A. Abxaziya barəsində:
7. Assambleya Tbilisi ilə Suxuminin mövqelərinin yaxınlaşmasına dair müəyyən əlamətlərin olduğunu
razılıqla qeyd edərək ümidvar olduğunu bildirir ki, tezliklə münaqişə yuxarıda göstərilən prinsiplər əsasında
siyasi yolla nizama salına biləcəkdir;
8. Assambleya ümidvar olduğunu bildirir ki, cəlb olunmuş tərəflərin, habelə Birləşmiş Millətlər
Təşkilalatının, ATƏT-in və Rusiya Federasiyasının cəhdləri ən yaxın zamanda həm Tbilisi, həm də Suxumi
üçün məqbul olan elə bir təsisat balansının yaranmasına gətirib çıxaracaqdır ki, qaçqınlar əlverişli təhlükəsizlik
şəraitində geri qayıda biləcək, regionun əhalisi dinc və firavan həyat şəraitini bərpa edə biləcəkdir;
Dostları ilə paylaş: |