MÜNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat


Açar sözlər: Qərbi Roma, Çin, Bizans, ipək, Göktürk



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix01.01.2017
ölçüsü2,49 Mb.
#4003
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

Açar sözlər: Qərbi Roma, Çin, Bizans, ipək, Göktürk 
 
 
XVIII ƏSRĠN ĠKĠNCĠ YARSINDA AZƏRBAYCAN XANLIQLARININ 
OSMANLI ĠMPERĠYASI ĠLƏ MÜNASĠBƏTLƏRĠ  
XƏYALƏ SÜLEYMANOVA 
AMEA Tarix  Ġnstitutu 
xayala.suleymanova@yahoo.com 
 
1747-ci  ildə  Nadir  Ģah  ƏfĢarın  sui-qəsd  nəticəsində  öldürülməsindən 
sonra  dünyanın  ən  geniĢ  ərazili  imperiyalarından  olan  ƏfĢarlar  imperiyası 
parçalandı.  Ġmperiyanın  parçalanması  nəticəsində  Azərbaycanın  tarixi 
torpaqlarında  çoxsaylı  dövlətlər-xanlıqlar  yarandı.  YaranmıĢ  Azərbaycan 
xanlıqlarının əksəriyyəti Osmanlı imperiyası ilə qarĢılıqlı münasibətlər qurmağa 
çalıĢırdı.  Xanlıqlar  yarandığı  ilk  vaxtlardan  Rusiya  imperiyası  xanlıqları  öz 
təsiri  altına  almaq  istəyir  və  bu  istiqamətdə  müəyyən  diplomatik  addımlar 
atırdı.  Rusiya  çalıĢırdı  ki,  xanlıqlarla  Osmanlı  imperiyası  arasında  dostluq 
münasibətləri yaranmasın. Xanlıqların Osmanlı imperiyası ilə münasibətlərində 
siyasi  və  iqtisadi  mənafelər  üstünlük  təĢkil  edirdi.  Lakin  sovet  dövrü 
tarixĢünaslığında  Azərbaycan  xanlıqlarının  əsasən  Rusiya  imperiyasına  meyl 
etdiyi  və Osmanlı imperiyasına isə iĢğalçı qüvvə kimi  baxdığı  vurğulanmıĢdır 
(V.Leviatov,  Q.Abdullayev,  Ə.Quliyev,  A.Babayev,  O.Markova,  və  s.).  Ġlkin 
mənbələr  olan  Türkiyə  Cümhuriyyəti  BaĢbakanlıq  Osmanlı  Arxivinin  (BOA) 
―Xətti-Humayun‖  sənədlərinin  təhlili  (BOA  HH.  5/156,  5/153,  7/224,  6\181, 
3\82,  4\97,  29\1387,  7/228A,  9/324G,  10/349A,  19/860,  28/1324  və  s.)  və  bir 
sıra  ədəbiyyatlar  (T.Mustafazadə,  G.Nəcəfli,  N.Bayramova,  E.Qarayev, 
H.Sadıqov, F.Əliyev, U.Həsənov, H.Həsənоv, Y.Hüseynov, C.Gökce, Ġ.Berkok, 
T.Sünbül, S.KocabaĢ, H.Gursel, A.Lambton, M.Atkin və s.) əsaslı Ģəkildə sübut 

Tezislər 
 
59 
edir  ki,  Azərbaycan  xanlıqları  yarandığı  dövrdən  etibarən  Osmanlı  imperiyası 
ilə əlaqələr qurmağa baĢalmıĢ və əsrin ikinci  yarsında qarĢılıqlı siyasi əlaqələr 
hərtərəfli  inkiĢaf  etmiĢdir.  Osmanlı  imperiyası  da  regionda  öz  mövqeyini 
möhkəmləndirmək  üçün  xanlıqlarla  sıx  əlaqələrin  yaradılmasında  maraqlı 
olmuĢdur.  ―Xətti-Humayun‖  sənədləri  sübut  edir  ki,  Osmanlı  imperiyası 
Qafqazda  rus-gürcü  blokuna  qarĢı  müsəlman  dövlətlərinin  ittifaqını  yaratmağa 
çalıĢırdı. Osmanlı hakim dairələri bu məqsədlə Azərbaycan xanlıqlarına elçilər 
göndərir,  onlara  çatdırılan  fərmanlarda  Rusiya  imperiyasına  qarĢı  mübarizəyə 
qoĢulmağın vacibliyi əsaslandırılırdı. 
―Xətti-Humayun‖ sənədlərinin tarix elmimiz üçün baĢlıca əhəmiyyəti və 
yeniliyi  bundan  ibarətdir  ki,  indiyədək  araĢdırılmamıĢ  və  tarixçilərimiz  üçün 
əlçatmaz olan bu sənədlər XVIII əsrdə Azərbaycanın beynəlxalq əlaqələri tarixi 
üzərinə güclü iĢıq salır. Xüsusi məqsədlərlə qəsdən saxtalaĢdırılmıĢ beynəlxalq 
əlaqələr tariximiz bu iĢıq seli altında olduğu kimi görünür  
Mövcud Ģəraitə tarixi yanaĢma və müqayisəli təhlil metodlarından istifadə 
edərək,  Azərbaycan  xanlıqlarının  əksəriyyətinin  Osmanlı  imperiyası  ilə 
müttəfiqlik münasibətlərində olduğunu sübut etmək əsas məqsədidir. 
Açar  sözlər:  XVIII  əsrin  ikinci  yarsı,  Azərbaycan  xanlıqları,  Osmanlı 
imperiyası, ―Xətti-Humayun‖ sənədləri. 
 
 
NAXÇIVAN SƏFƏVĠLƏR DÖVRÜNDƏ                                                                                                              
XANIM ZEYNALOVA                                                                                                            
AMEA Tarix Ġnistutu                                                                                                             
carnatious@mail.ru  
 
Naxçıvan  ən  qədim  insan  məskənlərindən  və  sivilizasiya 
mərkəzlərindən  biridir.  Naxçıvan  qədim  və  orta  əsrlərin  tarixi  abidələri
mədəniyyət  nümunələri  ilk  insanların  yaĢadığı  mağaralar,  yaĢayıĢ  yerləri, 
möhtəĢəm qalalar, təbiət abidələri  ilə zəngindir.  
    
1501  ci  -ildə  ġah  Ġsmayıl  ġərur  düzündə  baĢ  verən  döyüĢdə  qələbə  çalır 
və  qüdrətli  Səfəvi  dövlətinin  əsasını  qoyur.  Dövlətin  yaranmasına  gedən  yol 
Naxçıvan  bölgəsindən  keçdiyindən  bu  ərazi  Səfəvilərin  mərkəzləĢdirilmiĢ 
hakimiyyəti  altında  idarə  olunmağa  baĢlanır.  Naxçıvan  diyarı    Osmanlılar 
arasında olan döyüĢdə ən çox əziyyət çəkmiĢ, Ģəhər dağıntılara məruz qalmıĢdı. 
Belə  ki,  ərazi,  1514,  1588-1603,  1635  ,1724-1736  cı  illərdə  Osmanlılar 
tərəfindən  tutulmuĢdur.  1524-cü  ildə  l  Təhmasibin  zamanında  Rumlu,  Təkəli, 
ġamlı tayfaları arasında hakimiyyət çəkiĢmələri  baĢlayır. 10 il davam edən bu 
çəkiĢmələr  Osmanlıların  yenidən  hücumlara  baĢlamasına  gətirib  çıxarmıĢdır. 
1548-  ci  ildə  Osmanlı  qoĢunu  3cü  dəfə  Səfəvi  torpaqlarına  hücum  edir.  Bu 
zaman  Naxçıvan  bölgəsi  ziyan  çəkməmiĢdir.  Lakin  bir  il  sonra  1549-cu  ildə 
Naxçıvan hücumlara məruz qalır. 1554-ci ildə Osmanlı qoĢununun 4- cü yürüĢü 

Beynəlxalq  İpək Yolu  
 
 
60 
zamanı Naxçıvan bölgəsinə iqtisadi cəhətdən ağır zərbə vurulmuĢdu. 16-cı əsrin 
sonları 17 ci əsrin əvvəllərində yaĢamıĢ tarixçilərdən Ġ.Pəçəvi yazırdı: "Aydınlıq 
gündüz  qaranlıq  gecəyə  çevrildi.  27-ci  gün  Naxçıvan  düzənliyinə  çatdılar... 
Bütün Ģəhər və  kəndlər, qəsəbələr və evləri  o qədər amansızlıqla talan edirdilər  
ki, onlardan bir əsər belə qalmırdı". Sultan Süleymanın 1554- cü ildə baĢ verən 
bu  yürüĢü  tarixdə  "Naxçıvan  Səfəri"  yaxud  "12  ci  Səfər"  adlanır.  II  Ġsmayılın 
qısa  müddətli  hakimiyyəti  zamanı    (1576-1577)  -sünni  məzhəbinə  meyilli 
olduğuna görə Osmanlı təhlükəsi olmamıĢdı. 1578-1587 ci illərdə Məhəmməd 
Xudabəndənin  zamanında  ölkənin  iqtisadiyyatı  tamamilə  dağıdılır.  Naxçıvan 
bölgəsi1588-ci  ildən  Osmanlı  idarəçiliyinə  daxil  edilmiĢ  və  Naxçıvan  sancağı 
inzibati  bölgüsü  yaradılmıĢdır.  1603-cü  ildə  I  ġah  Abbas  Naxçıvanı  Osmanlı 
iĢğalından  azad  etmiĢdir.  1629-1642-ci  illərdə  I  Səfinin  hakimiyyəti  zamanı 
Osmanlı-Səfəvi müharibələri davam etməkdə idi. 1635-ci ildə Osmanlı sultanı 
4-cü Murad Naxçıvan bölgəsini ələ keçirmiĢdi. 1724-cü il 12 iyunda Ġstanbulda 
bağlanmıĢ  sülh  müqaviləsində  Xəzəryanı  ərazilər  Rusiyaya,  qalan  ərazilər 
Osmanlılara  verildi.  1736-cı  ildə  Nadir  ġah  Naxçıvan  daxil  olmaqla 
Azərbaycan torpaqlarını Osmanlılardan azad etdi. 
 
Açar sözlər: ġah Ġsmayıl , Naxçıvan, Osmanlı iĢğalı, Əlvənd Mirzə 
 
 
ОБ ИГНОРИРОВАНИИ АНГЛОЯЗЫЧНЫМИ 
ИССЛЕДОВАТЕЛЯМИ ТЮРКСКОГО КОМПОНЕНТА В 
ЭТНОПОЛИТИЧЕСКОЙ ИСТОРИИ РАННЕСРЕДНЕВЕКОВОГО 
АЗЕРБАЙДЖАНА 
ЛАМИЯ КАФАРЗАДЕ 
 Институт Истории им. А.А. Бакиханова НАН Азербайджана  
 leo_558@mail.ru 
 
Освещение в англоязычной историографии концептуально важных 
вопросов этнополитической истории раннесредневекового Азербайджана, 
являющегося в настоящее время одним из ведущих и крупных тюркских 
государств  на  международной  арене,  представляет  большую  научную 
важность  и  актуальность.  Результаты  проведенного  критического  и 
ретроспективного  анализа  материалов  показали,  что  в  целом 
англоязычной  историографии  свойственно  искажать  те  или  иные 
исторические  события  Азербайджана  в  указанный  период.  Так,  в 
большинстве исследований англоязычных ученых история Азербайджана 
не  только  «растворена»  в  научных  трудах,  освещавших  историю 
государств  Кавказа,  Ближнего  и  Среднего  Востока,  Средиземноморья,  а, 
более  того,  представлена  как  составная  «часть»  истории  Ирана.  К 
примеру,  выдающийся  британский  востоковед  К.Босворт  игнорирует 
Азербайджан  как  отдельный  политический  субъект  и  замещает 

Tezislər 
 
61 
Азербайджан термином «Северо-Западный Иран». Как следствие, нередко 
в  англоязычной  историографии  (например,  У.Маделунг,  Э.Венетис, 
П.Кроун, Э.Райт и др.) движение хуррамитов характеризуется «иранским» 
восстанием, истоки идеологии сводятся к «иранским» ересям, а сам Бабек 
и  его  последователи  предстают  перед  нами  «персами».  Отметим,  что 
национальная  принадлежность  и  политическая  ангажированность 
англоязычных  исследователей  также  является  причиной  «иранизации» 
движения  хуррамитов.  К  примеру,  такие  англоязычные  исследователи 
персидского  происхождения,  как  Г.Юсефи,  Ф.Дафтари,  К.Фаррох,  также 
причисляют хуррамитов к персам, а Бабека называют персидским героем. 
Однако  Бабек  являлся  тюрком.  Он  родился  в  Ардебиле.  Более  того, 
источник  сообщает,  что  первое  слово,  мужественно  произнесенное 
Бабеком  после  того,  как  ему  отрубили  руку  на  смертном  одре,  было 
именно тюркское слово «Asan ya!».  
Кроме  того,  в  англоязычной  историографии  этническое 
происхождение  правящей  династии  азербайджанского  государства 
Саджидов  сводится  к  «иранским»  корням  (К.Босворт,  У.Маделунг),  в  то 
время как в отечественной историографии научно доказано, что Саджиды 
являлись потомками тюркских эмиров из Средней Азии.  
Основной причиной ошибочного утверждения таких англоязычных 
исследователей,  как  П.Гольден,  Л.Джохансен  и  К.Босворт,  о  начале 
этнической  «тюркизации»  Азербайджана  якобы  лишь  в  результате 
Сельджукского  движения  в  XI  в.,  что  в  свою  очередь  не  соответствует 
действительности,  ибо  исторически  территория  Азербайджана  была 
населена  главным  образом  тюрками  (даже  если  предположить,  что 
местное  население  Азербайджана  было  преимущественно  нетюркского 
происхождения,  то  этот  факт  не  подтверждает  того,  что  поселение 
тюрков-огузов  здесь  привело  к  тюркизации,  т.к.  пришельцы  в 
количественном соотношении сильно уступали местному населению, что 
не  могло  нарушить  принцип  этногенетической  непрерывности  на 
территории Азербайджана), является именно тот факт, что большинством 
англоязычных  исследователей  история  Азербайджана  рассматривается 
сквозь призму иранской истории. 
Ключевые слова: Азербайджан, Ардебил, этническое 
происхождение  
 
 
 
 
 
 
 

Beynəlxalq  İpək Yolu  
 
 
62 
ÜMUMĠ DƏYƏRLƏRƏ ƏSASLANAN VAHĠD AVROPAYA DOĞRU 
          ARZU ABDULLAYEV 
           Naxçıvan Dövlət Universiteti 
a.ordubadi@yahoo.com 
          
         Ölkəmiz qısa zaman kəsiyində əsrə bərabər inkiĢaf yolu keçərək iqtisadi-
siyasi  qüdrətini  artırmıĢ,  demokratik  dəyərlərə  sadiqliyi  və  sülhsevərliyi  ilə 
dünyanın  rəğbətini  qazanmıĢdır.  Qərb  sivilizasiyasına  yaxınlaĢmaq,  bu 
sivilizasiyanı  Azərbaycana  tətbiq  etmək  və  ölkəmizi  dünyanın  ən  öndə  gedən 
dövlətləri  səviyyəsinə  yüksəltmək  baxımından  Azərbaycanın  Avropaya 
inteqrasiyası da könüllü və məntiqi olaraq seçdiyi yoldur. Avropalı ekspertlərin 
də qeyd etdiyi kimi, ötən əsrin son onilliyindən etibarən Avropaya inteqrasiya 
kursunu  götürən postsovet ölkələrinin hər biri ayrı-ayrılıqda müxtəlif uğurlara 
imza  atsa  da,  heç  bir  ölkə  bu  sahədə  Azərbaycan  qədər  nailiyyətlər  qazana 
bilməmiĢdir.  
    
Bu gün dünya dövlətləri etiraf edir ki, Avropa meyarları bəĢəriyyət üçün 
vacib  olan  ən  ali  dəyərlərin  qorunmasını  özündə  ehtiva  edir.  Ona  görə  də  ulu 
öndər  Heydər  Əliyev  Azərbaycanın  Avropa  ġurasına  tamhüquqlu  üzv  olması 
üçün bütün imkanlardan istifadə edirdi. 
 
27 yanvar 2001-ci il tarixdə isə Avropa ġurası Nazirlər Komitəsinin sədri 
Ġndulis  BerzinĢ  Azərbaycanın  Avropa  ġurasına  tamhüquqlu  üzv  kimi  qəbul 
olunmaq  haqqında  son  qərar  layihəsi  çıxarmıĢdır.  Strasburqda  keçirilən  25 
yanvar  2001-ci  ildəki  təntənəli  tədbirdə  ulu  öndər,  dünyaĢöhrətli  siyasətçi, 
möhtərəm  Heydər  Əliyevin  də  iĢtirakı  və  çıxıĢı  daha  da  əlamətdar  oldu.  Elə 
həmin  gün  Azərbaycan  dövlət  bayrağı  Avropa  ġurası  Parlament 
Assambleyasının binası içərisində qaldırıldı. 
          Əlbəttə  ki,  bundan  böyük  qürur  və  fərəh  hissi  ola  bilməz.  Bir  vaxtlar 
böyük Azərbaycan yazıçısı M.Hadi yana-yana deyirdi: «Yox millətimin imzası 
imzalar  içində».  Ġndi  isə  qürurla,  fərəhlə  deyirik:  Azərbaycan  adlı 
məmləkətimiz Avropa ġurasının tam hüquqlu üzvüdür. 
         Beləliklə, Azərbaycanın Avropa ġurasına üzvlük prosesi xeyli vaxt aparsa 
da,  bəzi  qüvvələrin  müqavimətinə  rast  gəlsə  də,  Heydər  Əliyevin  prinsipal  və 
qətiyyətli  siyasəti  nəticəsində  Azərbaycanın  bu  təĢkilatda  təmsil  olunmaq 
arzusu gerçəkləĢmiĢdir. Azərbaycan Avropa ġurasına bərabərhüquqlu üzv qəbul 
olunmaqla mühüm problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mötəbər 
tribuna  qazanmıĢdır.    2003-cü  ilin  oktyabrında  azərbaycanın  yeni  Prezidenti 
seçilmiĢ  Ġlham  Əliyev  ümummilli  liderimiz  Heydər  Əliyevin  əsasını  qoyduğu 
hüquqi  dövlət  quruculuğu  siyasətini  qətiyyətlə  davam  etdirir  və  öz  Ģəxsi 
təcrübəsindən bəhrələnməklə Avropa ġurası ilə münasibətlərin inkiĢafını daim 
diqqət mərkəzində saxlayır.  
     
Nəticə  etibarı  ilə  deyə  bilərik  ki,  öz  təməl  dəyərlərini  qorumaqla 
müasirləĢmək  və  müasirliyi  Avropada  bayraqlaĢdıran  insan  hüquqları, 

Tezislər 
 
63 
demokratiya, söz və fikir azadlığı kimi dəyərlərin mənilməsənilməsində görən 
Azərbaycan Respublikasının bu məqsədləri Avropa ġurasının məramnaməsi ilə 
üst-üstə  düĢür.  Hazırda  bu  qurumun  tamhüquqlu  üzvü  kimi  onunla 
əmaəkdaĢlığı  hər  keçən  gün  daha  daha  da  möhkəmlədirən  Azərbaycan 
Respublikası  Avropa  ġurasının  daha  da  güclənməsi  və  dünyada  insan 
hüquqlarının qorunması istiqamətində səy göstərir. Azərbaycan Respublikasının 
2011-ci il oktyabr ayının 24-də BMT Təhlükəsizlik ġurasına 2012-2013-cü illər 
üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti bir daha təsdiqləmiĢdir. 155 ölkənin 
Azərbaycanın  lehinə  səs  verməsi  əslində  dünya  ictimaiyyətinin  ölkəmizə  olan 
münasibətinin  ifadəsidir,  respublikamızın  həm  regionda,  həm  də  beynəlxalq 
arenada  artan  nüfuzunun,  dünyada  cərəyan  edən  beynəlxalq  proseslərdə 
yaxından  iĢtirakının  və  eyni  zamanda,  sülhün  və  əmin-amanlığın  bərpa 
edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir. Beynəlxalq arenada qazanılan 
bu  möhtəĢəm  uğurun  əsasında  ümummilli  lider  Heydər  Əliyevin  müəyyən 
etdiyi  balanslı  və  çevik  xarici  siyasət  strategiyası  və  onun  dünyanın  yeni 
geosiyasi  reallıqları  nəzərə  alınmaqla  Prezident  Ġlham  Əliyev  tərəfindən 
novatorcasına davam etdirilməsi kursu dayanır.  
       Biz  gənclər  də  müdrik  siyasətçi,  ulu  öndər  Heydər  Əliyevin  əsasını 
qoyduğu  siyasi  strategiyanı  uğurla  icra  edən    yüksək  istedada,  bacarığa, 
idarəetmə qabiliyyətinə malik olan prezident cənab Ġlham Əliyevin ətrafında sıx 
birləĢəcək  bundan  sonra  da  ölkəmizin  demokratiya,  hüquqi  dövlət  quruculuğu 
istiqamətində  dönmədən  irəliləməsi,  çiçəklənməsi  uğrunda  böyük  əzmlə 
çalıĢacağıq.  
 
Açar sözlər: Avropa meyarları , ali dəyər, Avropa ġurası, BMT 
Təhlükəsizlik ġurası 
 
 
NAXÇIVANIN QƏDĠM DÖVR TARĠXĠNĠN ÖYRƏNĠLMƏSĠNDƏ 
ġƏRUR BÖLGƏSĠNĠN 
 ENEOLĠT DÖVRÜ ABĠDƏLƏRĠNĠN ROLU  
EMĠN MƏMMƏDOV  
Naxçıvan Muxtar Respublikası Ali 
Məclisinin NaxçıvanĢünaslıq Mərkəzi 
emammadov87@hotmail.com 
 
XX əsrin II  yarısından sonra Naxçıvan Muxtar Respublikası ərazisində 
geniĢ  miqyaslı  arxeoloji  tədqiqat  iĢləri  aparılmıĢ  və  nəticədə  zəngin  maddi 
mədəniyyət qalıqları tapılıb tədqiq edilmiĢdir. Bu tapıntılar əsasında xalqımızın 
ən  qədim  tarixinin  arxeoloji  mənbələr  əsasında  öyrənilməsinə  zəmin 
yaranmıĢdır. 
Məlum  olduğu  kimi,  qədim  Naxçıvan  diyarının  ġərur  bölgəsi  təkcə 
Azərbaycan miqyasında deyil, həmçinin Cənubi Qafqazda və dünyada ən qədim 

Beynəlxalq  İpək Yolu  
 
 
64 
insan məskənlərindən biridir. ƏlveriĢli təbii-coğrafi mövqeyi qədim dövrlərdən 
insanların  bu  ərazidə  məskunlaĢmalarına  Ģərait  yaratmıĢdır.  Burada  min  illər 
boyu böyük mədəniyyətlər formalaĢmıĢ və bütün tarixi dövrlərdə arasıkəsilməz 
yaĢayıĢ olmuĢdur. Bu baxımdan burada aparılan arxeoloji tədqiqatlar hər zaman 
Azərbaycan, Cənubi Qafqaz və dünya arxeologiya elmi üçün böyük əhəmiyyət 
kəsb etmiĢdir.  
Son  illər  ġərur  rayonu  ərazisində  eneolit  dövrünə  aid  Ovçulartəpəsi, 
Xələc, Ərəbyengicə, AĢağı DaĢarx, ġortəpə abidələri tədqiqata cəlb edilmiĢ və 
qədim tariximizin bu dövrünə dair zəngin maddi mədəniyyət nümunələri aĢkar 
edilmiĢdir. 
Həm  yerli,  həm  də  xarici  tədqiqatçılar  tərəfindən  öyrənilən  ġərur 
abidələri,  xüsusilə  də  eneolit  dövrü  abidələri  son  illər  Naxçıvan  arxeologiya 
elminə  böyük  töhfələr  vermiĢdir.  Tədqiqatlar    nəticəsində  çox  sayda  yeni 
abidələr,  yaĢayıĢ  yerləri,  qəbir  abidələri,  keramika  məmulatları,  əmək  alətləri, 
metal əĢyalar və s. əldə edilmiĢdir. Bütün bu tapıntılar qədim tariximizin maddi 
mədəniyyət  nümunəsi  kimi  Naxçıvanın  tarix  diyarĢünaslıq  muzeylərində 
qorunub  saxlanılır  və  demək  olar  ki,  hər  il  muzeylər  dəyərli  arxeoloji 
materiallarla daha da zənginləĢir. 
Eneolit abidələrinin tədqiqi nəticəsində Naxçıvanın eneolit mədəniyyəti, 
həmin dövr insanlarının məĢğuliyyəti, təsərrüfat həyatı, həmçinin etnik-mədəni 
proseslər və Yaxın ġərq ölkələri ilə qarĢılıqlı əlaqələri daha dərindən öyrənilmiĢ 
və yeni tədqiqat sahələri meydana gəlmiĢdir. 
Açar sözlər: Naxçıvan, Eneolit abidələri, ġərur, Ovçulartəpəsi 
 
 
 
ƏFġARLAR ĠMPERIYASI DÖVRÜNDƏ NAXÇIVANIN TARĠXĠ-
COĞRAFĠYASININ BƏZĠ MƏSƏLƏLƏRĠNƏ DAĠR 
ELNUR KƏLBĠ
ZADƏ
 
AMEA Naxçıvan Bölməsi 
caspianman@mail.ru 
 
Əksər  hallarda  III  ġah  Abbasın  müəmmalı  Ģəkildə  həlak  olması  və 
Nadirqulu  xanın  simasında  hakimiyyətin  ƏfĢarların  əlinə  keçməsi  Səfəvilər 
imperiyasının süqutu kimi dəyərləndirilir. Əslində isə 1736-cı ildə dövlət süquta 
uğramamıĢ,  sadəcə  olaraq  dövlət  idarəçiliyi  bir  sülalədən  (Səfəvilərdən)  digər 
sülalənin (ƏfĢarların) əlinə keçmiĢdir. Təbii ki, Nadir Ģah ƏfĢar özünü milli və 
məzhəbi  hökümdardan  daha  çox  bir  imperator  kimi  aparmıĢ,  dövlətdə  ciddi 
islahatların  həyata  keçirilməsinə  cəhd  göstərmiĢdir.  Nadir  Ģah  hakimiyyətə 
gəldikdən sonra dövlətin inzibati quruluĢunda ciddi dəyiĢikliklər edilmiĢ və son 
Səfəvilər  dövründə  həyata  keçirilməsi  planlaĢdırılan  bir  sıra  inzibati  islahatlar 
reallaĢdırılmıĢdır.  Əvvəllər,  Naxçıvanın  tabeliyində  olduğu  Çuxursəd 
bəylərbəyliyi  də  daxil  olmaqla  Azərbaycan  ərazisindəki  4  bəylərbəyliyin  ləğv 

Tezislər 
 
65 
edilərək  vahid  Azərbaycan  bəylərbəyliyinin  tərkibində  birləĢdirilməsi  prosesi 
məhz Nadir Ģahın hakimiyyəti dövründə baĢa çatdırılmıĢdır.   
Bəylərbəyliklərin birləĢdirilməsindən bəhs edən əksər müəlliflər, Nadir 
Ģahın  bəylərbəylikləri  ləğv  etdikdən  sonra  bütün  bəylərbəylikləri  Azərbaycan 
bəylərbəyliyi  tərkibində  birləĢdirdiyini  yazırlar.  Apardığımız  müqayisəli 
təhlillər  isə  sübut  edir  ki,  birləĢdirmə  prosesi  mərhələli  Ģəkildə  həyata 
keçirilmiĢdir.  Birinci  mərhələdə  Gəncə,  Tiflis,  Qarabağ,  Ġrəvan,  Naxçıvan    və 
ġirvan  əraziləri  mərkəzi  Gəncə  olan  vahid  vilayətdə  birləĢdirilmiĢ,  ikinci 
mərhələdə  isə  tam  mərkəzləĢdirmə  prosesi  baĢa  çatdırılmıĢ  və  mərkəzi  Təbriz 
olan Azərbaycan vilayəti yaradılmıĢdır.  
M.Xəzaninin  əsərində  verdiyi  məlumatlar  sübut  edir  ki,  Azərbaycan 
bəylərbəyliyi  yaradılarkən  Naxçıvan  Çuxursəd  bəylərbəyliyinə  tabe  olan  bir 
ərazi kimi deyil, müstəqil bir hakimlik kimi bu vahidə daxil edilmiĢdir. Vahid 
Azərbaycan  bəylərbəyliyinin  tərkibində  də  Naxçıvan  Ġrəvanla  birlikdə  deyil, 
ayrıca bir ölkə - hakimlik Ģəklində idarə olunmuĢdur.  
Apardığımız  təhlil  və  ümumiləĢdirmələrə  əsasən  söyləyə  bilərik  ki, 
ƏfĢarların  idarəçiliyi  dövründə  Naxçıvan  ölkəsinin  tərkibinə  12  mahal  daxil 
olmuĢdur.  Bunlar  Naxçıvan,  Ordubad¸  Mehri,  Qafan,  Sisyan,  Tatef,  Vedi, 
Dərəçiçək, Məzrə, Sürməli, Aralıq, ġərur mahalları idi. 
Açar sözlər: Naxçıvan, Nadir Ģah ƏfĢar, tarixi-coğrafiya, bəylərbəylik, 
vilayət, ölkə  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Beynəlxalq  İpək Yolu  
 
 
66 
COĞRAFĠYA 
 
 
XVI ƏSR VƏ XIX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ BÖYÜK ĠPƏK YOLU 
ÜZƏRĠNDƏ NAXÇIVAN DĠYARININ ĠQTĠSADĠ COĞRAFĠ 
SƏCĠYYƏSĠNƏ DAĠR 
NAZĠM BABABƏYLĠ 
Naxçıvan Dövlət Universiteti 
nazimnym@mail.ru 
 
Naxçıvan  diyarının  ərazisi  Rusiya  tərəfindən  iĢğal  olunana  qədər 
Səfəvilər,  ƏfĢarlar  və  Osmanlı  dövlətlərinin  tərkib  hissəsini  təĢkil  etmiĢ  və 
siyasi hadisələrin nəticəsində onun sənayesində, kənd təsərrüfatında, ticarət və 
emaledici sənayesində, eləcə də inzibati ərazi bölgüsündə dəfələrlə dəyiĢikliklər 
baĢ vermiĢdir. 
Diyar  Səfəvilər  dövlətinin  tərkibində  Çuxur-Səd  bəylərbəyliyinə  daxil 
edilmiĢ  və  Ustaclıların  nəzarəti  altında  olmuĢdur.  Osmanlıların  hakimiyyəti 
dövründə  inzibati  baxımdan  xeyli  inkiĢaf  etmiĢ,  özündə  Naxçıvan,  Məvaziyi-
Xatun, Mülkü-Arslan, Qarabağlar, DərəĢam, DərəĢahbuz, Bazarçay, Dərələyəz, 
Əlincə,  Sisyan,  QıĢlaq,  Azadgiran,  ġurut  (ġorlut)  və  Dərə  Nürgüt  olmaqla  14 
nahiyəyə  bölünmüĢdür.  Sancaq  sancaqbəyi,  nahiyələr  naiblər,  kəndlər  isə 
kəndxudalar  tərəfindən  idarə  olunmuĢdur.  Qeyd  etmək  lazımdır  ki,  bu  gün 
Ermənistan tərkibində olan və əhalisi demək olar ki, tamamilə türklərdən ibarət 
olan Yexeqnadzor, Sisyan və Meqri rayonları sancağın tərkibinə daxil edilmiĢ, 
eyni  zamanda  Sədərək  adlı  yeni  inzibati  vahid  yaradılmıĢdır.  QıĢlaq  və 
Dərələyəz nahiyələri əvvəllər mövcud olan Bazarçay, ġərur, Ordubad nahiyələri 
əsasında yaradılmıĢdır. 
Bu zaman sancağın illik gəliri 2 milyon 629 min axca təĢkil etmiĢdir. 
Nadir  Ģah  ƏfĢarın  dövründə  Naxçıvan  çox  böyük  iqtisadi  tənəzzülə 
uğrayır. O, sancaq və nahiyələri ləğv etməklə çoxmərkəzli iqtisadiyyatı dağıdır, 
təkmərkəzli idarə sistemi yaradır. Beləliklə, 1747-ci ildə iki bölgədən ibarət və 
əsası Heydərqulu xan tərəfindən qoyulan Naxçıvan xanlığı yaranır. 
Xanlığın Naxçıvan bölgəsi Naxçıvan, Xök, Əlincə, Dərələyəz olmaqla 4 
və  Ordubad  bölgəsi  isə  Ordubad,  Əylis,  Dəstə,  Çənənəb,  Biləv  olmaqla  5 
mahala bölünür. Naxçıvan bölgəsi üzrə 34096 xalvar torpaq sahəsinin  yarıdan 
çoxu  – 52,6%-i,  Ordubad üzrə isə  1522 xalvar torpaq sahəsinin 36,8%-i  Biləv 
mahallarının  payına  düĢürdü.  Naxçıvan  bölgəsindən  əsasən  pambıq,  buğda, 
çəltik,  Ordubad  bölgəsindən  isə  quru  meyvə,  sumax,  bal  ixrac  olunurdu. 
Dərələyəz,  Naxçıvan  və  Əlincə  mahallarında  1  misldən  25  mislə  qədər  və  ya 
10000 pud çəltik əldə olunurdu və bu o dövr üçün çox yüksək göstərici hesab 
edilirdi. 
Xanlığın ixracat məhsullarının əsas yükü qaragül dərisi, quru meyvə və 

Tezislər 
 
67 
duz, baĢlıca bazarı isə Tiflis və Ġstanbuldan keçməklə Avropa ölkələri idi.     
Naxçıvanın  əsas  ticarət  mərkəzləri  Culfa,  Ordubad,  Naxçıvan,  Aza, 
Əylis,  Astabad  Ģəhərləri  idi.  Naxçıvan  Ģəhərində  mərkəzi  bazarla  yanaĢı 
Sarbanlar, Oruc, Köhnə Qala, Xosulu, Çaparxana, Ziyilarx, Bilici, ġahab, Qala 
məhəllələrində 
ayrı-ayrı 
ticarət 
mərkəzləri, 
mədrəsələr, 
məscidlər, 
emalatxanalar, çörəkxanalar fəaliyyət göstərirdi. ġəhərə dörd istiqamətdən daxil 
olan karvanlar üç böyük karvansarada yerləĢdirilirdi. 
Coğrafiya Ensiklopediyasında göstərildiyi kimi KeçmiĢ Sovet Ġttifaqının 
ən  qədim  Ģəhəri,  eləcə  də  Ģərqin  ən  qədim  Ģəhərlərindən  biri  olan  Naxçıvanın 
karvan  və  ticarət  yollarının  kəsiĢdiyi  nöqtədə  salınmasının  əsas  səbəbi  burada 
keyfiyyətli  daĢ  duz  yataqlarının  olmasıdır.  Bu  duz  hər  zaman  buradan  keçən 
karvanların baĢlıca yükü olmuĢdur.  
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin