44
44
700
2000 mm olan brus formasında olur. Onun üz tərəfi təmiz, alt
tərəfi isə kobud yonulmuş olur. Hündürlüyü 300 və 400 mm, üst
hissəsinin eni isə 100, 150 və 200 mm-dir.
Dördtin daş. Yol örtüklərində, xüsusən eniş və yoxuşlarda iş-
lədilən paralelepiped formalı daşdır. Üz və alt səthləri düzbucaqlı
formada olub, bir-birinə paraleldir. Yan səthləri isə aşağıya doğru da-
ralır. Sıx və möhkəm dağ süxurlarından yarılma yaxud yonulma üsulu
ilə alınır. Hündürlüyü 100
160, eni 120
150 və uzunluğu 150
250
mm olur.
Dördtin daşların hazırlanmasında işlədilən süxurların sıxılmada
möhkəmlik həddi 100 MPa-dan az, kütləyə görə suhopması isə 0,6 %-
dən çox olmamalıdır.
Qırmadaş
müxtəlif dağ süxurlarının daşqıran maşınlarda
xırdalanmasından alınan kələ-kötür formalı daşdır. Ölçüləri 5
70 mm,
bəzən isə 150 mm-ə qədər olur. Betonlarda iri doldurucu kimi işlədilir.
Dostları ilə paylaş: