İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında



Yüklə 468,31 Kb.
Pdf görüntüsü
səhifə11/39
tarix15.04.2022
ölçüsü468,31 Kb.
#55520
1   ...   7   8   9   10   11   12   13   14   ...   39
 xxxviii

 

4.7.8-2. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların 

və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir

4.7.9.  Agentliyin  fəaliyyət  istiqamətləri  üzrə  məşvərətçi  komitələr  və  işçi  qruplar 

yaradır; 

4.7.10. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət, kommersiya və həkim sirrinin, 

fərdi məlumatların məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi 

üçün zəruri tədbirlər görür;



 xxxix

 

4.7.11. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin 



adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin 

edir; 


4.7.12.  İdarə  Heyəti  sədrinin  müavinlərinin  vəzifəyə  təyin  və  vəzifədən  azad 

edilməsi  barədə  Azərbaycan  Respublikasının  Prezidentinə,  digər  üzvlərinin  vəzifəyə 

təyin  və  vəzifədən  azad  edilməsi  barədə  isə  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinə təqdimat verir; 

4.7.13. İdarə Heyətinin reqlamentini təsdiq edir

4.7.14.  bu  Nizamnamə  ilə  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  Agentliyin,  o 

cümlədən onun idarə, filial və nümayəndəliklərinin işçilərinin, habelə tabeliyindəki digər 

qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində və TƏBİB-də isə yalnız rəhbərlərin) vəzifəyə 



təyin  və  vəzifədən  azad  edilməsi,  onlar  barəsində  həvəsləndirmə  və  intizam  tənbehi 

tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;



 xl

 

4.7.15.  işçilərin  əməyinin  ödənilməsini  və  peşəkarlıq  səviyyəsinin  artırılmasını 



təşkil edir; 

4.7.16. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir

4.7.17.  Agentlikdə  vətəndaşların  qəbulunu  və  müraciətlərinə  baxılmasını  təmin 

edir; 


4.7.18.  bu  Nizamnamə  ilə  İdarə  Heyətinin  səlahiyyətlərinə  aid  edilməyən  digər 

məsələlərə dair qərarlar qəbul edir.



 xli

 

4.8. İdarə Heyətinin üzvləri: 



4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər; 

4.8.2.  İdarə  Heyətinin  iclasının  gündəliyi  ilə  və  baxılması  nəzərdə  tutulmuş 

materiallarla əvvəlcədən tanış olurlar; 

4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər

4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında 

baxılması barədə təkliflər verirlər

4.8.5.  İdarə  Heyətinin  qərarları  ilə,  iclas  protokolları  ilə  və  digər  sənədlərlə  tanış 

olurlar. 

4.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz 

yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol 

verməməlidirlər,  həmçinin  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  49-cu  maddəsində 

müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.


Yüklə 468,31 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin