Microsoft Word Zulfiyye avtoreferat doc


müstəmləkəçilik və ermənilərin antitürk siyasəti



Yüklə 414,15 Kb.
Pdf görüntüsü
səhifə18/24
tarix10.04.2022
ölçüsü414,15 Kb.
#55079
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
tar n czn 31 01 18

müstəmləkəçilik və ermənilərin antitürk siyasəti  araşdırılır. XX əsrin 

əvvəllərində Yaxın  Şərqdə öz nüfuz dairəsini genişləndirmək uğrunda böyük 

dövlətlər arasında mübarizə kəskinləşmişdi. Bu regionda İngiltərənin, Fransanın, 

Rusiyanın, ABŞ-ın, Almaniyanın xüsusi marağı var idi. Birinci dünya 

müharibəsi zamanı Almaniya ilə müttəfiq kimi çıxış edən Türkiyənin vəziyyəti 

ağırlaşmışdı. “Rusiyanın hakim dairələrindən boğazlara və Konstantinopola 

(İstanbula) yiyələnmək uğrunda mübarizəsi ənənəvi idi”

72

 və bu istək yenidən 



baş qaldırmışdı.  

Statistik məlumatlara  əsasən demək olar ki, 1905-1907-ci illərdə baş 

verən hadisələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə 

aparılıbdır. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il 

İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 

570 min nəfərədək yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıla-

rın sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib.  

I Dünya müharibənin  əvvəlində bütün ermənilərin katolikosu V.Gevor-

qun çarla 15 dəqiqəlik görüşü olmuşdu. İmperator demişdi: “Zati müqəddəsləri, 

Sizi  əmin edirəm ki, Siz nə arzu edirsinizsə, yerinə yetiriləcək, ancaq müha-

ribədən sonra. Mən ermənilərin sədaqətinə tamamilə inanıram, erməni xalqını 

yaxşı  gələcək gözləyir. Siz hansı ərazilərdə yeni idarəetmə (yəni erməni üsul-

idarəsi) tətbiq edilməsini istərdiniz? 

Katolikos: 6 vilayətdə (sadalayır) və Kilikiyada, Aleksandretiyə  qədər 

dəmir yolunu Qarsdan davam etdirmək, Aralıq dənizinə qədər çatdırmaq olar. 

İmperator: Həmin rayonlarda nə  qədər erməni var? Onlar çoxdurlarmı? 

Katolikos: Yeni sərhədlərdə erməni əhalisi kifayət qədər olacaq, lakin Allahın və 

əlahəzrətin mərhəməti ilə yeni azad üsul-idarə ki olacaq, onda Əbdülhəmidin 

rejimi və qırğınlar zamanı vətənini tərk edən ermənilər Amerikadan, Misirdən və 

digər yerlərdən öz vətənlərinə qayıdacaqlar.  İmperator:  İnanıram, inanıram – 

demişdi

73

.  



                                                            

71

 Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi. Bakı, Azərbaycan Dövlət Kitab Palatası, 



1992, s. 106. 

72

 Готлиб В.В. Тайная дипломатия во время первой мировой войны. M., 1960, s. 56. 



73

  Qəhrəmanov N. I dünya müharibəsində erməni amili. Bakı, "E.L." Nəşriyyat və 

Poliqrafiya Şirkəti MMC, 2008, s. 89. 



 

23

1914-cü il avqustun 10-da Qafqaz canişini Voronsov-Daşkov hərbi nazir 



Suxomlinova müraciət etmişdi ki, Qafqaz dairəsinə 5000 tüfəng və 50 milyon 

güllə göndərsin. Bununla o, Cənubi Qafqazın yerli könüllüləri silahlandırmaq 

istəyirdi. Bundan əlavə olaraq, o, Türkiyədəki antitürk ünsürləri olan ermənilər 

və yunanları silahlandırmaq üçün 25 min tüfəng və 12 milyon güllə 

gətirtmişdi

74



Erməni könüllü dəstələrinin Şərqi Anadoluya doğru hərəkətindən ruhlan-

an Türkiyə erməniləri “Qərbi Ermənistan”ı azad edib müstəqil dövlət qurmaq 

fürsətini əldən verməmək üçün hər yerdə silahlı basqınlar edərək türkləri qırıb 

məhv etməyə başlamışdılar. Bu haqda çoxlu faktlar mövcuddur. İngilis tarixçisi 

Stenford Ç.Şou tarixi sənədlər əsasında göstərmişdir: “Erməni könüllülərinin kö-

məyi ilə rus ordusu Van istiqamətində hücuma keçərək mayın 14-də oranı tutan 

kimi 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırmağa başladılar... 

Rusların himayəsi altında Vanda erməni hökuməti qurulmuşdu (halbuki 

müharibənin  əvvəlində vilayətdə ermənilər 42,3%, yəni 33789 nəfər təşkil 

etmişdir)”. İyulun ortalarında hər tərəfdən 250 min erməni Vanda toplanmışdı

75



AXC-nin süqutu ərəfəsində, ermənilərin kütləvi soyqırımı  nəticəsində 



1920-ci ilədək indiki İrəvan quberniyasında yaşamış 575 min nəfər müsəlman 

əhalidən cəmisi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı – Z.C.) əhali 

qalmışdı

76

. Deməli, 1918-1920-ci illərdə İrəvan quberniyasında ermənilərin soy-



qırımına məruz qalmış yarım milyondan artıq azərbaycanlı əhalidən öz canlarını 

xilas edərək  əsas hissəsi qaçqın kimi Azərbaycanda sığınacaq tapmışdı. Lakin 

qaçqınların öz özəli torpaqlarına qayıtması problemi AXC hökumətindən Sovet 

Azərbaycanı hökumətinə miras qalmışdı. Təəssüf ki, bu problem Azərbaycanda 

Sovet hakimiyyəti dövründə də ədalətlə həll edilməmişdi. 1922-ci ilədək indiki 

Ermənistana – öz tarixi etnik torpaqlarına cəmisi 100 min azərbaycanlı qayıda 

bilmişdi. 

1920-ci il aprelin 27-də rus ordusu tərəfindən Azərbaycanın işğal edil-

məsi Azərbaycanın  ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq 

Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi, sovetləşən 

Zəngəzur qəzası sovet Ermənistanına bağışlandı. Beləliklə, 1918-1920-ci illərdə 

türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını tə-

sadüfi hadisə deyil, "Daşnaksütyun" partiyasının "böyük Ermənistan" yaratmaq 

planını reallaşdırmaq yolunda atılan addım və soyqırım siyasəti olmuşdur. 




Yüklə 414,15 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin