169) “Çəlləyəbənzər” döş qəfəsi hansı xəstəlik üçün xarakterik sayılır?
A) Ağciyərlərin emfizeması
B) Bronxial astma
C) Krupoz pnevmoniya
D) Xroniki bronxit
E) Quru plevrit
Ağciyərlərin emfizeması (yunan.emphyse-üfürmək) zamanı qabırğaaraları genəlir, qabırğalar
üfiqiləşir, döş qəfəsi ön-arxa tərəfdə böyüyür və çəlləyəbənzər forma alır.
dəbiyyat: Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр
234
170) Krupoz pnevmоniya üçün xarakterik olan bəlğəm hansıdır?
A) “Paslı” bəlğəm
B) Selikli bəlğəm
C) Selikli-irinli bəlğəm
D) Bəlğəm olmur
E) İrinli bəlğəm
Krupoz pnevmоniya xəstəliyi zamanı ilk günlərdən başlayaraq xəstədə çətin ifraz olunan, tərkibində
qan hissəcikləri olan bəlğəm müşahidə olunur. Bəlğəm tezliklə qəhvəyi-qırmızımtıl rəng alır ki, bu
da eritrositlərin parçalanması ilə əlaqədardır. Bəlğəmin bu rənginə görə onu “paslı” bəlğəm
adlandırırlar.
Ədəbiyyat: А.С.Cметнев. «Внутренние болезни». Москва «Медицина». 1990. Стр 20.