I hissə
Təhsildə İKT
1. İKT-nin TƏHSİLƏ TƏTBİQİNDƏ ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏR
İKT-nin təhsil sisteminə tətbiqi üçün aparılan işlər, görülən tədbirlər təhsilin bütün
pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi
ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılmasına zəmin yaradır. Bu isə, öz növbəsində,
əhalinin bütün təbəqələri üçün keyfiyyətli və fasiləsiz təhsil almaq imkanlarının təmin edilməsi,
habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait
yaradılmasına xidmət edir. Qısaca desək, İKT-nin təhsilə tətbiqi əsasən aşağıda göstərilən məqsədləri
əhatə edir:
- Təhsilin keyfiyyətinin artırılması;
- Yeni informasiya mədəniyyətinin formalaşdırılması;
- Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi;
- Təhsil sisteminin dünyanın təhsil, elm, mədəniyyət və informasiya məkanına
inteqrasiyasının təmin edilməsi.
Dostları ilə paylaş: |