Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə61/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   57   58   59   60   61   62   63   64   ...   71
kitab20111201122645312

Ə L A V Ə: Başqa bir yerdə, yəni Hacısamlı və Piçanlı kürdləri toplaşaraq 

Gorusun  Xənəzək  kəndinə  hücum  etdilər.  Ermənilərin  qabaqcadan  gördükləri 

tədarüklərinin  çox  olmasına  baxmayaraq,  müsəlmanların  bu  qəfil  hücumundan 

karıxaraq  bilmədilər  nə  etsinlər.  Müsəlmanlar  onların  çaşqınlığından  istifadə 

edərək bir tərəfdən kəndin evlərinə od vurmağa başladılar. Beləliklə, onlar 20 evi 

yandırdılar. Evlərin alovu və müsəlmanların nərələri göylərə yüksəlirdi. Ermənilər 

bu  hücumun  qarşısında  davam  gətirə  bilməyib  qaçmağa  başladılar.  Beləliklə, 

Xənəzək  kəndində  20  nəfər  erməni  öldürüldü.  Müsəlmanlar  əldə  etdikləri 

qənimətləri özləri ilə kəndə gətirdilər. 

ƏLAVƏ:  Bu  günlərdə  generala  xəbər  verdilər  ki,  erməni  tayfası  bir  neçə 

səngər  düzəldərək  onların  hər  birində  bir  və  ya  iki  böyük  top  gizlədiblər  ki,  dava 

zamanı müsəlmanlara və ya ruslara qarşı istifadə etsinlər. Generalın əmri ilə həmin 

topların  bir  neçəsi  əldə  edilib  generalın  yanına  gətirildi.  Gördülər ki,  toplar atəşə 

tamam  hazır  vəziyyətdədir.  Generalın  əmri  ilə  həmin  toplara  lazımi  miqdardan 

artıq  barıt  doldurub  od  vurdular.  Top  elə  açıldı  ki,  sanki  onun  gurultusundan  yer 

titrədi.  Bununla  da  iyirmiyə  yaxın  olan  həmin  topların  lülələri  bir  neçə  yerdən 

partlayaraq  yararsız  hala  düşdü.  Həmin  toplar  dövlətə  məxsus  olan  köhnə 




72 

 

silahlardan  idi.  Yeni  növ  toplar  gətirildiyinə  görə  həmin  köhnə  topların  istifadəsi 



orduda  ləğv  olundu  və  hərbi  hissələrin  hesabından  silindi.  Həmin  topların  bir 

neçəsini  Əmrumov  alıb  balkon  sütunu  elədi,  qalanları  dururdu.  Ermənilər  onları 

götürüb  müsəlmanlara  qarşı  istifadə  etmək  üçün  hazır  vəziyyətdə  saxlayırdılar. 

Hətta  sütun  yerinə  qoyulmuş  topları  da  çıxarıb  yararlı  vəziyyətə  salmışdılar  və 

həmin  topları  müsəlmanlara  qarşı  istifadə  etmək  üçün  bir  bəhanə  axtarırdılar. 

Girvəngələrin  qulplarını  sındırıb  topdan  atmaq  üçün  hazırlamışdılar.  Birinci 

davada  həmin  toplardan  bir  neçə  dəfə  atəş  açdılar.  Lakin  top  necə  atıldısa, 

atanlardan bir neçə nəfəri yaralandı. Generalın əmri ilə həmin topların əksəriyyəti 

yararsız hala gətirilsə də, hələ bir neçəsi ermənilərdə qalmışdı. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin