26
İnduksiya- Xüsusi faktlardan, nümunələrdən ümumi
nəticələrə, teoremlərə, qaydalara, təriflərə doğru get-
məkdir.
Deduksiya – Ümumi anlayışlardan, tərif və teorem-
lərdən xüsusiyə, konkretə, nümunələrə getməkdir.
Elmi fakt – Faktlar elmi bilklərin əsasını təşkil edir.
Binanı tikmək üçün inşaat materialları nə qədər vacibdir-
sə, tədqiqat işi üçün də faktlar bir o qədər vacibdir. Nəticə
əldə etmək, nəyisə əsaslandırmaq üçün fakt lazımdır.
İcmal- Hər hansı bir mövzu ilə əlaqədar olaraq ilk
mənbələr əsasında elmi məlumatları sistemləşdirən, özün-
də cəmləşdirən elmi sənəddir.
Prinsip – Latın sözü olub, “Əsas”, “Başlanğıc” de-
məkdir. Hər hansı bir mövzunu, elm sahəsini, nəzəriyyəni,
təlimi öyrənmək üçün əsas istinadgahdır, tələbdir.
Dostları ilə paylaş: