16. Qəbul kampaniyası dövrü abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
- saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və
ya sərxoş vəziyyətdə gəlmək;
- imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar,
konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya
onlardan istifadə etmək;
- yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına
girmək, özü ilə tütün məmulatı gətirmək;
- səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq,
“İmtahan başlandı!” elan olunan andan 1 saat müddət keçənədək və imtahanın son 15
dəqiqəsi ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
- başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə),
sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının
baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
- nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
- cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən
imtahan zalından çıxmaq.
17.
Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent
tələb olunan sənədləri 10 gün müddətində qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə
qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan
keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi
qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
Dostları ilə paylaş: |