2.1. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında əhalini icbari
maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin
yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin
etmək, habelə sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari
tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli
istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir.
2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. icbari tibbi sığorta sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak
etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
i
2.2.2. əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi
sığortanın maliyyə dayanıqlığını
təmin etmək;
2.2.3. icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali
üçün bərabər şərtlərin yaradılması, icbari tibbi sığortanın hamı üçün əlçatan olması,
əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və
səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
2.2.4. icbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək.
Dostları ilə paylaş: