Fəaliyyətinə Təsiri İ. H. İbrahimli*, A. Q. Qazıyev



Yüklə 416,4 Kb.
Pdf görüntüsü
tarix04.01.2017
ölçüsü416,4 Kb.
#4489

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 66-70  (2014)

 

66 



Erkən Postnatal Ontogenezdə Hipoksiyanın Dovşan Balalarının Ürək 

Fəaliyyətinə Təsiri 

 

İ.H. İbrahimli*, A.Q. Qazıyev 

  

AMEA  A.İ. Qarayev adına Fiziologiya İnstitutu, Шариф-заде küç., 2, Bakı AZ1100, Azərbaycan;  

*E-mail: ilxamai@mail.ru 

 

Təcrübələr zamanı 10, 20 və 30 günlük dovşan balaları 3 gün ardıcıl olaraq 20 dəqiqə müddətində ağır 

hipoksiyaya  məruz  qoyulduqdan  dərhal  sonra  elektrokardioqramma  (EKQ)  olunmuşdur.  Müəyyən 

olunmuşdur  ki,  10  günlük  dovşan  balalarında  ürək  vurğularının  sayı  (ÜVS)    hipoksiyanın  bütün 

günlərində artır, digər təcrübi qrup heyvanlarda isə əksinə azalır. Hər üç təcrübə qrupunda EKQ –

nin    R  və  T  dişciyinin  amplitudası  isə  azalır.  Bu  dəyişikliklər  özünü  30  günlük  dovşan  balalarında 

daha qabarıq şəkildə büruzə verir.  

 

Açar sözlər: elektrokardioqramma, hipoksiya, erkən postnatal ontogenez, dovşan balaları 

 

 



GİRİŞ 

 

Hipoksiya  pre-  və  postnatal  inkişaf  zamanı 



müxtəlif inkişaf patologiyalarına malik olmasına və 

letallığına  görə  fərqlənən  ekstremal  faktorlardan 

biridir. Ona görə də daim tibb və biologiyanın qar-

şısında  duran  başlıca  problem  olaraq  qalmaqdadır. 

Oksigen  aclığı  müxtəlif  ağırlıqlı  nevroloji  xəstə-

liklərin, tənəffüs pozulması sindromunun, vegetativ 

disfunksiyaların və ölümlə nəticələnən xəstəliklərin 

əsas səbəbi hesab olunur (Basson, 2008). 

Məlumdur ki, insan orqanizminin bütün orqan 

və  sistemlərinin  normal  fəaliyyəti  üçün  xarici 

mühitdə  oksigenin  miqdarı  21%-dən  az  olmama-

lıdır.  Lakin,  atmosferin  intensiv  çirklənməsi  və 

ekoloji şəraitin pisləşməsi böyük şəhərlərdə (əsasən 

ekoloji təmiz olmayan şəhərlərdə) oksigenin miqda-

rının  10-12%-ə  qədər  azalmasına  və  hipoksik  və-

ziyyətin  yaranmasına  gətirib  çıxarır.  Aparılan  təd-

qiqatlara  görə,  oksigen  çatışmazlığı  açıq  havada 

çox az olan və ya  oturaq həyat tərzi keçirən praktik 

sağlam adamlarda da müşahidə olunur (Полунин et 

al., 2007). 

Məlumdur ki, ürəyin normal fəaliyyəti üçün ilk 

növbədə  arasıkəsilmədən  və  lazımi  qədər  oksigen 

təchizatı  olmalıdır.  Oksigen  orqanizmdə  maddələr 

mübadiləsini aktivləşdirir, nəticədə ürəyə daxil olan 

qida  maddələrinin  miqdarı  və  sürəti  artır.  Ətraf 

mühitdə  O

  çatışmazlığı  nəticəsində  yaranan  xro-



niki  hipoksiya  ürək-damar  sistemi  zəifləmiş  xəs-

tələrdə  ürək  çatışmazlığı,  stenokardiya  və  miokard 

infarktına  səbəb  olur.  Ona  görə  də  ürək  –damar 

sistemi  xəstəliklərinin  etiologiyasında  hipoksiya 

əsas  rol  oynayır  (Gluckman  et  al.,  2008).  Hipok-

siyanın  ürək-damar  sisteminə  təsiri  onun  ağırlıq 

dərəcəsindən, davametmə müddətindən və orqaniz-

min  fərdi  xüsusiyyətlərindən  başqa  rezistentliyin-

dən  də  asılıdır.  Ədəbiyyatdan  məlumdur  ki, 

hipoksiya  ontogenezin  müxtəlif  dövrlərində  qan- 

damar  sisteminə  fərqli  təsir  edir  (Гнусаев  и  др., 

2006). Bunları nəzərə alaraq biz 10, 20 və 30 gün-

lük  dovşan  balalarının  ürək  fəaliyyətinə  hipok-

siyanın təsir effektini öyrənməyi qarşımıza məqsəd 

qoymuşuq. 

 

 



MATERIAL VƏ METODLAR 

 

Tədqiqatlar  Şinşilla  cinsindən  olan  104  baş 



dovşan  balaları  üzərində  aparılmışdır.    Təcrübə 

heyvanları  3  qrupa:  10  günlük  (I  qrup-35  baş),  20 

günlük ( II qrup-36 baş) və 30 günlük (III qrup-33 

baş)  bölünmüşdür.  Hipoksiya  vəziyyəti  yaratmaq 

üçün  balalar  ayrı-ayrılıqda  20  dəq.  müddətində 

ventilyasiya olunan xüsusi  kameraya qoyulmuşdur. 

Bu  müddət  ərzində  kamera  oksigen  və  azot  qaz-

larının qarışığı  (5% O

2, 

95%  N


2

) ilə  təchiz  olunub 

və  onu  da  qeyd  edim  ki,    CO

2

-nin  miqdarı  0,1%-



dən  çox  olmamışdır.  Kontrol  qrupda  və  hipok-

siyadan  dərhal  sonra  təcrübə  qrup  heyvanlarda  

EKQ  qeyd edilmişdir. Stereotaksisdə ətrafları fik-

sasiya  olunan  heyvanların  EKQ-si  Eynthoven  üç-

bucağı əsasında “Medikor 16S” tipli ensefaloqrafın 

köməyi  ilə  qeyd  olunmuşdur  (I,  II,  III).    Qeyd 

edilən  EKQ  göstəriciləri  II  standart  aparma  üzrə 

analiz  edilmiş  və  nəticələrin  etibarlılığı  Styudent  

kriterisinə görə hesablanmışdır. 

 

 



NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Alınan  nəticələrin  müqayisəli  təhlili  göstərir 



ki,  hər    üç  eksperimental  qrupda    EKQ-nin  göstə-

ricilərində müəyyən dəyişikliklər baş verir. Belə ki, 

I qrup heyvanlarda ÜVS (ürək vurğularının sayı) 


Erkən Postnatal Ontogenezdə Hipoksiyanın Dovşan 

 

67 



 

 

Şəkil 1. Erkən postnatal ontogenezdə hipoksiyaya məruz qoyulmuş dovşan balalarının ÜVS-nin dəyişilməsi

 

 



Şəkil 2. Hipoksiyanın 10 günlük dovşan balasının EKQ parametrlərinə təsiri. 

 

 



 

hipoksiyanın  bütün  günlərində  artır,  ən  çox  artım 

hipoksiyanın  III  günü  müşahidə  edilir  (p<0,01). 

Digər  təcrübə  qrup  heyvanlarda  isə  ÜVS  hipok-

siyanın bütün günlərində azalır. 

II qrupdan olan dovşan balalarında ÜVS-nin ən 

çox azalması hipoksiyanın II günü (p<0,01), III qrup 

heyvanlarda isə III gün  (p<0,01) baş verir. (Şəkil 1.) 

Hipoksiyanın  təsiri  ilə  P  dişciyinin  amplitudası  da 

müəyyən  dərəcədə  dəyişilir.  Belə  ki,    P  dişciyinin 

amplitudası  I qrup heyvanlarda hipoksiyanın bütün 

günlərində artır. Ən çox artım hipoksiyanın  I  günü, 

ən  az  artım  isə    III  gün  baş  verir.    II  qrup  heyvan-

larda  P  dişciyinin  amplitudası  bütün  günlərdə,  III 

grupda  isə  hipoksiyanın  son  2  günündə  azalır.  Hər 

iki qrupda ən çox azalma hipoksiyanın  III günü baş 

verir (p<0,01) (Şəkil 2, 3, 4).  

EKQ  parametrlərindən  ən  asaslı  dəyişikliklər 

R və T dişciyinin amplitudasında müşahidə olunur. 

Belə  ki,  I  qrup  təcrübə  heyvanlarda  R  dişciyinin 

amplitudası 

hipoksiyanın 

bütün 

günlərində 



kontrolla müqayisədə azalır,  ən çox azalma hipok-

siyanın  III  günü  müəyyən  edilir.  Digər  təcrübə 

qruplarında  isə  R  dişciyinin  amplitudası  kontrola 

nisbətən  hipoksiyanın  bütün  günlərində  azalır.  Hər 

iki  qrupda  R  dişciyinin  amplitudasının  ən  çox 

azalması hipoksiyanın  I günü baş verir (p<0,001), 

(Şəkil  2,  3,4).  Beləliklə,    alınan  nəticələrin  təhlili 

zamanı məlum oldu ki, birbaşa təsir edən hipoksiya 

30  günlük  balaların  ürək  fəaliyyətinə  daha  ciddi 

təsir  edir.  T  dişciyinin  amplitudası  uyğun  olaraq 

bütün  təcrübə  qrup  heyvanlarda  və    hipoksiyanın 

bütün günlərində aşağı enir. Ən çox azalma III qrup 

heyvanlarda,  hipoksiyanın    I  günü  müşahidə  edilir 

(p<0,001). 

Məlumdur  ki,  hipoksiyanın  təsiri  zamanı  ürə-

yin  xronotropiyası  nəzərə  çarpacaq  dərəcədə  po-

zulur  (taxi-    və  ya  bradikardiya)  ürək  tonları  dəyi-

şilir (əvvəlcə güclənmə, sonra isə tonların artan kar-

laşması tipli) və müxtəlif genezli aritmiyalar yarana 

bilir (Кравцова и др., 2000). 



İbrahimli və Qazıyev 

68 


 

 

Şəkil 3. Hipoksiyanın 20 günlük dovşan balalarının EKQ parametrlərinə təsiri.  

 

 



 

Şəkil 4. Hipoksiyanın 30 günlük dovşan balalarının EKQ parametrlərinə təsiri. 

 

 

Bizim aldığımız tədqiqatlarda təcrübə heyvan-



larında  ürək  fəaliyyətinin  parametrlərinin,  xüsusən 

bərpa  fazasını  əks  etdirən  T  dişciyinin  dinami-

kasının norma göstəricilərindən kənara çıxması çox 

gümanki  təsir  faktoru  ilə  əlaqədar  metabolik  pro-

seslərlə  səciyyələnir.  Ilk  növbədə  hipoksiya  şəraiti 

orqanizmin vegetativ sinir təchizatının disbalansına 

səbəb  olur  ki,  bu  da  ürək  vurğularının  sayının 

artması (taxikardiya) və ya azalması (bradikardiya) 

şəklində özünü göstərir. Belə güman edilir ki, orqan 

və  sistemlərdə  hipoksiya  zamanı  fizioloji  dəyişik-

liyin  əsasında  hüceyrə  səviyyəsində    su-elektrolit 

mübadiləsinin  pozulması  baş  verir  (Прахов  и.др., 

2001).  

Tədqiqatlarda  aldığımız  nəticələr  göstərdi  ki, 

ontogenezin  erkən  mərhələsində  hipoksiya  edilmiş 

heyvanlarda  simpatikotoniya  təzahür  etdiyi  halda, 

inkişafın  sonrakı  mərhələlərində  bu  amilin  təsirin-

dən  parasimpatikotoniya  üstünlük  təşkil  edir.  Təd-

qiqatlar zamanı həmçinin  bütün təcrübə qrup hey-

vanlarda R və T dişciklərinin amplitudasında da nə-

zərə  çarpan  dəyişikliklər  yaranır.  Belə  ki,    R  və  T 

dişciklərinin  amplitudası  azaldığı  halda,  P 

dişciyinin amplitudasında fərqli dəyişikliklər müşa-

hidə edilir. 

Bəllidir  ki,  hipoksiya  təsirindən  ağ  ciyərlərdə 

damarlarının  daralması  və  təzyiqin  yüksəlməsi 

fonunda  ürəyin  sağ  qulaqcığının  yüklənməsi  baş 

verir  ki,  bu  da  özünü  P  dişciyinin  amplitudasının 

artması şəklində göstərir (Лунина и др., 1997).  

Aparılan    tədqiqatlar  zamanı  10  günlük  yaş 

qrupundan  olan  dovşan  balalrından  qeyd  edilən 

EKQ-nin  analizi  zamanı  P  dişciyinin  amplitudası-

nın  kontrola  nisbətən  yüksəlməsi  aşkar  edilmişdir. 

İnkişafın  erkən  mərhələsində  oksigen  çatışmazlığı 

praktik təbabət üçün prinsipial əhəmiyyət kəsb edir. 

Belə  şəraitdə  energetik  mübadilə  parametrləri 

hipoksik  pozğunluqların  ağırlıq  dərəcəsinin  aparıcı 

proqnostik  kriterisi  və  antihipoksik  müdafiənin 

prediktoru  rolunu  oynayır.  Tədqiqatçıların  fikrincə 

energetik  mübadilə  və  orqanizmin  funksional  –

metabolik statusu arasında sıx qarşılıqlı əlaqə vardır 

(Лукьянова, 2004).

   

Hipoksiya  zamanı  energetik  mübadilə  poz-



ğunluğu nəticəsində miokardda bir neçə mərhələdən 

keçən  metabolizm  dəyişikliyi  yaranır  və  ürək 

 

68 


Erkən Postnatal Ontogenezdə Hipoksiyanın Dovşan 

 

69 



çatışmazlığına  səbəb  olur.  Ümumiyyətlə,  miokardın 

hipoksiyası zamanı müşahidə edilən bütün metabolik 

dəyişikliklər    nəticəsində  onun  yığılma  funksiyası 

pozulur.  Bundan  əlavə,  hipoksiya  miokardda  ener-

getik  mübadilənin  zəifləməsinə,  hüceyrələrdə  mak-

roergik  birləşmələrin  kəskin  azalmasına  səbəb  olur 

(Козлова  и  др.,  1997;    Adams  2000;  Симонова  и 

др.,2001;  Трофимова  и  др.,  2008).  Tədqiqatlar 

zamanı bütün təcrübə qrup dovşan balalarından qeyd 

edilən  EKQ-də  R  dişciyinin  etibarlı  dərəcədə  azal-

ması müəyyən edilmişdir. Hansı ki, bu azalma özünü 

30  günlük  heyvanlarda  daha  qabarıq  şəkildə  biruzə 

verir. 

Ədəbiyyat  məlumatına  görə,  beyin  damarları 



beyini  hipoksik  zədələnmədən  qorumaq  üçün  sol 

mədəciyin  əlavə  yüklənməsini  azaldır.  Aşağı 

ətrafların  damarlarının  sistemli  vazokonstriksiyası 

zamanı isə sağ mədəciyin yüklənməsi artır. Müayi-

nə zamanı beyin və ürək qan dövranının yüksəlməsi 

və  ürəyin  qanı  daha  çox  sol  mədəciklə  qovması  

müəyyən  edilmişdir.  Oksigen  təchizatının  artan 

pisləşməsi  orqanizmin  müdafiə  mexanizmlərinin 

tükənməsinə və ürəyin dəqiqəlik həcminin azal-ma-

sına səbəb olur. Miokardial qan dövranı kardiomio-

sitləri  oksigenlə  tam  təchiz  edə  bilmədiyi  ücün 

oksigenə olan tələbat artır.  Koronar catışmazlıq və 

işemiya yaranır

 

(Прахов и др., 2001, Симонова и 



др2001 ).  

 Eyni  zamanda,  birbaşa  təsir  edən  hipoksiya 

ürəkdə  oyanma  prosesinin  davametmə  müddətinin 

uzanmasına səbəb olur ki, bu da repolyarizasiyanın 

dəyişikliyi  ilə  nəticələnir.  Belə  ki,  məlumdur  ki, 

normada  repolyarizasiya  prosesi  epikarddan  endo-

karda  doğru  gedir.  Hipoksiya  zamanı  bu  proses 

pozulur,  hipoksiyanın  təsiri  nəticəsində  miokardda 

oyanma  prosesi  uzanır  və  bu  isə  endokardın  epi-

karda nisbətən oyanma vəziyyətindən tez çıxmasına 

səbəb  olur.  Bu  zaman  repolyarizasiya  prosesi  epi-

karddan  yox,  endokarddan  başlayır  ki,  bu  da  T 

dişciyinin  müxtəlif  cür  inversiyalarına  (+_,  -  və 

izoelektrik ) səbəb olur. Aparılan tədqiqatların təh-

lili  zamanı  bütün  yaş  qruplarından  olan  təcrübə 

heyvanlarında  T  dişciyinin  aşağı  amplitudalı  və 

izoelektrik olması aşkar edilmişdir. Bu dəyişikliklər 

digər  yaş  qrupları  ilə  müqayisədə  30  günlük 

balalarda daha çox özünü göstərir. 

 Beləliklə, aparılan tədqiqatların təhlili zamanı  

belə  nəticəyə  gəlmək  olar  ki,  birbaşa  təsir  edən 

hipoksiya  30  günlük  yaş  qrupundan  olan  dovşan 

balalarının ürək-damar sisteminə digər yaş qrupları 

ilə  müqayisədə  daha  ciddi  zədələyici  təsir  göstərir. 

Bu  isə,  yeni  doğulmuş  heyvanların  miokardının 

energetik cəhətdən güclü və asidoza qarşı dözümlü 

olması,  nisbətən  yaşlı  heyvanların  miokardının  isə 

sərbəst radikalların və asidozun  zədələyici təsirinə 

qarşı daha həssas olması ilə bağlı ola bilər. 

 

ƏDƏBIYYAT  

 

Basson M.  (2008) Cardiovascular Disease. Nature, 

451(7181) : 903.  

Полунин  И.Н.,  Зенченко  Н.Ю.,    Митрохина 

Н.М.  (2007)    Особенности  кардиореспиратор-

ной    системы  новорожденного  при  острой  и 

хронической  гипоксии  перинатального  пе-

риода  развития.  Современные  наукоемкие 

технологии. 11: 125-126. 

Gluckman  P.D.,  Hanson  M.A.,  Cooper  C.O, 

Thornburg  K.L.  (2008)  Effect  of  in  utero  and 

early-life  conditions  on  adult  health  and  disease. 

NEJM, 359(1): 61–73.  

Гнусаев, С.Ф., Шибаев А.II, Федерякина О.Б

(2006)  Сердечнососудистые  нарушения  у 

новорожденных,  перенесших  перинатальную 

гипоксию. Педиатрия1: 9-17. 

   Кравцова  Л.А.,Школьникова  М.А.,  Валан 

Р.В. и др. (2000)   Сравнительной анализ

 

влия-



ний  гипоксии  на  хронотропий  показателей 

ЭКГ  у  детей  первых  месяцев  жизни  и  экспе-

риментальных  животных.  Вестник  аритмо-

логии, 18: 45-48.

 

Прахов A.В., Гапоненко В.А., Игнашина Э.Г. 

(2001) Болезни сердца плода и новорожденно-

го ребенка.  Н.Новгород, Изд-во НГИА, 187 с. 

Лунина  Л.И.  Котлукова  Н.П.  Чернявская 

Н.А.,  Жданова  Л.Н.  с  соавт.  (1997)  Кар-

диоваскулярные  заболевания  у  новорож-

денных.  «Актуальные  вопросы  кардиологии 

детского  возраста (под. ред.  Белозерова  Ю.М. 

и др)». Москва, С. 16-24. 

Лукьянова  Л.  Д.  (2004)  Биоэнергетический 

механизм  тканевой  гипоксии  типовой  пато-

логический  просес.  Общая  патология  и  пато-

физиология. N: 2-11. 



Козлова  Л.В.,  Короид  О.А.  (1999)    Рос. 

педиатр. журнал, N 3, с. 11-13. 



Adams J.M. (2000) Neonatology. The science and 

practice  of  pediatric  cardiology.  A.  Garson,  J.T. 

Bricker,  D.G.  McNamara.  Philadelphia-London, 

3: 2477-2489.

 

Симонова  Л.В.,  Котлукова  Н.П.,  Гайдукова 



Н.В.,  Каркова  О.Э.  (2001)  Рос.  Вестник 

перинатологии и педиатрии2: 8-12. 



Трофимова  Л.К.  Mаслова  М.В.,  Граф  А.В, 

Mаклакова А.С., Соколова Н.А., Кудрянова 

Н.Ю.,  Крушинская  Я.В.,  Гончаренко  Е.Н., 

Байжуманов  А.А.  (2008)  Влияние  антенталь-

ного гипоксического стресса разной этиологии 

на  самцов:  корреляция  поведенческих  пат-

тернов  с  изменениями  активности  антиокси-

дантной  защиты  и  метаболизма  ГАМК. 

Нейрохимия,  25: 86-89 

 


İbrahimli və Qazıyev 

68 


Влияние Гипоксии на Сердечную Деятельность Крольчат  в Раннем  

Постнатальном Онтогенезе  

 

И.Г. Ибрагимли, А.Г. Газиев  

 

Институт физиологии им. А.И. Караева НАНА 



 

Исследована  электрокардиограмма  (ЭКГ)  10,  20  и  30-ти  дневных  крольчат,  подверженных 

воздействию гипоксии в течение 20 минут  в течение 3-х дней. Выявлено,  что на протяжении всего 

эксперимента  значение  ЧСС  (частоты  сердечных  сокращений)  у  10-ти  дневных  крольчат 

увеличивается, а в других возрастных группах, наоборот, уменьшается. Амплитуда  R и Т зубцов во 

всех  трех  опытных  группах  убывает,  по  сравнению  с  контрольной.  Эти  изменения  наиболее 

выражены у 30-ти дневных крольчат. 

 

Ключевые слова: острая гипоксия, онтогенез, электрокардиограмма, кролик 



 

 

 

İmpact of Hypoxia on Heart Activity in Rabbits at an Early Period of  

Postnatal Ontogenesis 

 

I.H. Ibrahimli, A.Q. Qaziyev 

 

Institute of Physiology named after A.İ. Garayev, ANAS 



 

The  electrocardiogram  was  performed  on  10,  20,  30-  day-old  rabbit  pups,  which  had  been  undertaken  the 

effects of hypoxia during 3 days, for 20 minutes. It was revealed that the number of heartbeats in 10-day-old 

rabbit pups increased during the experiment, contrary to the other groups. The amplitudes of R and T waves 

decreased  in  comparison  with  the  control  group.  These  alterations  were  more  pronounced  in  30-day-old 

rabbit pups. 



 

Key words:  electrocardiogram, hypoxia, early postnatal ontogenesis,  rabbit pups 

 

 

 

70 



Yüklə 416,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin