- tələbənin özünütəhsilə,
mütaliəyə cəlb edilməsi;
- bəşəri və milli dəyərlərin
mənimsədilməsi;
- tələbələrin vaxt büdcəsinin səmərəli təşkili;
- ali məktəb müəlliminin şəxsi nümunəsi və s.
Şəxsiyyətin fəallığı – tələbənin ümumi və psixi inkişafının vacib şərtidir. Şəx-
siyyət fəaliyyət prosesində formalaşır. Fəaliyyət özlüyündə insanın ətraf aləmə fəal
münasibətinin formasıdır. Tələbə təhsildə, əməkdə, yaradıcılıqda, ictimai işlərdə nə
qədər çox fəallıq göstərərsə, bir o qədər həmin sahələrdə uğur qazana bilər.
Şəxsiyyətin keyfiyyəti – möhkəm
dayanıqlı motivlərlə dayanıqlı davranış for-
masının vəhdətinə əsaslanır. Eyni bir davranış forması (məsələn, təlimə səylə yanaş-
maq) motivdən asılı olaraq müxtəlif keyfiyyət çaları kəsb edə bilər: tələbə borc his-
sinin təsiri ilə və ya müəllimin tərifini (yaxud yaxşı qiymət) qazanmaq naminə təlimə
səy göstərə bilər. Bunlar zahirən eyni forma olsa da, əslində şəxsiyyətin müxtəlif key-
fiyyətlərini ifadə edir.
Təlim-tərbiyə işinin müvəffəqiyyəti tələbənin şəxsi fəallığı ilə bilavasitə bağlıdır.
Tələbələrin yüksək səviyyədə təşkil olunmuş məqsədyönlü fəaliyyəti uğurlu tərbiyə-
nin də vacib şərtidir. Tələbə əmək, idman, elmi-texniki, bədii və ictimai-siyasi fəaliy-
yət prosesinə cəlb edilməklə şəxsiyyətin vacib keyfiyyətlərinə yiyələnir, ictimai təc-
rübə qazanır, həyatı və insan münasibətlərini öyrənir, mənəvi cəhətdən zənginləşir,
gələcək mütəxəssis kimi bir çox cəhətdən formalaşır.
Tələbə şəxsiyyətinin formalaşmasına təsir edən amillər sırasında ünsiyyətin, xü-
susən
pedaqoji ünsiyyətin düzgün qurulması böyük əhəmiyyət kəsb edir. Tələbə şəx-
siyyəti, fəaliyyətin bir sahəsi kimi, həm də ünsiyyət prosesində formalaşır. De-
mokratik üslubda qurulan pedaqoji ünsiyyətin tərbiyəvi təsiri daha güclüdür. Müəllim-
tələbə münasibətləri
əməkdaşlıq prinsipinə uyğun qurulmalıdır: müəllim tələbəyə şəx-
siyyət kimi, gələcək mütəxəssis kimi baxmalı, etibar etməli, qayğı və diqqətlə, hörmət
və tələbkarlıqla yanaşmalı, yüksək pedaqoji məharət, müsbət nümunə göstərməli, hər
işdə ədalətli olmalıdır.
Tələbə gənclərin şəxsiyyətinin inkişafında
tələbə kollektivi də güclü təsir
göstərir: kollektiv tələbələrdə qarşılıqlı münasibətlərin, kollektivçilik hissinin forma-
laşmasına, şəxsi və ictimai maraqların uzlaşdırılmasına imkan verir. Kollektivin
32
ictimai rəyi, qəti tələbi böyük tərbiyə gücünə malikdir. Tələbələr kollektivin rəyinə
həssaslıqla yanaşır və
ona ciddi reaksiya verirlər, onunla hesablaşırlar.
Buna görə də tələbə qruplarında sağlam ictimai rəyin formalaşmasına, onun ay-
rı-ayrı neqativ hallara qarşı yönəldilməsinə, haqqın, düzlüyün, ədalətin müdafiəsinə,
kollektivdə səmimi münasibətlərin yaranmasına yönəltmək çox vacibdir.
Gənclərin zehni, ideya-mənəvi tərbiyəsinə təsir edən amillər sırasında tələbə-
lərin
elmi biliklərə, bəşəri və milli dəyərlərə dərindən yiyələnməsi, müntəzəm şə-
Dostları ilə paylaş: