diriltmək də belədir.» (Fatir, 9).
Qış fəslində təbiətə nəzər saldıqda hər tərəfdən ölü iyi gəlir. Ağaclarda nə yarpaq olur,
nə gül, nə də meyvə. Quru budaqlar hərəkətsiz şəkildə yerlərində donub qalmışlar. Nə bir
ağac tumurcuqlayır, nə bir budaq çiçək açır. Dağlarda, meşələrdə heç bir oyanış gözə
dəymir. Bahar yetişdikdə isə, hava yavaş-yavaş ilıqlaşır. Bərəkət yağışları yağmağa başlayır.
Birdən-birə təbiətdə yenilik əmələ gələrək hər tərəf oyanır. Otlar bitir, ağaclar yarpaq açır,
çiçəklər, tumurcuqlar gözə dəyirlər. Quşlar ağaclarda özlərinə yuva qurmağa başlayırlar.
Sanki, qiyamət baş verir. Əgər ölümdən sonrakı həyatın mənası olmasaydı, biz bu səhnəni
hər il öz gözümüzlə müşahidə etməzdik. Ölümdən sonra dirilmək iddiası dəlilik nişanəsi
olsaydı, bu səhnə hər il təkrar olunmazdı. Torpağın, təbiətin ölümdən sonra dirilməsi, yaxud
insanın ölümdən sonra dirilməsi arasında nə fərq var?
2.Bəzən kafirləri, yaranışlarının əvvəlinə qaytararaq ilk vaxtlarını yadlarına salır.
Müşrik bir ərəb çöldən bir parça çürümüş sümük tapıb belə güman etdi ki, bunun vasitəsi ilə
gedib Məhəmmədin, ölülərin diriləcəyi barəsində dediklərini batil edəcək. Peyğəmbərin
huzuruna gələrək: «De, görüm, bu cür çürümüş sümükləri kim dirildə bilər»-deyərək fəryad
etdi. Peyğəmbər aşağıdakı ayə ilə onun cavabını verdi: «Onları ilk dəfə yoxdan yaradan
dirildəcəkdir» (Yasin, 79). İnsanın ilk dəfə yaranması ilə yenidən dirilməsi arasında nə fərq
var?
Bu məsələ digər ayələrdə çox kiçik, lakin mənalı bir ifadə ilə açıqlanmışdır: «(Qiyamət
Dostları ilə paylaş: |