Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə13/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   9   10   11   12   13   14   15   16   ...   71
kitab20111201122645312

Ə L A V Ə: 1905-ci ildə Tiflis şəhərində Qafqaz namestniki (canişini) öz 

övrəti  ilə  faytona  minib  küçələrin  birindən  keçdiyi  zaman  çoxdan  fürsət  axtaran 

erməni  qımdatlarından  4  nəfər  həmin  faytonun  üzərinə  hücum  çəkərək  xəncər  ilə 

namestniki  bir  neçə  yerindən  yaralayıb  qaçdılar.  Canişinin  yanında  olan  kazak 

erməninin birini öldürdü, o biriləri isə qaçıb gizləndilər. 

Ə L A V Ə: Yenə bu tarixdə divana qulluq edən bir ləzgi müsəlmanını rus 

xəzinəsinin qabağında ermənilər tapança ilə vurub öldürdülər. Əhvalatdan xəbərdar 

olan Şuşa qalasının müsəlmanları böyük bir icma ilə gedib həmin ləzginin cəsədini 

tabuta  qoyub  böyük  məscidin  həyətinə  gətirirlər.  Qüsl  verdikdən  sonra  isə  aparıb 

qəbiristanlıqda  dəfn  edirlər.  Müsəlmanların  qəzəbindən  ehtiyat  edən  ermənilər 

acizanə  surətdə  müsəlmanlardan  üzrxahlıq  etdilər  ki,  həmin  ləzgini  rus  bilib 

öldürüblər. Ona görə qatilin bağışlanmasını xahiş etdilər. 

Ə L A V Ə: Yenə bu tarixdə Şuşa qalasında erməni cəmaatı rus tayfasından 

bir  böyük  vəzifəli  şəxsi  tapança  ilə  öldürdülər.  Həmin  bu  rus  ilk  dəfə  Qalaya 

gələndə kasıb olduğundan bir manata belə möhtac imiş. Amma öləndən sonra onun 

evindən  külli  miqdarda  nəqd  pul  və  əşya  çıxmışdır.  Buradan  aydın  oldu  ki,  o, 

dövlətə xəyanət edib erməni və müsəlmanlardan rüşvət almışdı. 

Xülasə,  erməni  tayfası  bu  qəbil  şəxslərdən  Qalada  və  kəndlərdə  çox 

öldürürdülər. 

Bütün  bunlara  baxmayaraq,  müsəlmanlar  onlara  (ermənilərə)  mehribanlıq 

və hörmət göstərirdilər. Belə ki, bu tarixdə Şahnəzərovlar nəslindən Qriqor ağa adlı 

birisi vəfat etmişdi. 

Müsəlmanların  əyan  və  əşrafları  toplaşıb  onun  dəfn  mərasimində  iştirak 

etdilər. Qriqor ağanı tabuta qoyub  müsəlmanlar öz qayda-qanunları ilə çiyinlərinə 

alaraq  qəbiristanlığa  aparıb  dəfn  etdilər.  Onun  özü  və  ata  babaları  (Bəhram  bəy, 

Cəmşid  bəy  və  Məlik  Şahnəzər)  müsəlmanlara  çox  böyük  rəğbət  bəslədiklərinə 

görə Qalanın müsəlman camaatı bir neçə gün yas mərasimində iştirak etdilər. Hətta 

Cəmşid  bəyin  bir  bacısı  Hurizad  xanım  mərhum  İbrahim  xanın  arvadı  idi.  Bu 

xanımın övladı olmadığına görə böyük məscidin həyətində otaqlar tikdirərək vəqf 



19 

 

etdirdiyi  otaqlar  indi  də  qalmaqdadır.  Cəmşid  bəyin  özü  Rəhim  bəyə  vəsiyyət 



etmişdi  ki,  öləndə  məni  erməni  qəbiristanlığında  dəfn  etməsinlər.  Cəmşid  bəy 

öləndə 


Rəhim 

bəy 


Şuşada  olmadığından  ermənilər  onu  aparıb  öz 

qəbiristanlıqlarında  dəfn  etmişdilər.  Rəhim  bəy  gələndən  sonra  dərhal  Cəmşid 

bəyin tabutunu erməni qəbiristanlığından çıxarıb kənar yerdə dəfn etdilər. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin