biyyatın siyahısı verilir.
Dissertasiyanın ədəbiyyat siyahısı əsas mətnə bir
açardır, hansı ki, müəllif tədqiqatında ondan istifadə
etmişdir. İstifadə edilmiş ədəbiyyat siyahısı müəyyən mə-
nada tədqiqatın elmi mədəniyyəti, etikası deməkdir.
Ədəbiyyat siyahısından dissertasiyanın səviyyəsi, tədqi-
qatçının problemlə bağlı məlumatlılığı özünü göstərir.
İstifadə edilmiş mənbələr çap olunduqları dillərdə
(əvvəlcə Azərbaycan dilində ədəbiyyat, sonra türk, rus,
ingilis və s.) əlifba sırası ilə, ərəb rəqəmləri ilə ardıcıl
nömrələnərək siyahıda göstərilir.
Ədəbiyyat siyahısı real olmalıdır. Əsas istifadə
edilmiş ədəbiyyat siyahıya daxil edilməlidir. Siyahıda gös-
tərilmiş ədəbiyyat neçənci nömrədə göstərilmişsə
58
dissertasiyanın mətnində istinad edilmiş ədəbiyyat da hə-
min nömrəyə uyğun olmalıdır. Dissertasiyanın yazılışında
mütaliə edilmiş ədəbiyyat da ədəbiyyat siyahısına daxl ola
bilər.
Dissertasiyanın “Əlavələr”i ədəbiyyat siyahısından
sonra verilir. Əlavələr dissertasiyanın əsas mətninin bir
hissəsi- tərkib hissəsidir ki, onun əlavə olaraq əhəmiyyəti
vardır. Əlavələr dissertasiyanın məzmununu tamamlayır.
Dissertasiyanın məzmununa ehtiyac olduqda əlavələr
verilir. Əlavələr müxtəlif ola bilər. Bu hər hansı bir peda-
qoji sənədin üzü, hesabat materialının bir hissəsi, nümu-
nəvi plan, proqram və yaxud bir protokol və ya təlimat və
s. ola bilər. Əlavələr dissertasiyanın son səhifələridir. Hər
bir əlavə yeni səhifədə verilməli və vərəqin üst sağ
tərəfində “Əlavə 1” , “Əlavə 2“ və s. yazılır. “Əlavələr”
çox olduqda onu ayrıca qovluqda və ya cildlənmiş şəkildə
“Dissertasiyaya əlavələr” adı ilə də təqdim etmək olar.
|