Sual: I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird
qəbulu ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?
Cavab:
Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat
zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin
olunur:
• valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən
edilmiş ərazisində yaşayan;
• valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən;
• bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan.
Dostları ilə paylaş: |