30
Diferensial
təlim-
Təhsilalanın
şəxsiyyətinə
yönəlmiş
təlimdir.
Diferensial
təlim
–
təlimi
fərdiləşdirməyə imkan verir.
Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla
bilər:
1. Təhsilalanların qabiliyyətlərinə görə (ümumi qa-
biliyyətlər xüsusi qabiliyyətlər və s. ).
2. Təhsilalanların maraqlarına görə.
3. Təhsilalanların ixtisasına görə.
Diferensial təlim müxtəlif səviyyəli təlim – təhsil-
tərbiyə prosesinin elə təşkilini nəzərdə tutur ki, hər bir təh-
silalanın tədris materialını öz qabiliyyətinə və öz imkan-
larına uyğun şəkildə mənimsəmək imkanı əldə etsin
Bu halda baza bilikləri müxtəlif səviyyələrdə mə-
nimsənilmiş olur. Təhsilalanın təlim-idrak fəaliyyəti qiy-
mətləndirilərkən, onun səyi və yaradıcılığı nəzərə alınır.
Dostları ilə paylaş: