9.4.6. Google Panda Yuxarıda qeyd olunduğu kimi, 2011-ci ildə Google
axtarış sistemi Panda adlanan yeni nizamlama alqoritmi
istifadəyə verdi. Bu alqoritm insan amilinə (davranış
amilinə) yönəlmiş olması ilə əvvəlki işləmələrdən kəskin
fərqlənirdi. Panda alqoritmi nizamlama zamanı digər adi
meyarlarla yanaşı, istifadəçilərin davranışlarını ciddi
nəzərə alır. Məsələn, yalnız istifadəçinin saytda olması
vaxtı deyil, həmçinin onun saytdakı hərəkətləri (nə ilə
məşğul olması), sorğunu təşkil edən elementlərə aid olan
istinadlar üzrə keçidlər və s. nəzərə alınır. Nəticədə alqo-
ritm bir çox saytları keyfiyyətli saytlara qoyulan tələblərə
cavab vermədiyi üçün axtarışın nəticəsində sona doğru
sürüşdürülür.
Saytların Panda alqoritminin süzgəcindən keçməməsinə
səbəb ola biləcək əsas amillər aşağıdakılardır:
- kontentin (məzmunun) unikallıq səviyyəsinin aşağı
olması;
- başlığına relevant olmayan çoxlu sayda web-
səhifələrin olması;
- açar sozlərə görə həddən artıq optimallaşdırma (açar
sözləri süni şəkildə istifadə etmə);
- həm ayrı-ayrı web-səhifələrə, həm də bütövlükdə
sayta baxmaqdan imtina edilməsi faizinin yüksək
olması;
- istifadəçilərin saytda keçirdiyi vaxtın orta qiymətinin
aşağı olması;
- qeyri-relevant reklam;
- unikal və qeyri-unikal mətnlərin nisbətinin kəskin
mənfi olması;
262
- məzmunun bir şəkildə (yeknəsəq) formatlaşdırılması
və strukturlaşdırılması;
- daxili istinadların dar çərçivəli olması.