V FƏSİL. HƏNA POPULYASİYASINDA BAŞ
VERƏN FENOTİPİK NÖVDAXİLİ DƏYİŞKƏNLİK
Respublikamızda kənd təsərrüfatı sahələrini gələcəkdə
daha da inkişaf etdirmək, üçün yüksək məhsuldar bitkilərin
yaradılması və becərilməsi işində səmərəli üsul və vasitələrin
axtarılıb tapılması gündəlikdə duran əsas və vacib
məsələlərdən biridir.
Növdaxili dəyişkənliyin öyrənilməsi lüzumu da bu
baxımdan təqdirəlayiqdir. Hələ vaxtilə N. İ. Vavilov yazırdı
«Növ anlayışı bitkiləri asanlıqla tanımaq üçün deyil həm də
təkamül prosesinin mahiyyətini dərk etmək üçün lazımdır».
Dəyişkənlik haqqında təsəvvür xüsusilə seleksiya işlərində
lazımdır. Növ əlamətlərinin dəyişkənliyinin tədqiqatının elmi
mənbəyi ondan ibarətdir ki, bunun köməyi ilə biz təkamülün
qanunauyğunluqları ilə tanış ola bilirik.
Növdaxili dəyişkənliyin öyrənməsinin praktiki əhəmiyyəti
isə ondan ibarətdir ki, əlverişli populyasiyaların eləcə də
xüsusi bitkilərin seçilməsi və çoxaldılaq üçün tövsiyə
edilməsinə imkan yaranır ki, bu da kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının artırılması problemini həll etməyə müəyyən
dərəcədə köməklik göstərir.
Başqa k/t bitkilərində olduğu kimi həna populyasiyalarında
da növdaxili dəyişkənlik məsələsi həm elmi cəhətdən həmdə
ki, praktiki cəhətdən böyük əhəmiyyətə malikdir. Həna
populyasiyalarında növdaxili dəyişkənliyin öyrənilməsi
məsələsi həm də ona görə qiymətlidir ki, bu məsələ
qarşımızda duran planlı surətdə öyrənilməsi ilk dəfə nəzərdə
tutulan, vacib bir elmi-tədqiqat işidir.
Ç. Darvinə görə hər hansı bir mədəni bitki növü becərildiyi
şəraitdə müəyyən növ müxtəlifliyinə malikdir. Hər hansı bir
növ müxtəlifliyi başlamaqda olan növdür, növ isə
qurtarmaqda olan növ müxtəlifliyidir. Növlər hazır şəkildə
93
yaranmayıb təbii yolla, tarixi təkamül prosesi nəticəsində
yaranır. Hər hansı növ içərisində xarici mühitin kompleks təsiri
nəticəsində baş verən xırda dəyişikliklər təbii seçmə vasitəsilə
toplanaraq növ müxtəlifliyi əmələ gətirir. Bu dəyişikliklər
irsiyyət nəticəsində möhkəmlənərək nəsildən nəsilə keçir və
yeni növə çevrilir.
Həna
populyasiyalarında
növdaxili
dəyişkənliyin
öyrənilməsi haqqında məlumat yoxdur. Yalnız ədəbiyyat
materiallarından məlumdur ki, yarpaqlarından həna kimi
istifadə edilən bitki növü tikansız həna - Lavsonia inermis L.
növüdür.
Sonrakı digər tədqiqatlardan məlumdur ki, həna bitkisinin
iki forması – L. inermis və L. alba formaları var.
2001-ci ildən başlayaraq müxtəlif torpaq-iqlim şərait-
lərində həna bitkisinin bioloji xüsusiyyətlərinin öyrənilməsi
tədqiqatlarında tikansız həna – L. inermis L. növündən istifadə
edilmişdir. Tədqiqat zamanı bütün bölgələrdə becərilən həna
populyasiyalarında əsas növdən müəyyən morfoloji əlamət-
lərinə görə fərqlənən bir neçə formalar müəyyən etdik.
Bununla əlaqədar olaraq tədqiq etdiyimiz formaların bir-birin-
dən eləcə də əsas növdən fərqlənən fenotipik dəyişiklikləri,
böyümə və inkişafı, məhsuldarlığı, təsərrüfat üçün yararlılığı
öyrənilmişdir.
2001-2003-cü illərdəki müşahidələrimiz göstərdi ki,
toxumdan alınan həna bitkiləri müəyyən morfoloji əlamətlərinə
görə bir-birindən fərqlənirlər. Həna populyasiyalarında bir
sıra morfoloji əlamətlərinə -- kolun forması, gövdəsinin rəngi,
yarpağının forması, ölçüsü, rəngi və sayı, çiçəklərinin rəngi,
toxum qutucuqlarının rəngi, böyümə və inkişafı, toxum və
yarpaq məhsuldarlığı və s. əlamətlərinə görə bir-birindən
fərqlənən formalar seçilmiş toxum və vegetativ yolla çoxal-
dılaraq onlar üzərində lazımi müşahidələr aparılmışdır.
Respublikamızın Gəncə - Qazax, Mil-Muğan, Lənkəran-
Astara və Şəki-Zaqatala bölgələrində müxtəlif torpaq-iqlim
94
şəraitin və başqa faktorların təsirindən populyasiya halında
həna bitkisinin növdaxili dəyişkənliyi nəticəsində əmələ
gəlmiş 12 forması müəyyən edilmişdir. Həna bitkisinin
növdaxili dəyişkən formaları fenotipik əlamətləri ilə kəskin
fərqləndiyi kimi ehtimal ki, onların genotipində, fizioloji və
biokimyəvi xassələrində də kəskin fərqlər olmalıdır.
Həna bitkilərində morfoloji əlamətlərin dəyişkənliyinin
öyrənilməsinə bitkinin yarpağının formasından başlamışıq.
Məlum olduğu kimi yarpaq bitkinin xarici mühit şəraitinə ən
tez reaksiya göstərən və başqa orqanların böyümə və inki-
şafını təyin etməyə imkan verən ən hissiyyatlı orqanıdır.
K. A. Tmiryazev bitkinin həyatında yarpağın funksiyasını
aydınlaşdırmaqla tam əsasla qeyd edirdi ki, bitki elə yarpaq
deməkdir. Məhz buna görə də həna populyasiyalarında
yarpağın formasına görə fərqlənən bitkilər ilk müşahidələr
zamanı nəzəri cəlb etmişdir.
Çoxillik tədqiqatlarımız zamanı apardığımız müşahidələrin
nəticələri cədvəl 5. 1- də verilmişdir.
Cədvəldən göründüyü kimi, formalar populyasiyalar
halında bir sıra morfoloji əlamətlərinə görə bir-birindən və
əsas növdən fərqlənirlər. Bitkilər kolun formasına görə çox
şaxəli, şaxəli, düzböyüyən, gövdənin rənginə görə; açıq, parlaq
və tünd qəhvəyi rəngli, gövdənin möhkəmliyinə görə; qalın və
elastik gövdəli olurlar.
Yarpağın formasına görə ellipsvarı, uzunsov, yumurtavarı,
dairəvi formalı, yarpağın səthinə görə əsasən düz, bəzilərində
isə yarpaq kənarlarının içəriyə qatlanması müşahidə edilir.
Yarpağın rəngi parlaq yaşıl, tünd yaşıl, açıq yaşıl, sarımtıl
yaşıl rənglər arasında dəyişilir. Yarpağın ucu iti və küt uclu,
səthi isə nazik və qalın olmaqla iki yerə ayrılır. Yarpaq forma-
larında ölçülərinə, saplaqlarına görə də dəyişkənlik müşahidə
edilir. Çiçəkləri də tünd çəhrayı, açıq çəhrayı və ağ rəngli
olmaqla bir-birindən fərqlənir. Eyni zamanda həmin formaların
böyümə inkişaf və məhsuldarlığı da müxtəlif olur.
95
96
97
5. 1. Müxtəlif həna formalarının botaniki təsviri
1. Əsas növ. Əsas növ nisbətən hamar və qalın gövdəyə
malikdir. Sıx şaxələnən budaqları yarpaqların dibindən əmələ
gəlir. Belə ki, dörd tərəfli budaqlanmaya malikdir. Gövdə tünd
qəhvəyi rəngli qabıq qatı ilə örtülmüşdür. Bitkinin yarpaqları
ellipsvarı formada olub, iti uclu və səthi hamardır. Yarpaqların
orta uzunluğu 4,5 sm eni isə 3,2 sm-dir. Yarpaqlar saplaqsız
olub, tünd yaşıl rəngdədir. Çiçək salxımının orta uzunluğu 15,0
sm, çiçəklərin orta sayı isə 120 ədəddir. Diametri 2 sm olan
çiçəkləri ağ rənglidir. Çiçəkləmə bitkilərin müxtəlif
yaruslarında müşahidə edilir.
2. Xətvari yarpaq forma. Bu formaya malik olan
bitkilərin yerüstü hissəsi – gövdəsi şaxəli olmayıb əsasən düz
böyüyəndir. Budaqlanma yarpaq qoltuğundan 2,0-2,5 sm
yuxarıda qarşı-qarşıya əmələ gəlir. Bitki II, III dərəcəli
budaqlara malikdir. Budaqlanma seyrəkdir. İki, budaq arası
məsafə (əsas gövdə üzərində) 4,5-5,8 sm-dir. Əsas gövdə və
yan budaqlar açıq qəhvəyi rəngli, nazik, səthi düz olub, xətvarı
formadadır. Uzun saplaqlı (1,0 sm) yarpaqlarının olması ilə
başqa formalardan seçilir. Yarpağın orta uzunluğu 7,5 sm, eni
isə 2,5 sm-dir. Çiçəklər açıq çəhrayı rənglidir, çiçək
salxımının uzunluğu 15,7 sm, bir çiçək salxımındakı çiçəklərin
sayı 110 ədəddir. Çiçəyin diametri 11,1 mm-dir. Çiçəkləmə
bitkinin yalnız aşağı yarusunda müşahidə edilir.
3. Sivri yarpaq forma. Bu formadan olan bitkilərin
gövdəsi qalın, parlaq qəhvəyi rəngli, şaxəli və sıx budaqlıdır.
Budaqlar yarpaq qoltuğunda əmələ gəlir. Buğumarası məsafə 2
sm- dir. Yarpaqları iti uclu, tünd yaşıl rəngli, qalın, uzunsov
formadadır. Səthi düzdür yarpaqlarının ensiz olmasına görə
başqa formalardan fərqlənir. Yarpaqlarının uzunluğu 6,3 sm,
eni isə 2,0 sm-dir. Yarpaqlar qısa saplaqlı olub, saplağın
uzunluğu 0,4 sm-dir. Bu formada olan bitkilərin çiçəkləri tünd
çəhrayı olmasına görə başqalarından seçilir. Nazik saplaqlı
98
çiçək salxımının uzunluğu 14 sm olub, 105 ədəd çiçəyə
malikdir. Çiçəklərin diametri 2 sm-dir. Çiçəkləmə bitkilərin
orta yarusunda gedir.
4. Enli yarpaq forma. Bu formanın əsas xarakter əlaməti
yarpağın ölçüsüdür. Bitkilər kolun formasına görə düz
böyüyəndir, budaqlanması seyrəkdir. Buğumarası uzundur (3,8-
4,3 sm). Yan budaqlar yarpaq qoltuğundan əmələ gəlir.
Gövdəsi qalın olub, qabığı tünd qəhvəyi rəngdədir. Bitki
yarpaqlarının enli olması ilə başqa formalardan seçilir.
Yarpaqlar saplaqsız oturaq, tünd yaşıl rəngli, qalın, iti ucludur.
Yarpağın enli olması ona dairəvi forma verir.
Yarpağın orta uzunluğu 6,3 sm, eni isə 3,5 sm-dir. Bu
formalı bitkilərdə orta yarusda bir və ya iki budağın üzərində
kiçik çiçək salxımı görünür. Çiçəkləri ağ rənglidir. Çiçək
salxımının uzunluğu 7,0 sm, çiəçəklərin sayı 75-ə qədərdir.
Çiçəklərin diametri 18,5 mm-dir.
5. Dairəvi yarpaq forma. Formanın şaxələnən gövdəsi
qalın olub, tünd qəhvəyi rənglidir. Bitkilərdə sıx budaqlanma
müşahidə edilir. Budaqlar yarpaq qoltuğundan 0,8-1 sm
yuxarıda əmələ gəlir. Budaqlanma əsasən qarşı-qarşıyadır. Bəzi
hallarda əsas gövdə üzərində növbəli budaqlanma müşahidə
edilir (əsasən orta yaruslarda). Buğumarası 1,2 - 1,7 sm-dir.
Yarpaqlarının dairəvi formada olması ilə başqa formalardan
seçilir. Yarpaqları saplaqsız , tünd yaşıl rəngli qalın və səthi
düzdür. Yarpaqların uc hissəsi kütdür. Yarpaqların orta
uzunluğu 5,5 sm, eni isə 3,0 sm-dir. Vegetasiya müddətində bu
formada olan bitkilərdə çiçəkləmə müşahidə edilməmişdir.
6. Uzun, ensiz yarpaq forma. Bitkilərin əsas xarakterik
əlaməti yarpağın formasıdır bu formaya malik olan bitkilərin
gövdəsi şaxəli, sıx budaqlanan olub, elastikidir. Gövdəsi parlaq
qəhvəyi rəngli qabıqla örtülmüşdür. Saplaqsız uzun yarpaqları
qalın olur, tünd yaşıl rənglidir. Bu formaya mənsub olan
bitkilərin digər mühüm xüsusiyyəti yarpaq kənarlarının içəriyə
doğru qatlanmasıdır. Bu cür qatlanma yarpağa nov forması
99
verir. Yarpaqları iti ucludur, başqa formalara nisbətən uzundur.
Yarpağın orta uzunluğu 7,2 sm, eni isə 2,0 sm-dir. Uzun
yarpaqlı formaların əksəriyyətində çiçəklənmə müşahidə edilir.
Yalnız bəzilərində bitkinin aşağı yarusunda 9,5 sm
uzunluğunda bir və ya iki çiçək salxımı görünür. Belə çiçək
salxımındakı çiçəklərin sayı 61 ədədə çatır. Çiçəkləri ağ
rəngdədir.
7. Xırda yarpaq forma. Bu formadan olan bitkilər
yarpaqlarının həddindən artıq kiçik olması ilə fərqlənir. Belə
bitkilər elastiki, düz böyüyən gövdəyə malikdirlər. Gövdələri
açıq qəhvəyi rəngli qabıqla örtülüdür. Budaqların qarşı-qarşıya
düzülür və yarpaq qoltuğundan çıxır. İti uclu yarpaqlarının
uzunluğu 2,0 sm, eni isə 1,0 sm-dir. Ellipsvarı formada olub,
nazik 0,44 mm və açıq yaşıl rənglidir. Bitkidə çox az miqdarda
çiçəklər müşahidə edilir. Çiçək salxımının uzunluğu 4,7 sm,
bir salxımdakı çiçəklərinin sayı isə 27 ədəddir. Çəhrayı rəngli
çiçəklərinin diametri 14,5 mm-dir.
8. İti yarpaq forma. Yarpağının formasına görə asanlıqla
başqa formada olan bitkilərdən fərqlənir. Parlaq rəngli gövdəsi
qalın olub şaxəlidir. İti uclu yarpaqları ensiz olub, açıq yaşıl
rəngli, qalın və uzunsovdur. Yarpaqların uzunluğu 2,5 sm, eni
isə 0,7 sm-dir. Ağ rəngli çiçəkləri bütün bitki boyunca
müşahidə edilir. Çiçək salxımının uzunluğu 18,5 sm, çiçəklərin
sayı isə 310 ədədə qədərdir. Çiçəklərinin diametri 18,5 mm-
dir.
9. Sarımtıl – yaşıl yarpaq forma. Bu formanın xarakterik
əlaməti yarpağın forması və rəngidir. Bu formaya mənsub olan
bitkilərin gövdələri şaxəli və elastikdir. Yan budaqlar üzərində
II və III dərəcəli budaqlanma müşahidə edilir. Bu budaqlar
yarpaq qoltuğundan 2 sm yuxarıda əmələ gəlir. Buğumarası
1,7-2,3 sm-dir. Gövdəsi yuxarıda təsvir etdiyimiz formalardan
fərqlənir. Yarpaqları saplaqsız olub, qalın, uzunsov və səthi
düzdür. Yarpaqları əsasən küt ucludur. Yalnız uc hissələrində
iti uclu yarpaqlar müşahidə edilir. Sarımtıl-yaşıl rəngli
100
yarpaqlar yalnız bu formaya mənsub olan bitkilərdə müşahidə
edilir. Yarpaqların uzunluğu 4,5 sm, eni isə 3,0 sm-dir.
Bitkinin aşağı yaruslarında qısa çiçək salxımları yerləşir. Belə
çiçək salxımının uzunluğu 8 sm, çiçəklərinin sayı isə 53 ədədə
qədər olur. Açıq qəhvəyi rəngli çiçəklərinin diametri 15,7 mm
olur.
10. Sıx budaqlı forma. Bu formaya mənsub olan bitkilər
çox şaxələnən sıx budaqlı yerüstü hissəyə malikdir. Yan
budaqlar yarpaq qoltuğundan əmələ gəlir. Buğumarası 1,5 -2,1
sm-dir. Yan budaqlar üzərində II, III dərəcəli budaqlar
müşahidə edilir. Bitkilərin gövdəsi qalın olub, tünd qəhvəyi
rənglidir. Bitkinin budaqlarının çox olması, sıx yarpaq örtü-
yünün əmələ gəlməsinə səbəb olur. Yarpaqları qısa saplaqlı
olub, qalın, səthi düz, açıq yaşıl rəngli, ellipsvarı formada iti
ucludur. Yarpağın orta uzunluğu 6,0 sm,eni isə 2 sm-dir.
Aşağı və yuxarı yaruslarda çox kiçik çiçək salxımı əmələ
gətirirlər. Belə çiçək salxımının uzunluğu 6,5 sm, bir
salxımdakı çiçəklərin sayı 50-yə qədərdir. Çiçəkləri ağ rəngli
olub diametri 16 mm-dir.
11. Seyrək budaqlı forma . Formanın əsas xarakterik
əlamətləri seyrək budaqlanmaya malik olmasıdır. Bitkilərin
gövdəsi qalın olub, tünd qəhvəyi rənglidir. Budaqlar yarpaq
qoltuğundan 1,5 – 2,1 sm yuxarıda əmələ gəlir. Buğumarası
məsafə 4,0 – 4,8 sm-dir. Bu formaya mənsub olan bitkilərin
yarpaqları qısa saplaqlı (0,3 sm) olub açıq yaşıl rəngli, nazik
(0,42 mm) səthi düz, dairəvi formadadır. İti uclu yarpaqlarının
uzunluğu 3,2 sm, eni isə 1,7 sm-dir. Çiçəkləri yalnız aşağı
yaruslarda müşahidə edilir. Çiçək sıxlığının uzunluğu 13,4 sm,
çiçək salxımındakı çiçəklərin sayı isə 110-a qədərdir. Ağ rəngli
çiçəklərinin diametri 13,2 mm-dir.
12. Qısa boylu forma. Bu forma gövdənin budaqlanması,
yarpağın ölçüsü və alçaq boylu olması ilə başqa formalardan
fərqlənir. Bitkilərin gövdəsi az şaxəlidir. Budaqlanma
seyrəkdir. Əsas gövdə boyunca budaqlar aşağı yaruslarda
101
növbəli, yuxarı yaruslarda isə qarşı-qarşıya yerləşir. Budaqlar
yarpaq qoltuğundan 2,0–2,5 sm yuxarıdan qalxır. Buğumarası
məsafə 5,3- 5,8 sm-ə çatır. Bitkilərin gövdəsi qalın olub, tünd
qəhvəyi rəngdədir. Küt uclu yarpaqları saplaqsız olub, tünd
yaşıl rəngli, qalın və dairəvi formadadır. Yarpağın orta uzun-
luğu 2,1 sm, eni isə 1,3 sm-dir. Bu formalı bitkilərdə bütün
yaruslar boyunca çiçəklənmə müşahidə edilir. Çiçək salxımları
başqa formalara nisbətən uzundur. Belə çiçək salxımının
uzunluğu 18 sm-ə, salxımdakı çiçəklərin sayı isə 180 ədədə
çatır. Çiçəkləri ağ rəngli olub, diametri 18,0 mm-dir.
13. Elastiki gövdə forma . Formanın əsas xarakterik
əlaməti başqa formalara nisbətən yarpaqlarının daha qalın
(0,52 mm) və gövdəsinin elastiki olmasıdır. Bitkilərin gövdəsi
şaxəli qolu-budaqlı olub açıq qəhvəyi rəngdədir. Yarpaqları küt
uclu, yarpaq saplağı 0,5 sm-dir. Yarpağın orta uzunluğu 5,8 sm,
eni isə 1,9 sm-dir. Bitkilərdə vegetasiya ərzində çiçəklənmə
müşahidə olunmamışdır.
2001-2003-cü illərdə həna populyasiyalarında növdaxili
dəyişkənliyi öyrənən zaman müəyyən etdik ki, tədqiq
etdiyimiz həna formaları böyümə və inkişafına görə bir-
birindən fərqlənirlər. Belə ki, həna formaları yerüstü
hissələrinin hündürlüyü, çətirinin və kök boğazının diametri,
budaqlarının sayına görə seçilirlər. Eyni ilə həmin formalar
inkişaf fazalarının başlanması, vegetasiya müddətinə görə də
fərqlənirlər. Həna formalarının böyümə və inkişafına dair
apardığımız tədqiqatların nəticələri cədvəl 5. 2 və 5. 3 - də
verilmişdir.
Cədvəl 5. 2- dən göründüyü kimi müxtəlif formalar yerüstü
hissələrinin böyüməsinə görə bir-birindən fərqlənirlər.
Müşahidələrimiz göstərdi ki, əsas növə daxil olan bitkilərin
hündürlüyü 82 sm, çətirinin diametri 45 sm, kök boğazının
diametri 17 sm, yan budaqlarının sayı 44 ədəddir. Dairəvi
yarpaq, iti yarpaq, uzun ensiz yarpaq, enli yarpaq, elastiki
gövdə, sivri yarpaq və xətvarı yarpaq formalara daxil olan
102
Cədvəl 5. 2
Müxtəlif həna formalarının morfoloji göstəriciləri
Sıra
s
ay
ı
Formalar
Bitkilərin yerüstü hissəsinin
Hü
nd
ür
lü
yü
,
sm
-lə
Ç
ətir
in
in
d
iam
etr
i,
s
m
-lə
Kö
k
bo
ğaz
ın
ın
d
iam
etr
i,
mm
-lə
Yan
b
ud
aq
lar
ın
ın
s
ay
ı,
əd
əd
lə
1
Əsas növ
82
45
17
44
2
Xətvari yarpaq
104
58
19
48
3
Sivri yarpaq
103
60
18
46
4
Enli yarpaq
110
71
20
50
5
Dairəvi yarpaq
120
71
22
64
6
Uzun, ensiz yarpaq
105
77
21
60
7
Xırda yarpaq
85
38
17
42
8
İti yarpaq
115
40
16
66
9
Sarımtıl - yaşıl yarpaq
95
60
18
58
10 Sıx budaqlı
90
63
19
56
11 Seyrək budaqlı
97
52
17
40
12 Qısa boylu
75
42
17
38
13 Elastik gövdə
108
48
18,5
42
103
104
105
bitkilərin hündürlüyü 100-120 sm, çətirin diametri 71-58 sm,
kök boğazının diametri 19-22 mm, yan budaqlarının sayı 48-64
ədəd arasından dəyişilir. Orta hündürlüyə malik olan bitkilərdə
morfoloji göstəricilər uyğun olaraq 90-97 sm, 52-60 sm, 17-18
mm, 40-58 ədəd arasında dəyişilir. Qısa boylu və xırda yarpaq
bitkilərin hündürlüyü isə 75-85 sm, çətirin diametri 38-42 sm,
kök boğazının diametri 17 mm, yan budaqların sayı 38-42 ədəd
təşkil edir.
Həna formalarının inkişaf fazalarının başlanması,
vegetasiyanın qurtarması və vegetasiya müddəti cədvəl 5. 3 - də
verilmişdir. Göründüyü kimi eyni torpaq-iqlim şəraitində həna
formalarının inkişaf fazaları bir-birindən müəyyən dərəcədə
fərqlənir. Belə ki, iti yarpaq, xırda yarpaq və qısa boylu
formalar öz inkişaf fazalarını başqa formalara nisbətən 20-30
gün tez başlayırlar. Bu formalarda iyul ayının I-II ongünlüyü
qönçələmə müşahidə edilir. Həmin formalar iyunun axırı və
avqustun əvvəllərində çiçəkləmə fazasına daxil olurlar. Qeyd
etmək lazımdır ki, qısa boylu, xırda yarpaq formalarda
qönçələmə və çiçəkləmə yalnız bitkinin aşağı yarusunda bir
budaq üzərində müşahidə edilir.
Qalan iki formada isə iyunun axırlarında tam qönçələmə
və avqustun ortalarında tam çiçəkləmə gedir. Avqustun
ortalarından sonra həmin çiçək salxımlarında ilk meyvə
qutucuqların görünməyə başlayır.
Sivri yarpaq forma və seyrək budaqlı forma iyulun
axırlarında qönçələmə fazasına daxil olurlar. Qönçələmə yalnız
bitkinin aşağı yaruslarında gedir. Avqustun əvvəllərində həmin
formalarda çiçəkləmə müşahidə edilir. Avqustun axırlarında ilk
meyvə qutucuqları görünür. Vegetasiyanın sonunda yetişmiş
toxum məhsulu toplamaq olur.
Xətvarı yarpaq, sarımtıl-yaşıl yarpaq, sıxbudaqlı, uzun
ensiz yarpaq formalarda qönçələmə mərhələsi avqustun I on-
günlüyündən sonra başlayır. Qönçələmə bitkinin ancaq aşağı
yarusunda bir və ya iki budaq üzərində müşahidə edilir.
106
Həmin formalar avqustun axırı, sentyabrın əvvəllərində
çiçəkləmə fazasına daxil olurlar.
Avqustun axırlarında kiçik çiçək salxımları üzərində ilk
meyvə qutucuqları görünməyə başlayır. Vegetasiyanın sonuna
qədər həmin toxumlar tam yetişmir.
Enli yarpaq formada qönçələmə nisbətən gec - sentyabrın
əvvəllərində başlayır. Bitkinin yalnız bir budağında kiçik çiçək
salxımı müşahidə edilir. Bu formalarda çiçəkləmə uzun
müddətdən sonra sentyabrın axırlarında başlayır. İlk meyvə
qutucuqları vegetasiyanın sonunda görünür.
Vegetasiya müddəti ərzində toxumlar tam yetişmir. Həna
populyasiyalarında müşahidə edilən elastik gövdə və dairəsi
yarpaq formalarda bir vegetasiya müddəti ərzində qönçələmə
və çiçəkləmə müşahidə edilməmişdir.
Göründüyü kimi inkişaf fazaları tez başlayan formalarda
toxumların yetişməsi başqa formalara nisbətən 15-20 gün tez
başa çatır. Eyni zamanda inkişaf fazalar tez başlayan
formalardan yığılan toxumlar səpin materialı üçün yararlı,
yüksək cücərmə qabiliyyətinə malik olur.
Apardığımız müşahidələr göstərdi ki, həna bitkisinin ayrı-
ayrı formalarının inkişaf fazaları fərqləndiyi kimi onların
yarpaqlarının tökülməyə başlanması və eyni zamanda
vegetasiya müddəti də fərqlənir, məlum olduğu kimi oktyabrın
əvvəllərində iqlim şəraiti ilə əlaqədar olaraq həna bitkisi
«vegetasiyanın qurtarması» mərhələsinə daxil olur. Eyni ilə bu
hadisə formalarda da müşahidə olunur. Yarpaqların tökülməsi
birinci olaraq sıx budaqlı, iti yarpaq və xırda yarpaq forma-
larda başlayır. Bu formalarda yarpaqların kütləvi tökülməsi
oktyabrın axırı, noyabrın əvvəllərinə təsadüf edir. Həmin
formalarda vegetasiya müddəti 285-290 gün davam edir.
Yarpaqların tökülməsi ən gec elastiki gövdə, enli yarpaq,
dairəvi yarpaq, seyrək budaqlı formalarda müşahidə edilir. Bu
formaların vegetasiya müddəti yuxarıda qeyd edilən vaxtlara
nisbətən 15-20 gün gec qurtarır. Ümumiyyətlə həna bitkisinin
107
ayrı-ayrı formalarının vegetasiya müddəti 285-305 gün arasında
dəyişir. Ən uzun vegetasiya müddəti seyrək budaqlı və elastik
gövdə formalarında müşahidə edilir.
Əsas növdən olan bitkilərdə inkişaf fazaları müxtəlif
formalara nisbətən tez başlayır. Belə ki, iyunun II ongün-
lüyündə həmin bitkilərdə qönçələmə mərhələsi başlayır.
Toxumların tam yetişməsi oktyabrın I ongünlüyünə düşür.
Yarpaqların tökülməsi oktyabrın əvvəllərindən başlayaraq
axırına qədər davam edir. Vegetasiya müddəti isə 285 gün
davam edir.
Həna populyasiyalarında formaların müəyyən morfoloji
əlamətlərini öyrənən zaman ayrı-ayrı formaların tozcuqlarının
fertilliyi də öyrənilmişdir. Çünki formaların toxum məhsul-
darlığının öyrənilməsində tozcuqların həyatilik qabiliyyətinin
böyük əhəmiyyəti vardır. Bunun üçün ayrı-ayrı formaların
çiçəkləməsi zamanı onların çiçəklərindən yığılmış tozcuqların
cücərmə qabiliyyəti ümumi metodikaya əsasən yoxlanılmışdır.
Qidalandırıcı mühit kimi 15% şəkər və 1% aqar-aqar
məhlulundan istifadə edilmişdir. Tədqiqatın nəticələri cədvəl 5.
4 - də verilir.
Məlum oldu ki, müxtəlif həna formalarının tozcuqlarının
ən əlverişli qida mühitində cücərmə qabiliyyəti bir-birindən və
eləcə də mövcud növlərdən fərqlənir. Belə ki, xırda yarpaq
formada tozcuqların fertilliyi üstünlük təşkil edir. Tozcuqlar
85,0 ±2,61% cücərmə qabiliyyətinə malikdir. Bu formaya daxil
olan bitkilərdə çiçəkləmə iyul ayında başlanmış və avqust
ayında onlarda tam çiçəkləmə müşahidə edilmişdir. Buna
yaxın olan iti yarpaq və qısa boylu formaların tozcuqlarının
cücərmə qabiliyyəti uyğun olaraq 82,7 ± 2,06 və 80,3 ± 1,45%
təşkil edir.
Uzun ensiz, sivri yarpaq, seyrək bucaqlı, xətvari yarpaq və
enli yarpaq formaların tozcuqlarının fertilliyi
76,3 ± 1,01 – 79,0
± 1,34% arasında dəyişilir. Sıx budaqlı və sarımtıl-yaşıl
108
Cədvəl 5. 4
Müxtəlif həna formaları tozcuqlarının həyatilik qabiliyyəti
Fo
rm
alar
Qid
alan
dır
ıcı
m
üh
it (
şək
ər
+1
% a
qar
-
aq
ar
),
%
-lə
To z c u q l a r ı n
C
ücə
rm
ə
qab
iliy
yəti,
%
-lə
Aseto
kar
m
in
də
bo
yan
m
a
qab
iliy
yəti,
%
-lə
Fo
rm
ası
Ölçüsü,
Dostları ilə paylaş: |