Article in Azerbaijan Journal of Educational Studies · June 2019 doi: 10. 32906/ajes/686


  Şagirdlərin  milli,  etnik,  irqi  fərqləri



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix01.01.2022
ölçüsü1,42 Mb.
#50883
1   ...   22   23   24   25   26   27   28   29   30
Afet Suleymanova-article

7.  Şagirdlərin  milli,  etnik,  irqi  fərqləri. Şagirdlər  qarışıq  qruplarda  bir

araya  gətirilməlidir.  Birgə  fəaliyyət,  fərqli  etnik,  milli  və  irqi  mənsubiyyətə

malik olan uşaqları vahid amal ətrafında birləşməyi bacarmaq kimi ümumbəşəri

dəyərlər tərbiyə edir. Respublikamızda irqi fərqlərə az təsadüf edilsə də, milli,

etnik  fərqlərlə  tez-tez  qarşılaşmaq  olar.  Azərbaycanın  bir  sıra  regionlarında

etnik azlıqların yaşaması və bu amilin siniflərin tərkibində də özünü göstərməsi

məsələyə münasibətin ciddiliyini önə çəkir. Belə uşaqların dil baryerləri, adət-

ənənə fərqləri, digər uşaqlarla münasibətlərinin qurulması və s. təlimin təşkilində

əhəmiyyət verilməli məsələlərdir. Bu müşahidələr nəticəsində sənədlər araşdırılmış

və  valideynlərlə  söhbət  aparılmış,  əldə  edilən  nəticələr  cədvəl  7-də  «Şagird

haqqında məlumat kartı»na daxil edilmişdir («Şagird haqqında məlumat kartı»

şagirdlə  bağlı  araşdırmaların  nəticəsinə  əsaslanaraq  yerinə  yetirilir.  Bu  kart

oktyabr ayının sonuna qədər işlənib tamamlanmalıdır. Yuxarı siniflərdə müxtəlif

məsələlər baxımından uşaqda baş vermiş dəyişikliklər araşdırılır).

Bütün  şagirdlər  barədə  məlumatlar  hazıranandan  sonra  «Sinifdə  mövcud

vəziyyət»ə  dair  məlumat  hazırlanıb  məktəb  rəhbərliyinə  təqdim  edilmişdir.

Cədvəl 8-də sinifdəki mövcud vəziyyət qiymətləndirilmişdir.

Dünyada  gedən  proseslər  və  baş  verənlərə  diplomatik  yanaşma  ehtiyacı

təhsil  işçilərini  indi  daha  ayıq-sayıq  olmağa  və  yaranmış  məsələlərin  həllinə

ehtiyatla yanaşmağa çağırır. Yeniyetmə və gənclərimizə edilən hər təzyiq onları

normal  insanlardan  daha  da  uzaqlaşdırır.  Uzaqlaşdıqca  tənhalaşan  gənclər

ağılagəlməz  addımlar  atmağa  meyilli  olurlar.  Məktəblilərə  sahib  çıxmaq,  ilk

növbədə, təhsil işçilərinin məsuliyyəti və mənəvi borcudur.


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin