5. Şagird maraqları. Maraqların nəzərə alınması da şagirdlərin təlimə cəlb
edilməsi və nailiyyətlərin yüksəldilməsində mühüm hesab edilən amillərdəndir.
Maraqları uyğun gələn şagirdlər eyni qrupa cəlb edilir, tapşırıqlar da məhz
həmin maraq baxımından tərtib edilir. Bu, ehtiyacların maraqlardan çıxış edərək
ödənilməsi baxımından əhəmiyyətlidir. Bu nöqteyi-nəzərdən şagirdlər oxşar
maraqlarına görə qruplaşdırılır. Məsələn, onların oxu bacarığının inkişaf
etdirilməsini təşkil edən müəllim futbola maraq göstərən uşaqlara sinifdənxaric
oxu zamanı futbol haqqında mətn oxumaq kimi tapşırıq verir. «Müşahidə etdiyi
əşya, hadisə, şəkillər üzrə danışır» kimi standartı da reallaşdıran müəllim maraq
baxımından qruplaşdırılmış şagirdlərinə futbol oyunu haqqında şəkil verməklə
şifahi mətn qurmaq kimi fəaliyyətə cəlb edə bilər və s.
Şagirdlərin maraqlarının araşdırılması üçün müvafiq test tapşırıqları, müşahidə
vərəqləri və valideynlərlə söhbəti təşkil etmək məqsədilə suallar işlənib
hazırlanmış və təcrübəçi müəllimlərə təqdim edilmişdir.
Dostları ilə paylaş: |