ilə bərabər digər yunan faciə və komediyalarını da latın dilinə çevirmişdir. Milli
eposun banilərindən sayılan Kvint Enni yunan ədiblərinin əsərlərini latın dilinə
çevirir və bu əsərlər əsasında latınca əsərlər yaradırdı. O, “İlliada” və “Odisseya”nı
təqlid edərək “Salnamə” adlı böyük həcmli bir mənzumə yazmışdı. Bu mənzumədə
əfsanəvi dövrlərdən eradan əvvəl II əsrə qədər olan Roma tarixindən bəhs olunur.
Onu da qeyd etmək lazımdır ki, Romada böyük şöhrət qazanan komediya janrında da
mövzu və ideya cəhətdən yunan komediyaları təqlid edilirdi.
Romada ilk faciə müəllifləri Pakuvi və Aktsi, ilk komedislər isə Plavt və
Terensi idilər. Plavt yunan komediyalarını Roma şəraitinə uyğun dəyişdirir, öz
zəmanəsinin adət və əxlaqında müşayiət olunan gerilik və eybəcərlikləri gülüş
obyektinə çevirirdi. O, öz əsərlərini canlı xalq dilində yazmışdı. Klassik dövr Roma
ədəbiyyatının ən görkəmli nümayəndələri M.P.Vergili, Horatsi və Ovidi olmuşdur.
Bu dövrdə Roma ədəbiyyatının şöhrəti yalnız Roma imperiyasında deyil, bütün
İtaliyada geniş yayılmışdı. Maron Publi Vergili (e.ə. 70. Mantuya - e.ə. 19)
yaradıcılığa şerlə başlamışdır. Bukolik şerlər məcmuəsinə (yunanca bykolos – çoban
mənasındadır. Bukolik poeziya antik janrdır. Bu janr yeni Avropa ədəbiyyatında da
inkişaf etmişdi. Burada kənd həyatı, təbiət cizgiləri, çoban həyatı idealizə edilərək,
şəhər mədəniyyətinə qarşı qoyulur. Həmin janrın banisi Feokritdir. E.ə. IV əsrin sonu
III əsrin I yarısında yaşamış bu yunan şairinin 90-a yaxın şeri bizə gəlib çatmışdır.)
daxil edilmiş “Çoban nəğmələri”, “Georgiklər” (“Əkinçilər haqqında poema” e.ə. 36-
29) əsərlərində çoban həyatı, təbiət gözəllikləri və sadə kəndli əməyi tərənnüm
olunur. Vergiliyə dünya şöhrəti qazandıran Homerin “İliada”sının təsiri ilə yazdığı
“Eneida” poeması olmuşdur.İmperator Avqustun əfsanəvi əcdadı hesab olunan troyalı
Eneyin səyahət və müharibələrindən danışılan bu əsərdə Romanın aktual siyasi
problemləri öz əksini tapmışdır. dövründə Roma ədəbiyyatı ən yüksək inkişaf
mərhələsinə çatdı. Bu dövr Roma ədəbiyyatının “qızıl dövrü” adlandırılır.
Lakin imperiya dövrü Roma ədəbiyyatının gələcək inkişafı üçün həm əsas
olmadı, həm də onun tənəzzülünə səbəb oldu. Belə ki, imperator Avqustun Ovidini
sürgün etdirməsi bu prosesi daha da sürətləndirdi. Klassik dövrdən sonrakı Roma
ədəbiyyatı üç mərhələyə ayrılır:
l. Eramızdan əvvəl I əsrin I yarısı və ortaları;
2. Eramızın
I əsrinin sonu, II əsrinin əvvəli;
3. Eramızın II əsri və III əsrinin əvvəli.
Eramızın IV-V əsrlərində xristian ədəbiyyatı geniş yayılır. VI əsrin sonlarında isə
Roma ədəbiyyatı zəifləyir və tarixin keçmiş səhifəsinə çevrilir.
Roma musiqisi ellinizm mədəniyyətinin təsiri altında inkişaf edərək, məişətə
əsaslanan musiqili poetik janrlar (toy, yas, ziyafət və s.) yaranırdı.
İmperiya dövründə musiqi mədəniyyəti xüsusilə rəngarəng olmuşdur. Roma
musiqi aləmində yunan kifaraçıları, İsgəndəriyyə müğənniləri, Əndəlis rəqqasələri
fəaliyyət göstərmişlər. Eramızın I əsrinin sonunda imperator Domisian “Kapitoli
yarışları”nın əsasını qoymuşdur. Burada həm şairlər, həm də musiqi xadimləri təmsil
olunmuşlar. Bu dövrdə müğənni Tigelli, aktyormüğənni Apelli, kifaraçı Kritli
Mesomed və s. şöhrət qazanmışdır. Roma incəsənəti Antik bədii mədəniyyətin
inkişafında sonuncu mərhələdir. (E.ə. VIII-IV əsrlərdə, yəni qədim Roma bədii
mədəniyyətinin formalaşdığı dövrdə Roma memarlığında etruskların güclü təsiri
olmuşdur. Etrusklar e-ə. I minillikdə Apennin yarımadasının şimal-qərbində, indiki
Toskanada yaşamış tayfadır. Onlar romalılardan əvvəl zəngin bir mədəniyyət
yaratmışlar. E.ə. VII əsrdə Etruskla50 rın yazısının, mədəniyyətlərinin çiçəkləndiyi
dövrdə onların dini və dünyəvi ədəbiyyatları olmuşdur. Təxminən 10 min etrusk
yazılı abidəsi elmə məlumdur.) E.ə. II əsr, I əsrin I yarısında qədim Roma tikililərinin
əsas tipləri, yəni bazilika, term, tağlı körpülər, su kəmərləri və s. yaradılmış və
getdikcə təkmilləşdirilmişdir. E.ə. III-I əsrlərdə təsviri sənətdə portret-heykəllər və
büstlər əsas yer tutmuşdur. Memarlığın əsas müvəffəqiyyəti imperiyanın yüksəlişi
dövrünə, yəni e.ə. I əsrin 20-ci illəri və eramızm II əsrinə təsadüf edir. Memarlıqdan
imperatoru şöhrətləndirmək və imperiyanın qüdrətini təbliğ məqsədilə daha geniş
istifadə etmişlər. I əsrin ortalarında möhtəşəm memarlıq kompozisiyaları
yaradılmışdır. Roma şəhərində “Qızıl ev” adlandırılan Neron sarayı, Flavilər sarayı,
Flavilər dövründə Kolizey.
Dostları ilə paylaş: