Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən
Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan verirlər. İmtahanın nəticəsi “məqbul” və
ya “qeyri-məqbul”la qiymətləndirilir. Bu imtahanda abituriyentlərə fənn kurikulumu əsasında
hazırlanmış 27-si qapalı tipli və 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli
olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 1 saat 30
dəqiqə vaxt ayrılır. Qapalı tipli tapşırıqlar üzrə hər düzgün cavab 1 balla qiymətləndirilir.
Yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar isə markerlər tərəfindən
meyarlar əsasında 0,
𝟏
𝟑
,
𝟏
𝟐
,
𝟐
𝟑
və ya 1 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir
göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahan üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:
- Dinləyib-anlamaya dair mətn və mətnə aid 4 tapşırıq: qapalı tipli 3 və yazılı şəkildə
cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;
- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq ;
- Oxuyub-anlamaya dair 2 mətn (bədii və publisistik üslubda) və hər mətnə aid 8 tapşırıq
(cəmi 16 tapşırıq): qapalı tipli 7 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1
tapşırıq.
İmtahanda iştirak ödənişlidir. Elanın 3-cü bəndində göstərilən kateqoriyadan olan
abituriyentlərin bir cəhd üzrə, 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə
Dostları ilə paylaş: