Müsahibə metodu- Araşdırılan məsələ ilə bağlı
müəyyən faktlar, hadisələr haqqında hər hansı insan qru-
punun ictimai rəyini öyrənmək, məlumat almaq məqsədi
ilə aparılır.
Müsahibə- bu sadəcə bildiyimiz, həmişə etdiyimiz
söhbət deyildir. Müsahibə metodu – pedaqoji psixoloji
tədqiqatlarda əvvəlcədən hazırlanmış plan əsasında keçi-
rilən məqsədli söhbətdir. Tədqiqat metodu kimi müsahibə
informasiya əldə etmək və ya müşahidə zamanı aydın
olmayan məsələləri aydınlaşdırmaq,
21
bəzən də
eksperimentin nəticələrini yoxlamaq və
dəqiqləşdirmək məqsədilə aparılır. Bu metodun köməyi ilə
hər hansı pedaqoji fakt və
hadisəyə
müəllimlərin
şagirdlərin və
valideynlərin münasibəti aşkarlanır,
müəyyən təlim-tərbiyə hadisəsi başqaları ilə söhbət etmək
vasitəsilə
öyrənilir,
şagirdlərin
fərdi
psixoloji
xüsusiyyətləri aydınlaşdırılır.
Müsahibə metodu ilə aparılan sorğuya aşağıdakı tə-
ləblər verilir:
1. Verilən suallar əvvəlcədən planlaşdırılmalı və təd-
qiqatın məqsəd və vəzifələrinə uyğun olmalıdır. Özünə
sual verməli: “Sən nəyi aydınlaşdırmaq istəyirsən?”
2. Öncədən kiminlə müsahibə aparılacaq şəxs dəqiq
müəyyənləşdirilməlidir.
3. Tərtib edilmiş suallar aydın, konkret və sadə ol-
malıdır. Mürəkkəb, “ikimərtəbəli” və ya yanıltmaq üçün,
qəsdən səhv suallalr verilməməlidir.
4. Soruşulanların cavabları dəqiq yazılmalı, qeydə və
ya lentə, videoya alınmalıdır.
5. Soruşulanların xüsusiyyətləri, səviyyələri nəzərə
alınmalıdır.
6. Sorğunun nəicələri ümumiləşdirilməli və təhlil
edilməlidir.
Psixoloji-pedaqoji tədqiqatlarda müsahibənin üç nö-
vündən daha geniş istifadə olunur: 1) “Eksperimentə giriş”
müsahibəsi - əməkdaşlığa sövq etmək məqsədilə
22
aparılır; 2) “Eksperiment müsahibəsi” – işçi fərziyyələrini
yoxlamaq məqsədilə aparılır; 3) İntervü aparmaq.