99
aparılır. Magistr proqramının mənimsənildiyi (yerinə yetirildiyi)
bütün müddət ərzində məqbulların sayına məhdudiyyət qoyulmur,
imtahanların ümumi sayı isə 6-10 olmalıdır.
5. 5. Magistraturada peşə təhsili proqramlarının strukturuna və
məzmununa dair metodik tövsiyələr Təhsil Nazirliyinin elmi-meto-
dik şuralarının müvafiq bölmələri tərəfindən işlənilib hazırlanır.
6. Magistraturada yekun (buraxılış) attestasiyası
6. 1. Magistraturanın axırıncı (yekun) semestrində buraxılış
işinin (magistrlik dissertasiyasının) müdafiəsi və buraxılış imtahanı,
o cümlədən istiqamət üzrə imtahan verilməsi nəzərdə tutulur.
6. 2. Magistrlik dissertasiyası elmi rəhbərin (zəruri hallarda
həm də məsləhətçilərin) rəhbərliyi altında yerinə yetirilən müstəqil
elmi-tədqiqat və təcrübi-konstruktor işidir. Dissertasiyanın müdafiəsi
təhsil müəssisəsinin elmi şurasının qərarı ilə yaradılmış ixtisaslaşdı-
rılmış şuranın iclasında aparılır. İxtisaslaşdırılmış şuraların yaradılma
qaydaları Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
6. 3. Magistr hazırlığını həyata keçirmək hüququ olan ali təhsil
müəssisələrində magistr proqramı üzrə fərdi planı tam yerinə yetir-
miş şəxslərə magistr ixtisas və elmi dərəcəsi və vahid formada dövlət
nümunəli magistr diplomu verilir.
Magistraturanın məzunlarına eyni zamanda diploma əlavə, yə-
ni magistrlik dissertasiyasının mövzusu göstərilməklə, qiymət kitab-
çasından (cədvəllərindən) çıxarış verilir.
Dostları ilə paylaş: