§ 11.
KOMPLEKS TƏBII RAYONLAŞDIRMA.
P L A N
1.Kompleks təbii rayonlaşdırma (KTR), onun prinsipi, taksonometrik vahidi
və metodları
2.Təbii ərazi kompleksləri
3.KTR-nın sxem və xəritələri
4.Rayonlaşdırılan ərazinin kompleks təbii-istehsal xarekterizkası
Kompleks təbii rayonlaşdırma (KTR) regionlardakı təbii-ərazi fərqləri
barəsində məlumatların xüsusi bir formasıdır və kənd təsərrüfatı istehsalının
düzgün yerləşdirilməsinin təbii - elmi əsasına xidmət edir. Kənd təsərrüfatı və
yerquruluşu işləri üçün respublikanın, vilayətin hissələnmiş landşaft
rayonlaşdırılması
xüsusi
vacib
praktiki
əhəmiyyət
daşıyır.
Xüsusi
rayonlaşdırmadan (torpaq, botanik, aqroiqlim və s.) fərqli olaraq kompleks
rayonlaşdırmada təbiətdə mövcud olan təbii-ərazi komplekslərinin (TƏK)
aşkarlanması, sərhədlənməsi və təsnifatı nəzərdə tutulur. TƏK- fərdi təkrar
olunmaz ərazi vahididir ki, qarşılıqlı əlaqəli və təsirli təbii komponentlər
kompleksinin müəyyən eynicinsliliyi ilə xarakterizə olunur (geoloji quruluş, relyef,
iqlim, su, torpaq, bitki və heyvanat aləmi). TƏK-də aparıcı rol toktonik-
geomorfoloji fərqlərin üzərinə düşür ki, onlar iqlimin eyniliyini və nəticədə digər
təbii komponentlərin aşkarlanmasını təyin edir. TƏK-nin ərazilərinin təbii
potensialının eyniliyi böyük praktiki əhəmiyyət daşıyır. Təbiətdəki müxtəliflik bir
çox TƏK-nin formalaşmasına şərait yaradır. Müxtəlif ranglı TƏK-nin
mövcudluğunun qəbul edilməsi KTR-nı öz əsasında vahid hesab etməyə imkan
verir. Ümumielmi təbii rayonlaşdırmanın bazasında müxtəlif tətbiqi rayonlaşdırma
yaratmaq mümkündür. Lakin bu zaman TƏK-nin sərhədləri öz vəziyyətini
dəyişməyir, yalnız taksonometrik vahidlərin sayı başqa cür ola bilər (rayonlara
bölünmələr). Tətbiqi rayonlaşdırmada praktiki məqədlər üçün landşaftın
downloaded from KitabYurdu.org
xüsusiyyətləri aydınlaşdırılır, yəni birbaşa praktiki icraçıların başa düşə biləcəyi
formaya salınır.
Beləliklə KTR mövcud vilayət və rayon təşkilatlarına imkan verməlidir ki,
kənd təsərrüfatının sahələrini korrektə edə bilsinlər, yəni onları təbiətşünaslıq
elmlərinin yeni nailiyyətlərinin bazasında dəqiqləşdirsinlər.
Dostları ilə paylaş: