32
Təhsil - “Təhsil” ərəb sözüdür. ”Hasil” sözündən
əmələ gəlmişdir. Yəni “Nəticə”, “Yekun” deməkdir. Tə-
lim və tərbiyənin nəticəsində təhsil meydana gəlir.
Təhsilin məqsədi: hərtərəfli inkişaf etmiş şəxsiyyətin
formalaşdırılması; özünün maraqlarına və cəmiyyətin
tələbinə uyğun olaraq yaradıcı potensialından istifadə et-
mək bacarığının inkişaf etdirilməsi; mütərəqqi adət və
ənənələrin davam etdirilməsi; elmin, texnikanın, mədəniy-
yətin inkişaf etdirilməsi, tarixi varisliyin təmin
edilməsi;
dünyanın elmi surətdə anlaşılması; etniklərarası mə-
dəniyyətlərin inkişaf etdirilməsi; təhsilin bütün istiqamət-
lərinin yeniləşdirilməsi; insanın bütün həyatı boyu fa-
siləsiz təhsili; təhsilin müyəssərliyi; distant təlimin inkişaf
etdirilməsi; informasiya texnologiyalarından geniş surətdə
istifadə olunması; təhsilalanların akademik mobilliyi;
vətəndaş tərbiyəsi; pedaqoji kadrların elmi tədqiqatçılıqda
fəal iştirakı; yüksək ixtisaslı mütəxəssis kadrlarının
hazırlığının təmin edilməsi; peşə mobilliyi və s.
Təhsil müəyyən tədris müəssisələrində və ya müstə-
qil yolla həyata kеçirilir.
Təhsil gеniş anlayışdır. Оnun bütün növləri və fоr-
maları bu anlayışda cəmləşir. Məktəbəqədər təhsil, ibtidai
təhsil, natamam оrta təhsil,ümumi orta təhsil, оrta iхtisas
təhsili, ali təhsil, tехniki pеşə təhsili,pedaqoji təhsil, tibbi
təhsil, hərbi təhsil, magistr təhsili, fasiləsiz təhsil,
təkmilləşmə təhsili, dini təhsil, özünütəhsil və s. təhsil an-
layışına aiddir.