Elektron s ənədlərin mübadiləsi qaydaları r əhimova Rəhimə müəllimə Elektron s



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix18.04.2022
ölçüsü1,48 Mb.
#55689
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
rehimeelektron-senedlerin-mubadilesi-qaydalari-fenninden-muhazireler. (1)

9.

 

Elektron 



imzanın yaradılması və istifadəsi 

Kompüter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada informasiya təhlükəsizliyi 

məsələsi  getdikcə  daha  vacib  məsələ  kimi  ortaya  çıxmışdır.  Məlumat  mübadiləsi 

zamanı  ötürülən  informasiyanın  təhlükəsizliyinin  qorunması  çox  mühüm  məsələdir. 

Dövlət  orqanları  ilə  müxtəlif  əməliyyatlar  həyata  keçirərkən  vətəndaşların  şəxsi 

məlumatlarının üçüncü tərəfin ələ keçirməməsi üçün təhlükəsiz şəbəkələr getdikcə daha 

çox yayılır. Bundan başqa elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın 

kimliyinin  ayırd  edilə  bilməsi  də  təhlükəsizlik  qədər  vacib  məsələdir.  Bütün  qeyd 

olunanlar  isə  elektron  imzanın  zəruriliyini  ortaya  çıxarır.  Elektron  imza  ideyası  20-ci 

əsrin 70-80-cı illərdə meydana gəlib və əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin 

həqiqiliyinin  yoxlanılması  və   3-cü  tərəfə  (məhkəmə,  internet  market  və  s.)  bu 

informasiyanı  yaradan  şəxsi  müəyyən  etməsinə  imkan  yaratmaqdır.  Hal-hazırda 

elektron imzanı tətbiq edən ölkələr digərlərinə nisbətən daha inkişaf etmiş hesab olunur 

və  həmçinin  belə  ölkələrdə  inkişaf  daha  da  dinamik  baş  verir.    Bu  gün  elektron 

hökumətin  əsas  atributlarından  sayılan  elektron  imza  Azərbaycanda  da  uğurla  tətbiq 

edilməkdədir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 

Q

anunu qəbul edildikdən sonra “elektron imza”nın reallaşdırılması  mərkəzi icra orqanı 



kimi  Nəqliyyat,  Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyinə  tapşırıldı.  Bu 

Fərmandan irəli gələrək hazırda fəaliyyət göstərən Sertifikat Xidmətləri Mərkəzinin əsas 

v

əzifəsi  Ali  SXM  kimi  digər  SXM-lərə  nəzarət  funksiyasını  həyata  keçirmək,  onların 



Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  fəaliyyət  göstərdiyini,  düzgün 

proqram  təminatından  istifadə  etməsini  və  s.  yoxlamaqdan  ibarətdir.  2011-ci  ilin 

sentyabr ay

ından rəsmi olaraq fəliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə, 

yəni  adi  vətəndaşlara,  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  və  fiziki  şəxslərə, 

həmçinin  dövlət  qulluqçularına  xidmət  göstərir.  Elektron  imza  xidmətlərini  operativ 

şəkildə  təmin  etmək  məqsədilə  Bakı  şəhərinin  əsas  mərkəzi  poçt  şöbələri  və 

filiallarında,  həmçinin  ölkənin  regionlarındakı  poçt  şöbələrində  Qeydiyyat  Mərkəzləri 

təşkil olunmuşdur. Vətəndaşlara operativ şəkildə elektron imza xidmətlərini təşkil etmək, 

həmçinin  onları  maraqlandıran  sualları  cavablandırmaq  məqsədilə  Mərkəzin 

mütəxəssisləri 

tərəfindən www.e-imza.az saytı 

hazırlanmışdır. 

Sayt 


vasitəsilə 

vətəndaşlar Mərkəzin fəaliyyəti ilə yanaşı, elektron imzadan istifadə qaydaları, müxtəlif 

təlimatlar,  öz  sertifikatları  haqqında  ətraflı  məlumat  əldə  edə  bilərlər.  Bu  gün 

respublikamızda  elektron  imza  sisteminin  tətbiqi  və  dövlət  orqanlarında  elektron 

xidmətlərin  göstərilməsi  gələcəkdə  ölkəmizin  dünya  informasiya  sisteminə,  Avropaya 

inteqrasiyasını daha da sürətləndirmiş olacaq. 





Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin