İki müxtəlif nəzəriyyə
Bir az bundan əvvəl qeyd etdik ki, ölümdən qorxanlar insanlar arasında çoxluq təşkil
edirlər. Lakin başqa bir qism də var ki, onlar müqəddəs hədəf uğrunda ölməkdən qorxmur,
hətta bu cür ölümü özləri qarşılayırlar. Yaxud ölümləri sadə və adi ölüm olarsa, ömürlərinin
sonunda heç bir narahatçılıq hissi keçirmirlər. Bunun (bəzilərinin ölümdən qorxmasının,
bəzilərinin isə qorxmamasının) səbəbi arada iki müxtəlif nəzəriyənin olmasıdır.
1)Birinci qismdə olan insanlar (ölümdən qorxanlar) ölümdən sonrakı aləmə
inanmırlar, inansalar da, qəlblərində bəzi şübhələr qalmışdır. Buna görə də, ölüm anını əlin
hər şeydən üzüldüyü an bilirlər. Əlin hər şeydən üzülməsi yəqin ki, çıxılmaz bir vəziyyətdir.
İşıqlı dünyadan qaranlıq dünyaya qədəm qoymaq, əlbəttə ki, çətindir. Həmçinin, bir cani
üçün zindandan çıxıb məhkəməyə getmək, yəqin ki, çox çətindir.
2)Lakin ikinci qism insanlar (ölümdən qorxmayanlar) ölümü yeni bir təvəllüd sayırlar.
Onların fikrincə, ölüm darısqal, məhdud və zülmət bir yerdən geniş, həddi-hududu olmayan
və işıqlı olan bir dünyaya köç deməkdir. Ölüm sanki, ruhun kiçik bir qəfəsdən azad olub
geniş göylərdə pərvaz etməsi, zülm, ədalətsizlik, haqsızlıq içindən çıxıb, bunlardan pak olan
bir mühitə daxil olması deməkdir. Təbiidir ki, bu cür şəxslər artıq ölümdən qorxmayacaqlar.
Bu məktəbin lideri olan Həzrət Əli(ə)-ın dili ilə desək: «Əbu Talibin oğlunun (Əlinin)
Dostları ilə paylaş: |