqtisadi-ticarət və mədəni əlaqələrin
təmin olunmasında mühüm rol oynamıĢ «Qədim Ġpək yolu» türk xalqlarının
da iqtisadi, siyasi və mədəni inkiĢafına böyük təsir göstərmiĢdir. «Böyük Ġpək
Yolu»nun beynəlxalq əhəmiyyəti VII-X əsrlərdə, ərəb-müsəlman dövlətinin Çin
və Hindistandan tutmuĢ Ġspaniyayadək geniĢ bir ərazini öz hakimiyyəti altında
birləĢdirdiyi dövrdə daha da artır. Vahid dövlət tərkibində birləĢmiĢ müxtəlif
xalqların ümumsiyasi və dini-mədəni ünsiyyətə cəlb olunması daxili və
beynəlxalq ticarətlə yanaĢı baĢ verirdi. Orta Asiya türklərinin o dövr həyatı
haqqında tədqiqat aparmıĢ akademik V.V.Bartoldun yazdığına görə ―müsəlman
mədəniyyətinin ticarət əlaqələri vasitəsilə dinc yolla yayılması türklərin taleyinə
müsəlman silahının uğurlarından daha artıq təsir göstərmiĢdir‖. ―Böyük Ġpək
yolu‖ Azərbaycanın, ümumiyyətlə bütün Türk dünyasının iqtisadi, siyasi və
mədəni inkiĢaf tarixində silinməz izlər qoymuĢdur. Türk dünyasının ayrılmaz
hissəsini təĢkil edən Azərbaycan da "Qədim Ġpək yolu" nun fəaliyyətində
mühüm rol oynamıĢdı.
Qədim türk xalqlarının tarixini tədqiq edən L.Qumilyov isə yazırdı ki,
563-cü ildə Yan Tszyan türkyutlarla münaqiĢəyə girərək öz siyasətinin
istiqamətini dəyiĢməyə çalıĢdı. O, öz niyyətini belə əsaslandırırdı: «Türkyut
döyüĢçüləri nə mükafat, nə də cəzaya əhəmiyyət verirlər, öz rəislərinə
lazımınca hörmət göstərmirlər, əksəriyyəti qayda-qanunu gözləmir. Onları idarə
etmək çox çətindir. Buradan da aydın görünür ki, türkyutların qüdrəti haqqında
Tezislər
57
danıĢılanların çoxu əsassızdır. Bu yolla yalnız türkyut elçilərinin hökumət
tərəfindən səxavətlə mükafatlandırılmasına nail olmaq istəyirlər. Bunu da o
ümidlə edirlər ki, türkyutların yanına yolları düĢsə, öz muzdlarını alsınlar.
Saray yalan məlumatlar alır, hərbi rəislər isə ilk Ģaiyələri eĢidən kimi qorxuya
düĢürlər. DüĢmənlərimiz yalnız zahirən cəsarətli görünürlər, əslində isə onların
öhdəsindən gəlmək o qədər də çətin deyil. Ġndi isə mənim fikrimcə, həm köhnə,
həm də təzə elçilərin hamısının boynunu vurmaq lazımdır».
N.V.Piqulevskaya daim türklərin Ġpək yolu ticarətini baĢqa Ģəkildə, həm
də mənim fikrimcə, qeyri-inandırıcı Ģəkildə izah edir. O, belə hesab edir ki,
«hələlik yarımköçəri (? — L. Q.) vəziyyətdən çıxmayan türklər geniĢ ticarət
mübadiləsinə meyl göstərmirdilər, yalnız öz təbəələrinin - soqdiyalıların təzyiqi
ilə onlar Ġrana Maniaxın baĢçılığı ilə səfirlik göndərməyə razı oldular. Əslində
isə məhz köçəri türkyutlar Çindən ipək qoparmağı bacarırdılar və həmin parça
ilə soqdiyalıları təchiz edirdilər. Çünki çinlilər müharibəsiz lazımi miqdarda
ipək vermirdilər. Hətta onlar ipəyi satmağa razı olsaydılar belə, ona soqdiyalılar
və iranlılar satıb qazanc götürmək nədir, heç özləri ala bilməzdilər. Türkyutlar
Çin ipəyini xərac və hərbi qənimət Ģəklində aldıqlarından onu soqdiyalılara
dəyər-dəyməzinə satırdılar, buna görə də onların ticarəti gəlirli olurdu.
Açar sözlər: türklər, ―Böyük Ġpək yolu‖, inkiĢaf, L.Qumilyov, tarix
QƏDĠM ĠPƏK YOLU VƏ ONUN UĞRUNDA MÜBARĠZƏ
(VI ƏSR ĠRAN-BĠZANS-GÖYTÜRK MÜNASĠBƏTLƏRĠ ƏSASINDA)
ƏLĠ FƏRHADOV
AMEA Azərbaycan Milli Tarix Muzeyi
ali_farhadov@yahoo.com
VI əsrdə də qədim beynəlxalq Ġpək yolu ticarəti ənənəvi yolla davam
edirdi. Çindən gələn karvanlar Orta Asiyada dincəlirdilər. Burada ən böyük
düĢərgələr Çinin KaĢğar və Orta Asiyadakı Paykənd Ģəhərləri idi. Buradan yol
Xorasandan keçib Rey və Həmədana, habelə Bizans qalası Nizibdən keçib
Suriya və Konstantinopola gedirdi. Ticarət olduqca gur və gəlirli idi, lakin o
natural təsərrüfat Ģəraitində yaĢayan xalq kütlələrinə deyil, zinət Ģeylərinə daha
çox ehtiyac duyan yuxarı təbəqəyə xidmət edirdi. Çin əyanları Ġrandan öz
xanımları üçün bahalı sürmə alırdılar. Babil xalıları da nadir mal sayılırdı.
Nəhayət Çinə Suriya daĢ-qaĢları, Qırmızı dənizdən çıxarılmıĢ mirvari, mərcan,
Suriya və Misirdən parçalar gətirilirdi. Lakin ən mühüm ticarət malı ipək idi.
Bizansın ipəyə ehtiyacı hədsiz idi, sarayın və əyanların ehtiyaclarından baĢqa,
xüsusən muzdlu qoĢun tutulmasında ipəkdən valyuta kimi istifadə olunurdu.
VI əsr Ġran, Bizans və Göytürk münasibətləri böyük iqtisadi və ticari
mənfəətlərə sahib olan Ġpək yolu üzərindəki Ģəhər və vilayətləri nəzarətdə
saxlamaq məqsədi üzərində qurulmuĢdu və bu uğurda aparılan müharibələr
Beynəlxalq İpək Yolu
58
böyük dövlətlər arası əlaqələrin əsasını təĢkil edirdi. ġərqi Roma (Bizans)
imperiyası dünya hakimiyyəti iddiasında olub hədsiz ipəyə ehtiyac hiss edirdi.
Lakin Bizansı ipəklə təmin edən yol Ġrandan keçirdi. Sasanilər isə qiymətləri
daim qaldırmağa çalıĢırdılar. Ġran ipəyin qiymətinin bahalaĢmasına çalıĢırdı ki,
bu vasitə ilə Bizansdan daha çox pul qopartsın, bu sayədə onu hərbi və iqtisadi
baxımdan zəiflətsin. Mal dövriyyəsinin artması Ġran üçün sərfəli deyildi, çünki
qiymətlər nə qədər yüksək olsa da Bizans ipəyi Avropada satmaqla ziyanını
ödəyirdi, əldə edilən gəlir isə hərbi potensialı artırmağa imkan verirdi. Buna
görə də Ġran ipək ticarətinə ciddi məhdudiyyət qoyur, qiymətləri artırmaqla
bərabər, Qərbə aparılan ipəyin miqdarının artmasına da mane olurdu. Təbii ki,
Bizans ipəyə artıq pul verməklə rəqibi Ġranın güclənməsinə imkan yaratmaq
istəmirdi. Lakin Ġrandan olan iqtisadi asılılığa son verə bilmirdi. Ġqtisadi
mübarizə bu imperiyalar arasında hərbi əməliyyatlarla nəticələndi. Göktürk
dövləti də bu münaqiĢələrdə bəzən Ġranla, bəzən Bizansla toqquĢmalı olurdu.
Dostları ilə paylaş: |