Dərs keyfiyyətli və səmərəli olsun. Bunun üçün də əvvəlcədən planlaşdırma aparılır



Yüklə 253,32 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix05.02.2022
ölçüsü253,32 Kb.
#52132
növüDərs
1   2   3   4   5   6
d-rsin-g-nd-lik-planla-d-r-lmas--3

EV TAPŞIRIQLARI 

Əldə  olunmuş  biliklər,  bacarıq  və  vərdişlərin  möhkəmləndirilməsi  üçün  ən  geniş 

yayılmış  iş  forması  ev  tapşırıqlarıdır.  Ev  tapşırıqlarının  tədqiqat  və  yaradıcılıq 

elementləri ilə zəngin olmasına xüsusi diqqət vermək lazımdır. 

Məsələn, müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar və s. 

Qiymətləndirmə  –  şagirdlərin  təlimdəki  fəaliyyətlərinin  izlənilməsi 

prosesidir.  Qiymətləndirmə  konkret  meyarlar  üzrə  aparılmalıdır.  Müəllim 

şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir. 

Refleksiya 

– təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və dərindən 

başa düşməyə imkan verir. 

Şagirdlərə bəzi suallar verməklə (məsələn, biz nə etdik?, bu nəticəyə gəldik? və 

s) 

onların  fikirləri  sistemləşdirilir  və  şagirdin  təlim  fəaliyyəti  bir  daha  nəzərdən 



keçirilir. 

Fəal (interaktiv) dərsdə ənənəvi dərsdən fərqli uşaqlar özləri biliyi əldə edir, onlar 

fəaldır, təlim prosesinə cəlb olunurlar, müəllim fasilitator rolunu oynayır, amma sinfə 

hakim  olmur,  sinifdəki  iqlim  uşaqların  sərbəstləşməsinə  səbəb  olur,  uşaqlar  öz 

fikirlərini söyləməyə qorxmurlar. 

İnteraktiv  dərs  sanki,  elm  aləminə  edilən  bir  səyahətdir.  Şagirdlər  burada 

tədqiqatçı  kimi  tanımadıqları  çığırla  addımlayırlar.  Müəllim  isə  onlara  düzgün  yol 

göstərən işığa bənzəyir. 

D

ərs  elmə  əsaslanan  əyləncəli  şəkildə  keçərsə  şagirdlərin  yeni  informasiyalar 



fəth  etməyə  marağı  artır  və  əldə  edilmiş  informasiyaların  onların  beyində  daha 

möhkəm yer almasına zəmin yaradır. 

Fəal (interaktiv) dərs ənənəvi dərsdən nə qədər çox fərqlənsə də onun da dəqiq 

strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə 

yiyələnir, tədris proqramı zərər çəkmir. 

M

üəllim gündəlik dərsləri planlaşdırarkən bu qaydaları gözləməklə yanaşı hər bir 



şagirdin  marağını  da  nəzərə  almağa  çalışmalıdır.  Belə  olan  təqdirdə  onların  hər 

birinin bacarığını və məntiqini üzə çıxarmaq daha asan olur. 

Bu isə sinifdə çox asanlıqla qiymətləndirmə aparılmasına kömək edir. 

Fəal dərs təhsilli, savadlı həm də həyat yolunda müstəqil və düzgün addımlamağı 

bacaran  bir  vətəndaş  yetirməyə  xidmət  edir.  Bütün  bunlar  fəal  təlimin  keyfiyyətini 

göstərir. Müasir müəllimlər bu təlimi çox yüksək qiymətləndirirlər. 



Yüklə 253,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin