Şəkil-5.Titrləmə üsulu ilə koli-Dtr və koli-indeksin təyini.
Suyun helmintoloji müayinəsi.
İnsanlar arasında qurd xəstəliklərinin yayılmasında suyun müəyyən
epidemioloji rolu vardır. Bu yolla əsasən geohelmintozlar yayılır. Yoluxma bu qurdların yumurtaları
və sürfələri ilə çirklənmiş sudan, təmiz yuyulmamış ərzaqlardan baş verir.
Helmintozların epidemiologiyasında suyun rolu o qədər də böyük deyil. Lakin bəzi hallarda, su amili
də konkret təcrübi əhəmiyyət kəsb edə bilər. Əhali arasında helmintozların geniş yayıldığı
rayonlarda açıq su hövzələrinin suyu qurd yumurtaları və sürfələri ilə intensiv çirklənirlər Buna
səbəb su mənbələrinə helmint yumurtaları ilə zəngin çirkab sularının axıdılması, sahillərin daim
mənbə suları və atmosfer suları ilə yuyulmasıdır. Belə hövzələrdən çimərlik kimi isLfadə olunduqda
və ya süzülmədən və zərərsizləşmədən isLfadə etdikdə qurd yumurtaları və sürfələri orqanizmə
daxil ola bilər.
Açıq su təchizaC mənbələrinin suyunun helmintoloji müayinəsi onun ikiqat səLn parça süzgəclərdən
süzülməsi üsulu ilə həyata keçirilir. SəLn süzgəclər helmint yumurtalarının çox hissəsinin tutur. Bu
məqsədlə kiçik durğun su tutarlarının suyunun müayinəsində aşağı kənarına səLn süzgəc
bərkidilmiş qıfdan isLfadə edilir. Böyük su mənbələrində isə plankton süzgəclərdən isLfadə edilir.
Süzülmə qurtardıqdan sonra səLn səLn süzgəc qıfdan və ya plankton torundan ayrılır, şüşə üzərində
hamarlanır, əşya şüşsəsi ilə çöküntü götürülür və üzərinə 1 damcı 50%-li əlavə etməklə kiçik
böyüdücü üzrəində mikroskopik müayinədən keçirilir. Əgər çöküntü qalın və qaC olarsa, onu
stəkana köçürüb natrium-nitrat və natrium-xloridin doymuş məhlulu ilə qarışdırırlar. 1 saat
qaldıqdan sonra qarışığın dibindən və səthindən götürülmüş preparatlar mikroskop alCnda müaLnə
olunur. Qurd yumurtalaranının sayına və süzülən suyun həcminə əsasən 1 l suda onların miqdarı
hesablanır.
Nisbətən mürəkkəb olsa da, məsamələrinin diametri 3-5 mk olan membran süzgəclərdən süzülmə
ilə aparılan müayinə daha dəqiqdir. Bu süzgəclər plankton süzgəcləri və ya ilkin süzgəclər adlanır və
bütün növlərdən olan helmint yumurtalarını 100% tutur.Membran süzgəclərdəm su Holdman
qıRnda su axını və ya əl nasoslarlnln köməyi ilə süzülür. Çöl şəraiLndə əl nasosları isLfadə olunur və
10-20 süzgəc dəyişməklə 1 saatda 10 l su süzməyə imkan verir. Süzülmədən sonra süzgəclər nəm
halda əşya şüşələri üzərinə qoyulub mikroskop alCnda müayinə edilir və ya havada qurudulduqdan
sonra qərənfil və ya gənəgərçək yağı ilə şəffaflaşdırılır. Və müayinə olunur. Əgər çöküntü qaC olarsa,
o örtük şüşəsi ilə götürülərək 50%-li qliserin damcısı əlavə etməklə yaxma şəklində mikroskop
alCnda baxılır.
Plankton və membran süzgəcləri olmadıqda adi külsüz kağız süzgəclərdən su Holdman qıfları
vasitəsilə süzülür. Onlar ən çox çirkab sularının helmintoloji müayinəsində tətbiq olunur. Bu zaman 1
7
saat müddəLndə 40-50 süzgəc dəyişməklə 2-3 l çirkab suyu süzülür. Süzgəclər 3-5 dəq 20-30%-li HCl
turşusu ilə şəffaflaşdırılıb kiçik böyüdücü ilə mikroskop alCnda baxılır.
İçməli və təsərrüfat əhəmiyyətli sularda helmint yumurtları olmamalıdır.
Şəkil-6.Kriptosporidiumların suda tapılması.
8