Щязряти Айятуллащцл-Цзма


cəhənnəm odu vəd etmişdir



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə57/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

cəhənnəm odu vəd etmişdir.» Eləcə də, Allah tərəfindən mömin kişi və qadınlara Cənnətdə 

əbədi  qalacaqları  vəd  edilmişdir.  Məsələn,  həmin  surənin  72-ci  ayəsində  oxuyuruq:  Yəni, 



«Allah  mömin  kişi  və  qadınlara  (ağacları)  altından  çaylar  axan  cənnətlərdə  əbədi 

qalacaqlarını vəd etmişdir.»

Burada belə bir sual yaranır; necə olur ki, bir nəfər 80, ya çox olsun, 100 il ömür sürür 

və bir neçə pis iş görür, lakin qiyamət günü milyon illərlə, yaxud əbədi olaraq onun cəzasını 

çəkməli olur?

Bu sual yalnız cəhənnəmin əbədi əzabına aiddir. Behiştdə əbədi qalmağa gəlincə isə, bu 

sualın  mənası  yoxdur.  Çünki  mükafat  (Cənnət  mükafatı)  nə  qədər  çox  olarsa,  bir  o  qədər 

Allahın  rəhmət  və  fəzlinin  çoxluğunun  nişanəsidir.  Lakin  pis  əməllərin  müqabilində  insan 

əbədi  əzaba  düçar  olması  necə?  Bu  Allahın  ədaləti  ilə  uyğun  gəlirmi?  Allahın  ədaləti  ilə 

günahların cəzasını çəkmək arasında tarazlıq olmamalıdırmı?

Cavab:

Bu sualın cavabını bilmək üçün bir neçə mətləbi nəzərə almalıyıq:




34

A)Axirət dünyasının əzab və cəzası bu dünyanın cəzası kimi deyildir. Məsələn, bir nəfər 

dünyada  oğurluq  edibsə,  onu  bir  müddət  zindanda  saxlayıb  sonra  azad  edirlər.  Qiyamət 

cəzası  isə  əməllərin  (günahların)  təsir  və  xüsusiyyətinə  əsasən  verilir.  Başqa  sözlə  desək, 

günahkarların axirətdə çəkəcəyi əzabların hamısı onların öz əməllərinin nəticəsidir ki, indi 

onları əhatə etmişdir. 

Qurani- Məcid bu məsələni çox gözəl şəkildə bəyan etmişdir: Yəni, «Bu gün heç kəsə 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin