§ 1.Dünya iqtisadiyyatının inkişafında biliyin rolu
1.1.Bilik və iqtisadiyyat
Dünya təsərrüfatı yarımsistemlərinin iqtisadi fəaliyyətinin
öyrənilməsi
göstərir ki, son onilliklərdə biliyə, insanın hərtərəfli inkişafına
diqqət artmışdır.Xüsusən də inkişaf etmiş ölkələrdə bu məsələ daha
qabarıq şəkildə həll olunmaqdadır. Əldə edilən nəticələr heyrətamizdir.
Bu gün ABŞ kimi nəhəng bir dövlətin ÜDM –nın 20%-dən çoxu
elmtutumlu məhsullar hesab edilən informasiya, onun texnoligiyası,
komputer , elektronika kimi məhsulların payına düşür. ABŞ, Yaponiya,
Almaniya və s. bu kimi inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki,
insanın inkişafına,beyinlərin məhsulunun istifadəsinə yönəldilən kapital
xərclərinin səmərəsi digər ənənəvi istiqamətlərə yönəldilən kapitalın
səmərəliliyindən qat-qat yüksək olur. Bu gün dünya iqtisadiyyatının
liderlərindən biri olan Yaponiya kimi bir dövlətin əldə etdiyi
müvəfəqiyyətllər əslində biliyə, insan zəkasına verilən düzgün qiymətin
nəticəsidir.
Bilik ən sərfəli və ən çox səmərə verən resursdur.İkinci dünya
müharibəsində min cür mənfi təsirlərə məruz qalan, torpağlnda nüvə
silahı partladılan, 1945-1953-cü ilə qədər kənar qüvvələr tərəfindən
idarə olunan Yaponiya sərbəstlik əldə etdikdən sonra iqtisadiyyatın
inkişafını biliyə, insan amilinə bağladı və hamıya məlum dünya
miqyaslı inkişafa nail oldu. Bu misal dir daha göstərir ki, insan
resurslarından dünya miqyasında səmərəli istifadə edilsəidi bir çox
qlobal problemlər ya heç olmazdı, ya da heç olmazsa hazırki bəşər
sivilizasiyasının məhv edə bilən səviyyəsinə çatmazdı.
Müsbət hal kimi, onu qeyd etmək olar ki, dünya təşkilatları
bilik amilinə diqqəti artırmışlar. Ümumdünya Bankının 1988/1999-cu
illərdə dünyanın inkişafı haqqında hesabat sənədlərində bu məsələyə
xüsusi fikir verilmişdir. Dünya Bankının dünya inkişafı haqqında
Hesabatının 21-ci buraxılışında iqtisadi və ictimai rifahın
yaxşılaşmasında biliyin həlledici roluna xüsusi yer ayrılmış və
buraxılışın özünə isə “Bilik inkişafın xidmətində” adı verilmişdir.
Hesabatın müəllifləri göstərirlər ki, iqtisadiyyatın inkişafı təkcə fiziki
kapital yığımı və professional bacarıqla təyin edilmir , o həm də
informasiyanın
dəqiq
və
vaxtında
əldə
edilməsindən,
işlənilməsindən,ötürülməsindən, yeniliklərin öyrənilməsindən biliklərin
mənimsənilməsindən asılıdır. Bilik həlledici əhəmiyyətə malikdir və
buna görə də dünya miqyasında insanların və xüsusən də ən kasıb
təbəqələrin həyat səviyyəsinin yüksəldilməsi üçün biliyin yığılması,
istifadəsi və ona mane olan amillər mexanizminin ayrı-ayrı
adaml
ar(xüsusən də rəhbər kadrlar) və cəmiyyət tərəfindən dərk
edilməsi çox zəruridir.
Bu gün informasiya inqilabi şəraitində bilik və inkişaf
arasında olan qarşılıqlı əlaqələri dərindən anlamaq və real həyatda
onları nəzərə almaq və istifadə etmək xüsusi aktuallıq kəsb edir. Yeni
informasiya texnologiyalarının meydana gəlməsi, komputer texnikasının
qiymətlərinin aşağı düşməsi fəza və vaxt arasında olan sərhədləri pozur,
müddət isə qısaldır. Hətta kiçik bir kənd “böyük” məlumatları çox qısa
bir müddətdə və çox az xərclə əldə edə bilmək imkanına malik olur.
“Məsafədən” öyrənməyin inkişafı isə milyon-milyon insanlar üçün
təhsil almaq imkanı yaradıb.Bunlar hamısı yaxşıdır. Yaxşıdır, əgər
həqiqətən də konkret götürülmüş bir dövlətdə biliyə və bilikli insanlara
inkişafın başlıca amili kimi münasibət bəslənilir.Əks halda informasiya
inqilabının yaratdığı yeni imkanlar istənilən səmərəni verə bilməz və
hətta ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərər bilər.Məsələ
burasındadır ki, ticarətin, maliyyənin, informasiyanın qloballaşdığı bir
şəraitdə rəqabət güclənir və elmə, biliyə fikir verməyən, əhalisinin
savadlandırılması qayğısına qalmayan dövlətlərdə elmtutumlu məhsul
istehsalını təmin edə bilmədikləri üçün iqtisadi gerilik daha da arta
bilər.Bu cür halın baş verməməsi ehtimalı inkişafda olan ölkələrdə daha
böyükdür. Dünya Bankı iqtisadi inkişafa təsir etməsi baxımından biliyin
iki tərəfini fərqləndirir. Birinci tərəf “biliyin çatışmazlığı ” adlanır və bir
çox cəhətdən texniki biliklərin qeyri-bərabər yayılması və əldə edilməsi
nəticəsində meydana gəlir.Mahiyyəti ondadır ki, məsələn, sənayedə ,
kənd təsərrüfatında , səhiyyədə, mühasibat uçotunda və s.istifadə olunan
texnika haqqında məlumat olsa da, müxtəlif səbəblərdən istehsalda
tətbiq edilmir. İkinci tərəf “informasiya problemi” adlanır və
innovasiyalar haqqında məlumatların vaxtında əldə edilməməsi
nəticəsində meydana çıxır.
Dünya təcrübəsi göstərir ki, bu gün biliyin bütün
istiqamətləri üzrə çatışmazlıqlara inkişaf etmiş ölkələrdə isə çox az,geri
qalmış və inkişaf etməkdə olan ölkələrdə çox tez-tez rast gəlmək
olur.Məhz buna görə də biliklə iqtisadiyyatın qarşılıqlı əlaqəsini dərk
edib təcrübədə və xüsusən iqtisadiyyatın inkişafında ondan istifadə
etmək üçün Beynəlxalq Bank inkişafda olan ölkələrə aşağıdakıları
tövsiyə edir.
Birincisi, onlar inkişaf etmiş ölkələrlə öz ölkələri arasında
yaranmış bilik çatışmazlığın fərqini azaltmağa yönələn siyasət həyata
keçirməlidirlər.Belə siyasətin əsasını insanların savadlandırılmasına
dövl
ət investisiyasının artırılması, iqtisadiyyatın açıqlıq səviyyəsinin
yüksəldilməsi telekommunkiasiya sahəsində rəqabətə mane olan
baryerlərin götürülməsi təşkil etməlidir.
İkincisi, inkişaf etməkdə olan ölkələrin dövlət orqanları,
beynəlxalq idarələr,qeyri-dövlət təşkilatları və şəxsi bölmə bir-birləri ilə
informasiya probleminin həlli ilə məşğul olan institutların xeyrinə
əməkdaşlıq etməlidirlər.Bu cəhətdən əsas diqqət mühasibat uçotunun
standartlaşdırılmasına, informasiyanın açılma qaydalarına, kredit
reytinqi sistemi mexanizmlərinin yaradılmasına yönəldilməlidir.
Bunlardan başqa,müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edə
bilən səmərəli qanunçuluq və məhkəmə sistemləri formalaşdırmaq tələb
olunur.
Üçüncüsü, bilik çatışmazlığının tam aradan qaldırılmasının
qeyri-
mümkünlüyünü nəzərə almaq lazımdır. Lakin biliyin iqtisadi
inkişafda həlledici rolunu dərk etməklə çox zaman elə optimal nəticələr
meydana çıxarmaq olar ki, onların vasitəsilə ilk baxışda həlli mümkün
olmayan probleml
ərin belə həll olunmasına çox gözəl şərait yaratmaq
olar.
1.2.Biliyin iqtisadiyyata təsir mexanizmi və bu haqda dünya
təcrübəsi
Bilik iqtisadiyyata və insanların həyat şəraitinə güclü təsir
göstərir. Lakin bu təsirin əsas xüsusiyyəti ondadır ki, onu bilikli
adamlar görə bilirlər.Deməli, biliyin bir mühüm və həlledici amil kimi
iqtisadiyyata təsirini gücləndirmək üçün cəmiyyət üzvlərinin
savadlılığını və hökumət orqanlarının isə bu sahədə məsuliyyətliliyini
artırmaq lazımdır.
Bilik çatışmazlığı istər ayrıca götürülmüş bir şəxsin, ailənin,
müəssisənin və istərsə də bütövlükdə ölkənin iqtisadiyyatına güclü təsir
göstərir və onun təsiretmə mexanizmi çox müxtəlifdir. Bu mexanizm
fəaliyyətə subyekt və strukturların yaşamaq üçün həyata keçirdikləri
“əməliyyatlardan” başlayır. Əməliyyatlarda iki tərəf iştirak edirsə və
onlar bir-
biri haqqında biliyə malik deyillərsə,sonda iqtisadiyyat
zəifləyir. Sadə, lakin böyük iqtisadi əhəmiyyəti olan bir neçə misal
gətirək.Bir neçə il bundan qabaq “Vahidbank” və digər bu tipli banklar
haqqında həqiqi informasiyanın olmaması, yəni əhalinin bu sahədə
biliklərinin zəif olması hər bir vətəndaşın və dövlətin iqtisadi
vəziyyətinə güclü mənfi təsir göstərdi.Bazar iqtisadiyyatına tərəf
addımlar atılarkən boğazlarından kəsdikləri “artıq” pullarını öz əlləri ilə
fırıldaqçılara verdilər və dövlət orqanlarının da məsuliyyətsizliyi
üzündən bir daha geri ala bilmədilər.Təkcə bu biliksizliyin üzündən
Azərbaycan Respublikası iqtisadiyyatınamilyard dollarla zərər dəydi.
Mağazalarda satılan ərzaq mallarının, dərman preparatlarının keyfiyyəti,
saxlama müddəti, satış müddəti haqqında dəqiq məlumatın olmaması
əhalinin geniş təbəqəsinin vaxtı keçmiş ərzaqlarla qidalanmasına,
sonradan xəstələnməsinə, müalicələrə coxlu pulların xərclənməsinə və
deməli, həm fərdinin (sahibkarın) və həm də ölkə iqtisadiyyatının
zəifləməsinə səbəb olur.Düzgün qidalanma və saxlam həyat tərzi
haqqında insanların biliyinin az olması da eyni mexanizmi ilə
iqtisadiyyatı zəiflədir.
Bilik təsərrüfat münasibətlərini də işıqlandırır, tərəflərin
üstünlüyünü və çatışmazlıqlarını ortaya çıxarır. İnformasiyanın
olmaması və yaxud da onun qıtlığı bazarların dağılmasına və
yenilərinin yaradılmasına mane olur. Bazar iqtisadiyyatının səmərəliliyi
bilavasitə malların keyfiyyəti haqqında, işçinin məsuliyyətsizliyi
haqqında, firma və müəssislərin maliyyə vəziyyəti və kredit bacarıqları
haqqında geniş və hərtərəfli məlumatın olmasını tələb edir. Bunlarsız
elmdən, iqtisadi inkişafdan danışmaq ən azı cəfəngiyyatdır. Ona görə ki,
informasiyasızlıq və deməli, biliksizlik şəraitində ayrı-ayrı hesabat
dövründə bir-iki göstəricinin yaxşılaşmasından söhbət gedə bilər,
cəmiyyətin, ölkənin iqtisadi inkişafından, orta təbəqənin formalaşması
haqqında isə məlumat əldə edilməz.
Bili
yin iqtisadi səmərəsi. Hərtərəfli bilik əldə etməklə inkişafa
nail olmaq çoxlu səmərə verir. Bu səmərə birbaşa və dolayı yolla əldə
oluna bilər.Xəstəliklər haqqında düzgün məlumat milyonlarla insanların
həyatını xilas edər və səhiyyəyə çəkilən xərcləri azalda bilər. Ətraf
mühitin təmizliyi haqqında və suyun,havanın,torpağın, məhsulların
çirklənməsi haqqında məlumatlılıq yaşayış yerlərinin insan üçün
təhlükəli olmasının qabağını ala bilər.Mikromaliyyələşmə proqramları
və bu barədə insanların məlumatlılığı uşaqların gələcəyinin parlaq
olmasına səbəb ola bilər.
Bilik çatışmazlığının və informasiya qıtlığının olmasını
dövlət dərk etməli və problemin həlli üçün ölçü götürməlidir. Lakin
məhz bu məsələ inkişaf etməkdə olan ölkələrdə çox pis həll olunur. Bu
da onların inkişaf etmiş ölkələrdən geriliyini daha da çoxaldır.Sonda
onlar asılı ölkə olaraq qalırlar və dünya iqtisadiyyatının inkişaf sürətini
zəiflədirlər.
Dünya Bankının hesabatlarında da göstərilir ki, varlı və
kasıb dövlətlərin arasındakı fərq təkcə pulun (vəsaitin) çatışmamasında
deyil, o həm də biliyin azlığındadır.Biliyin yaradılması isə çoxlu əlavə
xərclər tələb edir.İnkişaf etmiş ölkələr özlərinin maliyyə imkanlarından
və istehsal güclərindən istifadə edib arasıkəsilmədən yeni biliklər
yaradırlar və bu prosesin dönməz olması üçün çoxlu vəsait xərcləyirlər
(cədvəl 3).
Cədvəl 3
Elmi-
tədqiqat və təcrübə-layihə işlərinə çəkilən xərclər və
adambaşına düşən ümumi daxili məhsulun həcmi (1998-ci il)
Ölkə qrupları
ETTLİ-nə çə-
kilən xərclər
(1 mln. nəfərə
görə ABŞ dol-lari
ilə)
Adamb
aşına düşən
ÜDM (ABŞ
dolları ilə)
1
Yüksəkgəlirli ölkələr
(Asiyanın
yeni
sənaye
ölkələrindən başqa)
218
16048
2
Asiyanın yeni sənaye
ölkələri
108
6369
3
Orta gəlirli ölkələr
(Rusiyadan başqa)
6
1563
4
Rusiya
29
2069
5
Azgəlirli
ölkələr
(Çindən başqa)
1
328
Cədvəlin materiallarından göründüyü kimi, kasıb ölkələrin yeni
biliklər yaratmaq üçün varlı ölkələrlə rəqabət aparmasına maliyyə
imkanları mane olur. Lakin yaranmış biliklərin alınmasna onların
imkanları çatar. İlk növbədə ona görə ki, dünya bazarında kompüter
texnikasının qiyməti çox aşağı düşüb və Nou-hau (know-how)-ların
dəyəri isə buna imkan verir.
Dünyada varlı dövlətlər tərəfindən yaradılmış bilikləri əldə etmək
(satın alıb tətbiq etmək) üçün isə bir məsələnin həlli lazımdır. Bu məsələ
biliyin və bilikli insanlann iqtisadiyyatdakı aparıcı rolununu dövlət və
onun müvafiq orqanları tərəfındən dərk edilməsidir. Biliyin həlledici
amil olmasını dərk edən ölkələrin sürətlə inkişaf etməsi haqqında çoxlu
təcrübə toplanmışdır. Buna misal olaraq Dünya Bankı Qana və Koreya
Respublikasını misal göstərir. 40 il bundan qabaq adambaşına düşən
ümumi daxili məhsulun həcmi bu ölkələrdə təxminən eyni səviyyədə
idi. Lakin artıq 1990-cı illərin əvvəllərində bu göstəricinin səviyyəsi
Koreyada 6 dəfə yüksək olmuşdu. Tədqiqatçıların fıkrincə Koreyanın
bu müvəffəqiyyətinin yarısı ölkədə biliklərin toplanması və istifadə
olunması nəticəsində əldə edilmişdir.
1. 3. "Yaşıl inqilab" biliyin məhsuludur
Biliyin gücü, onun verdiyi iqtisadi və sosial səmərəyə parlaq
misal kimi dünya-
iqtisadi inkişafında "Yaşıl inqilab" adı ilə məşhur olan
ümumdünya hərəkatını göstərmək olar. Biliyə əsaslanan bu ümumdünya
hərəkatı artıq bir çox onilliklərdir ki, kənd təsərrüfatı sahəsində yeni
biliklər yaratmaq, onları dünya miqyasında yaymaqla məşğuldur.
İnkişaf məqsədi ilə bilikdən istifadəni əyani olaraq göstərən bir modelə
çevrilmiş “Yaşıl inqilab" hərəkatı həm də özünün beynəlmiləlliyi ilə
fərqlənir. Bu hərəkatda çoxlu dövlətlər, qeyri-kommersiya təşkilatları,
çoxtərəfli kompaniyalar, fərdi fırmalar, banklar, torpaq becərənlər,
torpaqsız muzdlu kəndlilər iştirak etmişlər. Bunlar hamısı birgə çalışıb
bilik məhsulu yaradırdılar və konkret kənd təsərrüfatı sahələrində onu
tətbiq edirdilər ki, məhsuldarlığı artırsınlar.
İlk vaxtlar yaşıl inqilab texniki gerilik ilə mübarizə aparmırdı. О
inkişafda olan dövlətlərdə informasiya problemini həll edirdi. Bitkilərin
genetikası haqqında əhalinin biliklərini artırmağa can atırdı. Nəticədə
müxtəlif, daha yüksək məhsuldarlığı əldə etməyə imkan yaradan
toxumlar tapılır və istehsalda sınaqdan çıxarılırdı. Sonradan bir çox
inkişaf etmiş ölkələrdə müvafıq elmi-tədqiqat institutları yaradıldı, elm
inkişaf etdirildi və yeni biliklər toplandı. Keçən əsrin ikinci yarısından
başlayaraq kənd təsərrüfatı sahəsində əldə edilmiş biliklərdən kütləvi
surətdə istifadə edildikdə böyük müvəfəqiyyətlər əldə edildi. Dərc
olunmuş məlumatlara görə inkişaf etmiş ölkələrin çoxunda məhsuldarlıq
iki
dəfədən də çox yüksəldi. Nəticədə XX əsrin ikinci yarısında ərzağın
artım sürəti əhali artım sürətini ötürdü. Bu nəticə eyni zamanda XVIII
əsrdə yaşamış ingilis iqtisadçısı Robert Maltusun məşhur nəzəriyyəsinin
elmi əsasının olmamasını bir daha sübut etdi.
Biliyin verdiyi iqtisadi səmərə ilə yanaşı bilavasitə sosial səmərə
də əldə edilir. Məsələn, Dünya Bankının Hindistanın cənub ştatlarında
apardığı tədqiqatlar sübut edib ki, «yaşıl inqilab» həqiqətən də ilk
növbədə, yaşayış səviyyəsi aşağı olan əhali təbəqəsi üçün böyük sosial
səmərə verib. Hesabatda göstərilir ki, 1973-1994-cü illər orzində «yaşıl
inqilab» xırda fermerlərin orta real gəlirlərini 90 faiz, torpaqsız işçilərin-
kəndlilərin ən kasıb təbəqəsinin real gəlirlərinin isə 125% artmasına
səbəb olmuşdur. Yüksək məhsuldarlıqlı toxumların becərilməsi çoxlu
ağır əmək tələb etdiyindən az təmin olunanların əınəyinə olan tələbat
artdı. Onların qida məhsulları daha koloriyalı oldu (koloriyalılıq 58-81
faiz, zülal birləşmələrinin qəbulu isə 103-115 faiz artmışdı).
1. 4. Biliyin əldə edilməsi, yayılması və hərtərəfli istifadə
edilməsi prosesinin gücləndirilməsi
Bilik yaradılır, yayılır və istifadə edilir. Bu tsikl daim təkrar
olunur və proses yeni əsas üzrə davam edir. Daha doğrusu, əgər hər
hansı bir dövlət iqtisadiyyatının inkişafını və əhalinin yaşayış
səviyyəsini
yüksəltmək
istəyirsə
bilik
tsiklini
daim
intensivləşdirməlidir.
Dünya iqtisadiyyatı baxımından bilik tsiklinin sürətlənməsi
ümumi şəkildə iki istiqamətdə gedə bilər. Birinci istiqamət beynəlxalq
t
əşkilatlar və qurumların bu sahədəki fəaliyyətləri ilə bağlıdır.
Beynəlxalq təşkilatlar birliklərin yaradılması, toplanması, yayılması və
onlardan istifadə olunması sahəsində elə problemləri həll etməlidirlər ki,
onların həlli fərdi (capital sahibləri üçün о qədər də cəlbedici görünmür.
Buna görə də beynəlxalq təşkilatların institutları, ilk növbədə, texnoloji
geriqalmanın ləğv edilməsi sahəsində fəaliyyətini daha da mütəşəkkil
edib, dünya iqtisadiyyatını beynəlxalq ictimai məhsullarla təmin etmək
və biliyin ötürülməsində vasitəçilik funksiyasını yerinə yetirməklə
məşğul olurlar. Burada idarəetmənin yaxşılaşdırılması tələb olunur ki,
bunun üçün də dünyada baş verən informasiya inqilabi şərait yaradır.
İkinci istiqamət dövlət orqanlarının rolu ilə əlaqədardır. Dövlətlər
rəhbərlik etdikləri ölkədə biliyin meydanagəlmə mənbələrini (ölkənin
öz gücü ilə yaradılan biliklər və kənardan "gətirilən" biliklər) və onların
arasındakı nisbəti düzgün istiqamətləndirməlidirlər. Bundan başqa,
biliyə olan bazar tələbatı aşağı düşə bilər, onda dövlətin bu işə qarışması
zəruridir. Ona görə ki, ölkədə-ki texniki biliksizliyi aradan qadırmaq
üçün dövlətin həmişə imkanları tapıla bilər. Məsələn, dövlət əhalinin
savadlanmasını insanların bütün ömrü boyu həyata keçirə bilən təhsil
si
stemi işləyib hazırlaya bilər. Dövlət biliklər üzrə informasiyaları da
idarə etməli, onların keyfıyyətinə nəzarəti gücləndirməlidir.
Dövlət bilik çatışmamazllğı ilə mübarizənin milli strategiyasını
işləyib hazırlamalı və həyata keçirməlidir. Ümumiyyətlə götürdükdə,
hər bir ölkə biliyin əldə edilməsinə, onun yayılmasma və istifadəsinə
yönələn siyasət işləyib hazırlamalıdır. Bu proqramların məğzini yerli
biliklərlə dünya biliklərinin optimal uyğunlaşdırılması və iqtisadiyyatın
məqsədyönlü inkişafı təşkil etməlidir.
1. 5. Biliyin rolunun artmasının obyektiv əsası
Bu gün dünya miqyasında biliyin çəkisinin əhəmiyyətli dərəcədə
artması bir sıra obyektiv reallıqlardan doğur. Onların агаsında ETT
xüsusi yer tutur. İntensiv elmi-texniki inqilablarla müşahidə olunan
müasir elmi-
texniki tərəqqi istehsalda prinsipial köklü dəyişikliklər
yaradır. İstehsalın texnikası, texnologiyası, istehsalın təşkili formaları
çox qısa müddətdə təkmilləşmələrə məruz qalır, emalın sürəti artır,
istehsal daha сох mexanikləşir və avtomatlaşır, istehlakın kimyalaşması
yüksəlir. Belə bir şəraitdə istehsalın aktiv elementi olan insana, ixtisaslı
fəhləyə, mühəndisə qoyulan tələblər də artır. İnsanlardan daha çox bilik
tələb olunur. Onlar yüksək texniki təşkilati səviyyəyə malik uyuşqanlı
ist
ehsaldan baş çıxarmağı, keyfıyyətli məhsul istehsal etməyi və onu
bütün dünya ölkələrində reallaşdırmağı bacarmalıdırlar.
Müasir dövrdə biliyin yeni iqtisadi rolu peşə və ümumi təhsilin
yeni iqtisadi rolu ilə şərtlənir. İşçi qüvvəsinin ixtisas səviyyəsini
yüksəltmək tələb olunur. Bu problemin əhəmiyyətini başa düşən ölkələr
təhsilə yönəldilən kapitalın həcmini artırırlar. Məsələn, hazırda ABŞ-da
hər il təhsilə çəkilən xərc 40,0 milyard dolları ötüb keçir. Müqayisə
üçün qeyd edək ki, 1940-cı ildə bu rəqəm 3,2 milyard dollar, 1950-ci
illordo isə 8,8 milyard dollar təşkil edirdi. Təhsilə bu cür yüksək
qayğının nəticəsində işçi qüvvəsinin keyfiyyət səviyyəsi yüksəlir, əmək
daha məhsuldar olur, onun nəticəsi daha çox səmərə verir.
Məşhur Amerika iqtisadçısı E.Depisonun apardığı tədqiqata görə
İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ vo QA ölkələrində
əldə edilən iqtisadi inkişafın 10-32%-i texnika və texnologiyanın
müxtəlif sahələrində elmi tədqiqatların nəticələrini istehsala tətbiq
etməklə əldə etmişlər. ETT-nin sürətləndirilməsi insanların biliyinə də
müsbət təsir göstərir. Son illər iqtisadi inkişafda biliyin böyük rol
oynamasını dünyanın əksər ölkələrinin iqtisadçıları təkidlə qeyd edirlər.
E.Denisonun verdiyi məlumata görə ABŞ və QA-da əldə edilən iqtisadi
artımın 2-15%-i təhsilin səviyyəsinin yüksəldilməsi hesabına baş
vermışdir. Yeni biliklərin meydana gəlib inkişaf etməsi əslində istehsal
prosesinin ayrılmaz hissəsinə çevrilmişdir. Yeni biliklər təcrübədə öz
əksini maşın və mexanizmlərin yeni konstruksiyasında, işçi qüvvəsinin
keyfiyyətində, səmərəli təşkilatıi qərarlarda, konyukturanın dərk
edilməsində, sərfəli iqtisadi inkişaf modellərinin seçilməsində tapır.
Bilik artımı material-enerji resurslarına qənaət etməyə, məhsulun enerji,
materail, fond və əmək tııtumunun aşağı düşməsinə tam reallığı ilə
səbəb olur. İstehsal resurslarından bilik resursunun fərqləndirici
cəhətlərindən biri ondan ibarətdir ki, maşın və ava-danlıqlardan fərqli
olaraq bilik bir ölkədon dünyanın digər ölkələri-nə daha tez yayıla bilir:
müasir informasiya inqilabı buna şərait ya-radır. Maşın və mexanizmlər
kimi bilik də patentlər, lisenziyalar, məsləhətlər, "Nou-hau"lar şəkində
satılır və alınır.
Dostları ilə paylaş: |