56
dəqiq
göstərilir.
Bunların
ardınca
tədqiqatın
metodologiyası və metodları göstərilir.
Beləliklə tədqiqatın tələbinə uyğun olaraq daha baş-
qa maddələr də təhlil edilir, açıqlanır.
Dissertasiyanın
“Giriş”ində həmçinin mövzu ilə
bağlı yazılmış əsərlərə yığcam şərh də verilir, onlara mü-
nasibət bildirilir.
Dissertasiyanın “Giriş”i çox əhəmiyyətli və məsuliy-
yətli hissədir. Belə ki, dissertasiyanın girişindən tədqiqatın
məzmunu,
əhəmiyyəti, səviyyəsi
haqqında müəyyən
təsəvvürə malik olmaq olur. Dissertasiyanın “Giriş”
hissəsi 4 səhifədən çox olmaya bilər.
Dissertasiyanın fəsilləri öz adına uyğun olaraq məz-
munu işlənilir. Adətən
Dissertasiyanın birinci fəslində
mövzunun ümumi məsələləri, öyrənilmə səviyyəsi, pe-
daqoji ədəbiyyatda, dərsliklərdə, tədqiqat işlərində mə-
sələnin qoyuluşu təhlil edilir. Tövsiyə edilir ki, tədqiqatın
obyekti və predmetinin ölkəmizdə və imkan olarsa xarici
ölkələrdə öyrənilmə səviyyəsi də araşdırılsın. Dissertasi-
yanın birinci fəslindən tədqiqatın ümumi cəhətlərini, əsas
istiqamətlərini aydın görmək olur.
Dostları ilə paylaş: