278
-
Настройки поиска – axtarışın nəticəsinin təqdim
olunması parametrlərinin sazlanması;
-
Языки (Languages) – Google-da axtarış siste-
minin və nəticələrin göstərilməsi dilinin seçilməsi;
-
Включить безопасный поиск – təhlükəsiz axtarış
süzgəcinin qoşulması (axtarışın nəticəsindən
nalayiq məzmunların çıxarılmasını təmin edir);
-
Расширенный поиск – Genişləndirilmiş axtarış
(sorğuda ayrı-ayrı sözlərin və söz birləşmələrinin
daxil edilməsi və istisna olunması, məntiqi əməl-
lərin, ədəd diapazonlarının, dilin, sözün rastgəlin-
mə yerinin, tarixin, formatın, domenlərin və s.
seçilməsi imkanlarını təqdim edir);
-
История – axtarış tarixçəsi ilə iş;
-
Поиск в справке – Google axtarış sistemi barədə
soraqça üzrə axtarış.
Google-un axtarış pəncərəsinin sonunda (şək.9.6) nəti-
cənin təqdim olunması səhifələrinin ardıcıllığını müəyyən
edən “Google” sözünün dəyişmiş forması (“o” hərfinin
sayı axtarışın nəticəsindən asılı olaraq çox olur) təqdim
olunur. Növbəti axtarış səhifəsinə keçmək üçün növbəti
“o” hərfinin və ya onun altında müvafiq hissənin səhifənin
nömrəsini göstərən ədədin üzərində basmaq lazımdır.
Dostları ilə paylaş: