3. Ali məktəb pedaqogikasının metodoloji əsasları, digər elmlərlə əlaqəsi Pedaqogika, o cümlədən ali məktəb pedaqogikası tədqiqat işində müəyyən me-
todoloji ideya və baxışlara, nəzəriyyələrə istinad edir. Pedaqogikanın metodoloji əsası dedikdə, elmin nüvəsini təşkil edən və onun inkişafına güclü təsir göstərən
mühüm fəlsəfi müddəalar, ideya və prinsiplər sistemi başa düşülür. Metodoloji
müddəa və prinsiplər alimin tədqiqat mövqeyini, tədqiqatın istiqamətini müəyyən
edir, onun səmərə və keyfiyyətini yüksəltməyə imkan verir.
Ali məktəb pedaqogikasının metodoloji müddəaları arasında pedaqoji məsələ-
lərin öyrənilməsinə dialektik yanaşma prinsipi, idrak nəzəriyyəsi (qnoseologiya)
ümumi, fundamental səciyyə daşıyır, pedaqoji tədqiqatların strategiyasını müəyyən-
ləşdirməyə kömək göstərir. Dialektik yanaşma prinsipi pedaqoji fakt, hadisə və
prosesləri hərtərəfli öyrənməyi, dəyişmə və inkişaf halında götürməyi, onlar arasında
qarşılıqlı əlaqələri və daxili ziddiyyətləri aşkara çıxarmağı, inkişafın hərəkətverici
qüvvələrini müəyyənləşdirməyi nəzərdə tutur.
4
Pedaqoji tədqiqatda ümumi metodoloji prinsiplə yanaşı, xüsusi metodoloji prin- siplərə də istinad edilir: sistemli-struktur yanaşma prinsipi, fəaliyyət prinsipi, şəxsiy-
yət baxımından yanaşma prinsipi.