İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında



Yüklə 468,31 Kb.
Pdf görüntüsü
səhifə6/39
tarix15.04.2022
ölçüsü468,31 Kb.
#55520
1   2   3   4   5   6   7   8   9   ...   39
 

xi

 

3.1.25.  qanunla  və  Azərbaycan  Respublikası  Prezidentinin  aktları  ilə  müəyyən 



edilmiş digər vəzifələri yerinə yetirir. 

3.2. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır: 



3.2.1. icbari tibbi sığorta sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda 

dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında 

aidiyyəti üzrə təklif vermək;

xii

 

3.2.2.  icbari  tibbi  sığorta  ilə  bağlı  Azərbaycan  Respublikasının  beynəlxalq 



müqavilələrə  tərəfdar  çıxması  barədə  təkliflər  vermək,  fəaliyyət  istiqamətləri  üzrə 

beynəlxalq  konfransların,  seminarların  və  digər  beynəlxalq  tədbirlərin  keçirilməsini 

təşkil etmək və onların işində iştirak etmək;

 xiii

 

3.2.3.  beynəlxalq  təcrübənin  tətbiqi  imkanlarının  araşdırılması  məqsədilə  beynəlxalq 



təşkilatlarla,  xarici  dövlətlərin  aidiyyəti  dövlət  orqanları  (qurumları)  ilə  əməkdaşlıq 

etmək;


 xiv

 

3.2.4.  icbari  tibbi  sığorta  sahəsində  beynəlxalq  təcrübəni  öyrənmək  və  xaricdə 



fəaliyyət göstərən müvafiq qurumlarla təcrübə mübadiləsi aparmaq; 

3.2.5.  icbari  tibbi  sığortanın  maliyyələşdirilməsi  üçün  nəzərdə  tutulan  vəsaitlərin 

həcminin  artırılması  və  icbari  tibbi  sığortanın  maliyyə  dayanıqlığının  təmin  edilməsi 

məqsədilə sərbəst maliyyə vəsaitlərini yerli bazarda investisiyaya yönəltmək

3.2.6. baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlər göstərilməsi üçün tibb 

müəssisələrini seçmək; 

3.2.7.  baza  (əsas  xidmətlər)  zərfi  çərçivəsində  tibbi  xidmətlər  üçün  tariflərin 

müəyyən olunmasına dair təkliflər hazırlamaq; 

3.2.8. baza (əsas xidmətlər) zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və 

tariflərinin müəyyən olunmasına dair təkliflər hazırlamaq; 

3.2.9.  tibb  müəssisəsinin  və  (və  ya)  tibb  işçisinin  təqsiri  üzündən  sığortaolunana 

vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək; 

3.2.10. özəl tibb müəssisələrinin akkreditasiyasında iştirak etmək; 



3.2.11. tibb müəssisələri müqavilənin şərtlərini pozduqları hallarda tibbi xidmətlərə 

çəkilən xərcləri qismən ödəmək və ya ödəməkdən imtina etmək; 

3.2.12.  zərərin  sığortaolunan  tərəfindən  vurulduğu  hallar  istisna  olmaqla, 

sağlamlığına  vurulmuş  zərər  üçün  cavabdeh  olan  fiziki  və  ya  hüquqi  şəxslərdən 

sığortaolunana  göstərilən  tibbi  yardıma  çəkilən  xərclərin  ödənilməsini  məhkəmə 

qaydasında tələb etmək

3.2.13.  sığortaolunanlara  göstərilən  tibbi  xidmətlərin  həcminin  və  keyfiyyətinin 

monitorinqini həyata keçirmək; 

3.2.14.  sığortaolunanlara  göstərilən  tibbi  xidmətlər  üçün  tibb  müəssisələrinə 

ödənilən sığorta ödənişlərinin əsaslılığına nəzarət etmək; 

3.2.15. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, fiziki və 

hüquqi şəxslərə icbari tibbi sığorta sahəsi üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu 

vermək və onlardan məlumatlar (sənədlər) almaq;

 xv

 

3.2.16. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz 



fəaliyyətinə cəlb etmək;

xvi

 

3.2.16-1.  Agentliyin  fəaliyyət  istiqamətlərinə  aid  məsələlərlə  bağlı  araşdırmalar  aparmaq, 

işçi qruplar və komissiyalar yaratmaq;

xvii

 

3.2.17. 



icbari  tibbi  sığorta  sahəsində

  rəy  və  təkliflər  vermək,  təhlillər,  ümumiləşdirmələr  və 

tədqiqatlar aparmaq, analitik və metodik materiallar hazırlamaq, xüsusi bülletenlər və 

digər nəşrlər buraxmaq;

 xviii

 

3.2.18. könüllüləri öz fəaliyyətinə cəlb etmək; 



3.2.18-1.  əməkdaşlarını  dövlət  təltiflərinə  və  digər  mükafatlara  təqdim  etmək,  onların 

həvəsləndirilməsi üçün tədbirlər görmək;

xix

 

3.2.19.  istifadəsində  olan  əmlak  barəsində  qanunla  nəzərdə  tutulmuş  hüquqları 



həyata keçirmək; 

3.2.20. icbari tibbi sığortanın inkişafı məqsədilə investisiyalar cəlb etmək; 

3.2.21.  Agentliyin  balansında  olan  dövlət  əmlakını  qanunvericiliyə  uyğun  olaraq 

icarəyə vermək və ya ondan istifadə etmək

3.2.22. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq 

və ya onlarda iştirak etmək; 



3.2.22-1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, “Publik hüquqi şəxslər 

haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari tibbi sığortanın həyata 

keçirilməsi ilə bağlı publik hüquqi şəxs yaratmaq, yenidən təşkil və ya ləğv etmək;

xx

 

3.2.23.  qanunla  və  Azərbaycan  Respublikası  Prezidentinin  aktları  ilə  müəyyən 



edilmiş digər hüquqları həyata keçirmək. 

 


Yüklə 468,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin